İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub

211 02.08.2024 16:51 Ölkə A A

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

"2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Onlardan ikisinin ayağı amputasiya edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR