İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın həvəsi köksündə qalmadı, Nevada kokusunda qalib gəldi

563 09.02.2024 14:05 Dünya A A

ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada ştatında Respublikaçılar Partiyasının kokusunda (partiyadaxili seçkilərdə) qalib gələrək dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Materialda qeyd olunur ki, Tramp partiyadaxili qurultayda ştatdan olan 26 nümayəndənin səsini alıb.

AP yazır ki, keçmiş ABŞ prezidenti Nevada kokusunda yeganə əsas namizəd idi, çünki onun əsas rəqibi Nikki Heyli əvvəllər qubernator vəzifəsində çalışdığı Cənubi Karolinaya diqqət yetirmək üçün kokusları keçirib.

Bundan əvvəl ABŞ-ın Ali Məhkəməsinin fevralın 8-də eks-prezident Trampın prezident seçkiləri kampaniyasından mümkün diskvalifikasiyası ilə bağlı qərarı elan edəcəyi bildirilirdi.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Donald Tramp və Nikki Heyli Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparır. Mayk Pens, Doug Bergum, Tim Scott, Kris Kristi, Ron DeSantis və Vivek Ramasvami artıq seçki yarışından geri çəkiliblər. ABŞ-ın hazırkı prezidenti Co Bayden də Demokratlar Partiyasından yenidən seçilmək arzusunu ifadə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR