İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da işsizlik 3 ilin maksimumuna çatıb

198 02.08.2024 18:48 Dünya A A

İyul ayında ABŞ iqtisadiyyatında iş yerlərinin sayında 114 min artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Əmək Nazirliyi açıqlayıb.

Yenidən işlənmiş məlumatlara görə, iyunda iş yerlərinin sayı əvvəllər bildirildiyi kimi, 206 min yox, 179 min artıb.

İyulda ABŞ-da işsizlik iyun ayındakı 4,1 faizdən 4.3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabr ayından bu yana ən yüksək səviyyədir.

"Trading Economics" ekspertlərinin konsensus proqnozu iyul ayında iş yerlərinin sayının 175 min artacağını və işsizliyin 4,1 faiz səviyyəsində qalmasını nəzərdə tuturdu.

İyulda özəl sektorda iş yerlərinin sayı 97 min, dövlət sektorunda isə 17 min nəfər artıb. Səhiyyədə 55 min, sosial sahədə - 9 min, tikinti sektorunda - 25 min, nəqliyyat və logistikada 14 min iş yeri yaranıb.

Mədənçıxarma və neft-qaz sektorunda, sənaye istehsalı, topdansatış, pərakəndə ticarət, peşəkar və işgüzar xidmətlər, istirahət və qonaqpərvərlik sənayelərində iş yerlərinin sayı cüzi dəyişib.

İyulda ABŞ-da özəl sektorda orta saatlıq əmək haqqı əvvəlki ayla müqayisədə 0,2 faiz artaraq 35,07 dollara çatıb. İllik ifadədə bu rəqəm 3,6 faiz artıb - 2021-ci ilin mayından bəri minimum. İyun ayında artım aylıq 0,3 faiz, illik isə 3,8 faiz təşkil edib.

ABŞ-da orta iş həftəsi iyulda əvvəlki üç aydakı 34,3 saatdan 34,2 saata düşüb.

Qeyd edək ki, məşğulluq sahəsi Federal Ehtiyatlar Sistemi (FED) üçün monetar siyasət qərarlarının qəbulunda əsas göstəricilərdən biridir. İşsizliyin artımı tənzimləyicinin sentyabrda faiz dərəcələrini endirəcəyi ehtimalını artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR