İnsanlara hürriyət, millətlərə istiqlal!

"Siz kimsiniz ki, məni SÖYÜRSÜNÜZ?" - Millət vəkili kimlərə OD PÜSKÜRDÜ? VİDEO

952 04.06.2026 21:41 Ölkə A A

"Sosial şəbəkələrdə anonimlik insanı məsuliyyətsiz edir. Biz hamımız publik şəxslərik, kimliyimiz tanınır, lakin bəzi şəxslər anonim profillərlə daxil olub, heç bir məsuliyyət hiss etmədən ünvanımıza nə gəldi yazırlar. Siyasi mədəniyyətin məzmunu baxımından hələ çox yüksəkdə olmasaq da, heç olmasa onun ifadə azadlığı prinsiplərinə əsaslanan quruluşunu formalaşdırmalıyıq."

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində deputat Erkin Qədirli deyib. O, qeyd edib ki, siyasətçi olaraq haqlarında yazılan qeyri-etik ifadələr daxilən narahatlıq yaratsa da, bunu heç vaxt siyasi reaksiyaya çevirmirlər: "Söyüşlərə alışmağımı deyəndə bunu bir siyasi mədəniyyət kontekstində nəzərdə tutmuşam. İnsanlar yanılacaqlar, haqsız nəsə deyəcəklər, bu bizi acıdacaq və qəzəbləndirəcək — bu artıq siyasətçilər olaraq bizim risklərimizdir. Bizim nə ailə mədəniyyətimizdə, nə ictimai əxlaqda, nə də siyasi mədəniyyətdə söyüş arzulanmır və söyüş söyən heç vaxt hörmətli birisi olmur. Mən sosial şəbəkələrdən çoxdan çıxmışam, amma görünən odur ki, bu xoşagəlməz hal artıq bir etiraz formasına çevrilib".

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək məsələsi parlamentdə müzakirə olunsa da, hazırda bununla bağlı hər hansı bir qanun layihəsi mövcud deyil: "Milli Məclisdə bəzi deputatlar tərəfindən bu məsələ səsləndirilib. İnkişaf etmiş Avropa Birliyi ölkələrində də bununla bağlı qanunlar ya qəbul edilib, ya da müzakirə olunur. Bizdə isə hələ ki rəsmi layihə yoxdur. Əgər gələcəkdə belə bir addım atılacaqsa da, bu, yalnız yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması və 'valideyn nəzarəti'nin təmin edilməsi üçün ola bilər. Çünki uşaq internetə girəndə istər-istəməz valideyn nəzarətindən çıxır".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR