Kanal D-nin məşhur serialı "Uzak Şehir" in aktyorları Atakan Özkaya və Dilin Döğer şəxsi həyatları ilə gündəmə gəliblər.
Bir müddətdir münasibət yaşayan məşhur cütlük sosial media hesablarında paylaşdıqları romantik görüntü ilə diqqət çəkib.
2,2 milyon izləyicisi olan Atakan Özkaya sevgilisi Dilin Döğer ilə səmimi fotosunu yayımlayıb. Görüntüdə Dilin Döğerin qucağında iti ilə poza verdiyi, Atakan Özkayanın isə həmin anı selfi ilə lentə aldığı görünür.
Aktyor paylaşımına “fam” qeydini əlavə edib. Cütlüyün bu romantik görüntüsü qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı bəyənmə alıb.
“Uzak Şehir” serialındakı rolları ilə tanınan Atakan Özkaya və Dilin Döğerin münasibəti pərəstişkarların da diqqət mərkəzindədir.//Demokrat.az






