İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi - FOTO

786 02.08.2024 17:58 Kriminal A A

İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib.

Hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil.

Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.//Qafqazinfo



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR