Rusiyanın Ufa şəhərində (Başqırdıstan Respublikası) neft emalı zavodunun ərazisində bir sıra partlayışlar və yanğın baş verib.
Ukraynanın PUA hücumundan sonra zavod ərazisində başlayan yanğınla bağlı məlumat və videolar yayımlanıb.
Yerli monitorinq kanalları bildirir ki, PUA hücumu ilə Ufada yerləşən üç neft emalı zavodundan ikisi vurulub.
Ufadakı neft emalı kompleksi Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir. O, Rusiyanın ən böyük, ən vacib neft emalı mərkəzlərindən biri hesab olunur və ölkənin yanacaq təchizatında mühüm rol oynayır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikasında dron həyəcanı elan edildiyini bildirib.
Bundan əlavə, Ufadakı hava limanı bağlanıb. Rosaviasiyanın məlumatına görə, hava limanı "təhlükəsizlik səbəbi ilə" bütün gələn və gedən uçuşları dayandırıb. Müvəqqəti məhdudiyyətlər Buqulma, Kazan, Nijnekamsk, Orenburq və Samara hava limanlarında da qüvvədədir. Ufada mobil telefon və internet xidmətində kəsintilər var.
Rəsmi mənbələrin və yerli operativ qərargahların yaydığı məlumata görə, iyunun 25-nə keçən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə növbəti dəfə Rusiyanın Krasnodar diyarındakı "Poltavskaya" neft bazasına uğurlu zərbə endirib.
Krasnoarmeyski rayonunun icra başçısı Aleksandr Xaritonov və OSINT monitorinq kanallarının yaydığı məlumata görə, hücum nəticəsində neft bazasının ərazisindəki 3 yanacaq çəni (çən parkı ümumilikdə 28 rezervuardan ibarətdir) alışıb və güclü yanğın baş verib. Rusiya tərəfi rəsmi olaraq yanğının "vurulan PUA qalıqlarının düşməsi" səbəbindən yarandığını iddia edir.
Hadisə ilə əlaqədar Poltavskaya qəsəbəsi ilə Trudobelikovski yaşayış məntəqəsi arasındakı avtomobil yolu hərəkət üçün müvəqqəti bağlanıb. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
"Poltavskaya" neft bazası Krasnodar şəhərindən təxminən 80 km qərbdə yerləşir və cəbhə xəttindən məsafəsi təbii olaraq 385 kilometrdən çoxdur. Bu infrastruktur obyekti regional əhəmiyyət daşıyır.
TVMusavat-ın bu gün saat 15:45-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






