İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu şəhəri də BOMBALANDI, uşaq avtobusu VURULDU, ölən var

823 17.06.2026 15:56 Hadisə A A

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətində Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusu PUA ilə vurub. Bunu Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən İqor Kovalçuk deyib.

Onun sözlərinə görə, Qomeldən olan komanda tətil üçün Gelencikə gedərkən avtobus təyyarə tipli dron tərəfindən vurulub:

“Hücum nəticəsində bir qadın həlak olub, dördü uşaq olmaqla altı nəfər yaralanıb”.

Ukrayna 2026-cı ilin sonunadək ən azı 10 milyon dron istehsal edəcək, lakin bu göstəricini iki dəfə artırmaq imkanı da var.

Bunu prezident Vladimir Zelenski “Böyük yeddilik” (G7) sammiti çərçivəsində keçirilən görüşlərdən sonra bildirib.

Onun sözlərinə görə, ölkədə həmçinin MilTech — hərbi texnologiyalar sahəsində irəliləyiş müşahidə olunur. Bu sahəyə pilotsuz sistemlərin hazırlanması, robototexnika, proqram təminatı, süni intellekt əsaslı həllər və radioelektron mübarizə vasitələri daxildir.
Zelenski qeyd edib ki, Ukrayna Rusiyadakı enerji və hərbi hədəflərə uzaqmənzilli dronlarla zərbələr endirməyə davam edəcək və müttəfiqlərini Rusiya prezidenti Vladimir Putini sülhə daha aktiv şəkildə məcbur etməyə çağırıb. “O, müharibəni dayandırmaq istəmir. Ona təzyiqi artırmaq lazımdır”, - deyə Ukrayna lideri bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR