İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Ən strateji bombardmançı külə döndü - VİDEO

1864 15.06.2026 21:00 Dünya A A

Rusiyanın ən mühüm strateji bombardmançılarından biri İrkutsk vilayətində qəzaya düşüb.

Musavat.com xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində Tu-22M3 strateji bombardmançısı qəzaya uğrayıb.

Məlumata görə, hadisə yerindən yayılan görüntülərdə hərbi təyyarənin düşdüyü ərazidən qalın tüstünün qalxdığı görünür. Bildirilir ki, ekipaj katapult etməyə müvəffəq olub.

Qəzaya uğrayan Tu-22M3 strateji bombardmançısının İrkutsk vilayətində yerləşən “Belaya” hərbi aerodromundan havaya qalxdığı ehtimal edilir. Həmin aerodrom qəza yerindən təxminən 30 kilometr məsafədə yerləşir.

Xatırladaq ki, “Belaya” aerodromu 2025-ci ilin iyun ayında Ukraynanın “Hörümçək toru” əməliyyatı zamanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan hərbi obyektlərdən biri olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR