İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında bədbinlik davam edir

244 02.08.2024 18:57 İqtisadiyyat A A

Dünya bazarında neft qiymətləri sürətlə ucuzlaşaraq həftəni minusda başa vurur.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Londonun ICE birjasında bu gün keçirilən hərraclarda "Brent" markalı neftin oktyabr fyuçerslərinin iyunun 4-dən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 18:07-yə olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 3,29 faiz azalaraq 76,9 dollar olub. Eyni zamanda WTI markalı xam neftin sentyabr fyuçersləri 4,29 faiz dəyər itirərək, 73,64 dollara düşüb.

Analitiklərə görə, azalmaya səbəb dünyanın ən böyük iqtisadiyyatlarından gözləntilərin altında olan statistik məlumatların gəlməsidir. Avqustun 1-də məlum olub ki, ABŞ-ın istehsal sektorunda (ISM Manufacturing) iyulda işgüzar aktivlik indeksi iyunda 48,5 bənddən 46,8 bəndə qədər azalıb və 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Analitiklərin konsensus proqnozu 48,8 bəndədək artım nəzərdə tuturdu.

Eyni zamanda Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların kəskin azalması, ölkənin istehsalat sektorunda satınalma menecerləri indeksi (PMI) iyul ayında 49,4 bəndə düşməsi xəbərləri hər iki iqtisadiyyatda tələbin artım sürətinin zəifləyəcəyi ehtimalını artırır.

Bu məlumatlar fonunda avqustun 1-də keçirilən iclasda OPEC+ hasilatın azaldılması üzrə mövcud razılaşmaları təsdiqləməklə yanaşı, həmçinin bazara, lazım gələrsə, cari ilin oktyabr ayından hasilatın artırılmasından imtina etməyə hazır olduğuna dair "yüksək" ortamüddətli siqnal versə də, bunun qiymətlərə təsiri demək olar ki, olmadı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR