Böyük şəhərlərdə yaşayan çinlilər xüsusi yoldaş xidmətlərindən istifadə edirlər.
Musavat.com xəbər verir ki, Çində bu xidmətlərin qiyməti saatda 150 yuana qədər yüksələ bilir. Bəzi tələbələr bu sahədə çalışaraq ayda minlərlə yuan gəlir əldə edirlər. Ümumilikdə isə yoldaşlıq iqtisadiyyatı adlandırılan bu sektorun illik dövriyyəsinin 7,4 milyard dollara çatdığı bildirilir.
Psixoloqların fikrincə, bu sahənin sürətlə inkişafı ölkədə sosial həyatın dəyişməsi ilə bağlıdır. Sürətli urbanizasiya nəticəsində milyonlarla gənc təhsil almaq və işləmək üçün doğma şəhərlərini tərk edərək iri meqapolislərə köçüb.
Məlumata görə, bu xidmətlərdən istifadə edənlərin mühüm hissəsini yaşlı insanlar təşkil edir. Xüsusilə xəstəxanalarda tibbi müşayiət xidməti əlavə qazanc mənbəyindən tamhüquqlu peşəyə çevrilib. Bu sahədə çalışan şəxslər pasiyentlərə qeydiyyat, şöbələr arasında hərəkət və digər prosedurlarda kömək göstərirlər.
Musavat.com






