İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni baş bankiri hələlik faiz dərəcəsini artırmağa ehtiyac görmür  

286 08.02.2024 18:18 Dünya A A

 

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan hazırda əsas faiz dərəcəsinin yenidən artırılmasına ehtiyac görmür.

Lakin o hesab edir ki, inflyasiya proqnozları pisləşərsə, belə bir addım tələb oluna bilər: “İnflyasiya gözləntiləri, qiymət dinamikası, əmək haqqı, dövlət xərcləri və şəxsi istehlak, habelə vergi siyasəti inflyasiyanın proqnozlarımızdan əhəmiyyətli dərəcədə kənara çıxmasına səbəb olarsa, biz siyasəti sərtləşdirə bilərik".

Mərkəzi Bankın cümə axşamı təqdim etdiyi proqnoza görə, Türkiyədə inflyasiya 2024-cü ilin sonuna kimi 36 faizə qədər yavaşlayacaq. Yanvarda ölkədə istehlak qiymətlərinin artım tempi illik ifadədə 64,9 faizə qədər sürətlənərək 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricini təşkil edib.

Mərkəzi Bank bu ilin ikinci yarısında inflyasiyada davamlı yavaşlamanın başlayacağını gözləyir. Tənzimləyici inflyasiyanın 2025-ci ildə 14 faizə, 2026-cı ilin sonuna isə 9 faizə qədər zəifləyəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Pensilvaniya Universitetinin məzunu olan Karahan 2019-cu ildən bəri Türkiyə Mərkəzi Bankının altıncı rəhbəri olub. O, təxminən 10 il Nyu-York Federal Ehtiyat Bankında işləyib, sonra Amazon.com Inc-də baş iqtisadçı olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR