İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə avtobus aşıb -YENİLƏNİB

455 11.01.2023 00:39 Hadisə A A

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə APA-nın sorğusuna Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb: "Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".

***

Bakı-Quba yolunun Siyəzən rayon ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR