İnsanlara hürriyət, millətlərə istiqlal!

10 nəfərdən çox şəxsə 100 min manatdan çox pul atıb xaricə qaçdı - FOTO

935 02.08.2024 17:39 Kriminal A A

“Son bir neçə ildir, təəssüf ki, ölkədə dələduzluq halları artıb. Vəziyyət o yerə çatıb ki, artıq 10 nəfərdən ikisi ya dələduzluğa məruz qalıb, ya da son anda dələduzun qurbanı olmaqdan xilas olub. Hətta elələri var ki, toplu formada dələduzluq edib, Azərbaycandan qaçmağı da bacarıb”.

Bu sözləri jurnalist Elmir Muradov Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Hüquq-mühafizə orqanlarında 100-lərlə insanın etibarından sui-istifadə edib, onların pullarını mənimsəyənlərlə bağlı kütləvi şikayətlər var. Ən pis hal bilirsiniz nədir? Hazırda dələduzluq edənlərin əksəriyyətində qanunla mühakimə ediləcəkləri qorxusu yoxdur, çünki onlar düşünür ki, mənimsədikləri pullarla özlərinə müəyyən dairələrdə “dost qazanıb” məsuliyyətdən yaxa qurtara biləcəklər.

Bu, qorxunun olmaması məhz onların daha rahat dələduzluq etməsinə, əlləri-qollarını sallayaraq insanları aldatmasına gətirib çıxarır. Dələduzluğun artmasından əbəs yerə danışmıram. Əsas məqsədim bu yolla həm insanları maarifləndirmək, həm dələduzluq edənləri cəmiyyətimizə tanıtmaqdır. İndi haqqında danışacağım Mətin Canbulat oğlu Həsənov eyni ssenari ilə 10-dan çox şəxsin etibarından sui-istifadə edərək 100 min manatdan çox pulları mənimsəyərək Birləşmiş Ərəb Əmirliklərinə qaçıb. Daha sonra aldatdığı şəxslərə avqustun 8-də ölkəyə qayıdıb pullarını qaytaracağı vədini versə də, təbii ki, aldadılanların heç biri onun bu sözlərinə güvənmir.

Ona görə ki, M.Həsənov indiyədək də dəfələrlə belə vədlərlə insanları aldatmış və öz pis əməllərini yenə də davam etdirmişdir. Təəssüf ki, aldadılan şəxslərdən biri də elə mən özüməm. Belə ki, adıçəkilən şəxs iyulun 18-də brend markalı, bahalı avtomobillərə üzlük çəkdiyini və bu işdə çox böyük qazancın olduğunu iddia edərək, birlikdə iş görərək pul qazanmaq adı ilə məndən 2000 manat, eyni gün başqa saatda isə 600 manat da əlavə pul alaraq yoxa çıxıb. Aldadıldığımı, dələduzluğa məruz qaldığımı bildiyim üçün dərhal hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Elə həmin gün M.Həsənovun həyat yoldaşı Elnurə Həsənova adlı xanım mənim “Whatsapp”ıma şikayəti geri götürməyimi, şikayəti geri götürəcəyim təqdirdə pulun avqustun 5-dək yarı hissəsini verəcəyini, avqustun 8-də isə digər hissəsini M.Həsənov tərəfindən qaytarılacağını yazıb. Mən isə qarşı tərəfə pulumu qaytarmayana qədər şikayətimi geri götürməyəcəyimi bildirmişəm. İyulun 30-da M.Həsənovun həyat yoldaşı yenidən mesaj yazaraq avqustun 5-də pulu verməyəcəyini, məsələni M.Həsənovla öz aramızda həll etməli olduğumu bildirib.

Təbii ki, əvvəlcədən bunun belə olacağına əmin olduğum üçün şikayətimi geri götürməmişdim. Çünki bilirdim ki, bu da yeni vədlərdən, sadəcə vaxt qazanıb şikayətdən yayınmaq cəhdlərindən biridir. Ən pisi bilirsiniz nədir? Yuxarıda qeyd etdiyim kimi, belə adamlar əllərini-qollarını sallayaraq rahat şəkildə cəmiyyətdə gəzir, hələ yeri gələndə kənarda-bucaqda düzgünlükdən, dürüstlükdən danışırlar. Ona görə də M.Həsənov kimilərini bütün cəmiyyət tanımalıdır, onlar belə əməllərindən əl çəkməlidir, başqaları da onun bu cür çirkin hərəkətlərinin qurbanına çevrilməməlidir, cəmiyyətimiz sağlamlaşdırılmalıdır. Əks halda, cəmiyyət uçuruma sürüklənir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR