İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı VİDEO

394 02.08.2024 19:06 İdman A A

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.

Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

Bununla da Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR