İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt “videokart qıtlığı” yaratdı: mağazalarda talon sistemi tətbiq olunur

502 29.12.2025 14:44 Dünya A A

Yaponiyada süni intellekt üçün məlumat emalı mərkəzlərinin yaratdığı misilsiz tələbat videokart bazarında ciddi böhrana səbəb olub.

Musavat.com xəbər verir ki, məhz bu ölkədə bazarda videokart çatışmazlığı kəskinləşib, qiymətlər isə tarixi maksimum həddə yüksəlib. Məlumata görə, təkcə bu il ərzində videokart modullarının qiyməti 246 faiz artıb.

Yaranmış vəziyyət fonunda Yaponiyanın bir sıra kompüter mağazaları 16 GB və 8 GB yaddaşa malik videokartların satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Satıcılar bildirir ki, hazırda müəyyən ehtiyatlar mövcud olsa da, növbəti partiyanın nə vaxt gələcəyi – hətta ümumiyyətlə gəlib-gəlməyəcəyi – məlum deyil.

Çip və yaddaş istehsalçıları istehsal gücünü əsasən AI və neyron şəbəkələr üçün nəzərdə tutulan daha gəlirli bazara yönəltdiyindən, Yaponiyada adi istehlakçılar faktiki olaraq kənarda qalır. Nəticədə istifadəçilər ya kompüterlərini yeniləyə bilmir, ya da ikiqat və daha baha qiymət ödəməyə məcbur olurlar.

Mövcud vəziyyətin yaxın vaxtlarda normallaşacağı gözlənilmir və bu proses Yaponiyada həm oyun sənayesinə, həm də fərdi kompüter bazarına ciddi zərbə kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR