İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban"ın tək seçimi qalıb

465 02.08.2024 17:57 Dünya A A

"Taliban"ın paytaxt Kabili ələ keçirməsindən üç il keçib. Buna baxmayaraq, Əfqanıstan iqtisadi cəhətdən qeyri-sabit və beynəlxalq səviyyədə tanınmamış qalmaqda davam edir. Bir çox ölkə Kabillə diplomatik əlaqələr saxlasa da, heç biri "Taliban" rejimi ilə tərəfdaşlıq əlaqələri qurmayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırma Mərkəzinin təhlilində deyilir.

Qeyd olunur ki, bu "Taliban"a legitimlik qazanmaqda və əhalini dolandırmaqda çətinliklər yaradır:

"Taliban"ın yeganı ümidi Çinədir. Çin Əfqanıstanın təbii ehtiyatlarına maraq göstərir. "Taliban" bu maraqdan faydalanmağa çalışır. Əfqanıstan qiymətli minerallarla zəngindir, nadir  metalların, o cümlədən lantan, serium və neodimiumun təxminən trilyon dollarlıq ehtiyatı var. Bu resurslar elektronikadan tutmuş nəqliyyat vasitələrinə qədər müxtəlif yüksək texnologiyalı sənayelər üçün vacibdir. Ancaq mövcud gesosiyasi vəziyyət və regional gərginlik bu minerallardan Əfqanıstana istifadəyə imkan vermir. Çin risqə gedərək qeyri-sabit ölkənin resurslarından istifadəyə qərar verib. Çin şirkətləri 2022-ci ildən Əfqanıstanda mövcudluqlarını gücləndiriblər, müxtəlif mədən sazişləri imzalanıb. Çinin iri neft və qaz şirkəti Amudərya hövzəsində neft hasilatı üçün "Taliban"la müqavilə bağlayıb. Çin Əfqanıstanda elektrik enerjisi, sement istehsalı və səhiyyə kimi sektorlara 350 milyon dollarlıq investisiya yatırmağı planlaşdırır.

Ortada hələ real fəaliyyət olmasa da, Çİn "Taliban"la əməkdaşlıq zəminində bölgədə təsirini gücləndirir. Qərbin "Taliban"la əməkdaşlığı olmadığına görə, Pekin Əfqanıstanın resursları uğrunda mübarizədə ön plandadır. Çinin Pakistanla sıx münasibətləri də Pekin üçün vacibdir. Çinin Əfqanıstanla sıx əlaqələri Mərkəzi Asiyanın kritik resursları uğrunda mübarizədə də Pekinə üstünlük qazandırır.

"Taliban" Çinə borclarını qaytara bilməyəcək. Bu Əfqanıstanı Çindən asılı vəziyyətə salacaq. Bu Pekinin ənənəvi siyasətidir. Çin "Taliban"ın beynəlxalq təcridindən regiondakı strateji və iqtisadi maraqlarını təmin etmək üçün istifadə edəcək. "Taliban"ın bu məsələdə alternativi qalmayıb.

Bu şəriklik adi əfqanların rifahını artıra biləcəkmi?"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR