İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya şirkəti süni ətin sənaye istehsalına başlayır

253 02.08.2024 19:14 Dünya A A

Finlandiyanın Lappeenranta şəhərində yerləşən "Synbio Powerlabs" şirkəti süni ətin qlobal tədarükçüsü olmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin menecerlərindən biri Alejandro Antaliç ictimai yayımçı "Yle"yə danışıb.

Şirkət 2024-cü ilin sonunda Yaxın Şərqə süni ətin sənaye istehsalına başlamağı, 2025-ci ilin sonunadək on ton məhsuldarlığa çatmağı planlaşdırır.

Alejandro Antaliçin dediyinə görə, sertifikatlaşdırma və lazımi icazələrin olmaması səbəbindən Aİ ölkələrində satış hələlik mümkün deyil.

Süni və ya mədəni ət laboratoriyada heyvan hüceyrələrinin əkilməsindən yetişdirilən məhsuldur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR