İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə–Ermənistan sərhədinin açılmasına Kremldən reaksiya...

8135 16.01.2026 01:03 Dünya A A

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması mövzusu Rusiyaya yaxın media və ekspert çevrələrində açıq narahatlıqla qarşılanıb.

Kremlə bağlı şəbəkənin əsas ruporları bu prosesin “tezliklə mümkün olmadığını” ön plana çıxararaq, sərhədin açılmasının illər çəkə biləcəyini israrla vurğulayırlar.

Musavat.com xəbər verir ki, Rusiya sərhəd xidmətinin veteranı və təhlükəsizlik üzrə ekspert Levon Azatxanyan Ermənistan mediasına açıqlamasında Türkiyə–Ermənistan sərhədində yerləşən “Axurik” keçid məntəqəsinin dərhal açılmasının real olmadığını bildirib. Onun sözlərinə görə, məntəqə 1993-cü ildən fəaliyyət göstərmir və bu müddət ərzində infrastruktur tamamilə sıradan çıxıb.

Ekspert iddia edib ki, binaların əsaslı təmiri, texniki təminatın yenilənməsi və yeni kadrların hazırlanması uzunmüddətli prosesdir və bu işlərdə bir neçə nazirlik və qurum iştirak etməlidir. Kremlə yaxın çevrələr bu arqumentləri önə çəkərək, Türkiyə–Ermənistan yaxınlaşmasının qarşısını almağa yönəlmiş skeptik və çəkindirici mövqe nümayiş etdirirlər.

Moskva orbitində olan şərhçilərin fikrincə, sərhədin açılması təkcə texniki məsələ deyil, həm də regional geosiyasi balanslara təsir göstərəcək addımdır. Məhz buna görə də prosesin “süründürülməsi” Kremlin maraqlarına uyğun hesab olunur və bu xətt açıq şəkildə informasiya müstəvisində də hiss olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR