İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder xəstəxanada saxlanıldı - 217 milyonu mənimsəməkdə ittiham edilir - FOTO

729 02.08.2024 16:41 Dünya A A

Milyarder Dmitri Astafyev Moskvada saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb. 

Qadının sözlərinə görə, dünən axşam güc strukturlarının nümayəndələri onun ərinin olduğu xəstəxanaya gəlib onu saxlayıblar.

Astafyev barəsində külli miqdarda mənimsəmə və ya istismar maddəsi ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 27 noyabr 2013-cü ildən 24 noyabr 2017-ci ilədək iş adamı "LenSpetsStroy", "LenOblStroy" və "LenOblSpetsStroy" şirkətlərinin baş direktoru vəzifəsindən istifadə edərək, pay sahiblərinin 217 milyon rubla yaxın pulunu oğurlayıb.

Məhkəmə onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.

Bundan başqa, avqustun 1-də Krasnodarda, Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin rəis müavini, polkovnik Sergey Simonenko iş otağında saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR