İnsanlara hürriyət, millətlərə istiqlal!

Komadakı həyat yoldaşının ayaqlarını 7 il hər gün dişlədi - ŞOK HADİSƏ

1133 13.07.2026 10:55 Dünya A A

Çinin Henan əyalətində yaşayan Sonq Mey ağır beyin travması nəticəsində komaya düşən həyat yoldaşı Cao Cinqyanın sağalması üçün illərlə misilsiz fədakarlıq göstərib. O, həkimlərin tövsiyəsi ilə həyat yoldaşının sinirlərini stimullaşdırmaq məqsədilə 7 il ərzində hər gün onun ayaq barmaqlarını yüngül şəkildə dişləyib. Uzun sürən müalicə və reabilitasiyadan sonra kişi komadan ayılıb və ilk dediyi sözlər "Səni sevirəm" olub.

Musavat.com xəbər verir ki, hadisə 2019-cu ildə baş verib. Məlumata görə, Cao Cinqyan anbarda köməksiz qalan 3 yaşlı uşağı xilas etmək istəyərkən təxminən 6 metr hündürlükdən yıxılıb. Uşağın həyatını xilas etsə də, özü ağır beyin travması alaraq komaya düşüb. Həkimlər onun yenidən şüurunu bərpa etmə ehtimalının olduqca aşağı olduğunu bildiriblər.

Müəllim işləyən Sonq Mey həyat yoldaşına qulluq etmək üçün işindən ayrılıb. Bir gün onun ayaq barmağını yüngül dişləyərkən kiçik refleks reaksiyası müşahidə etdiyini görüb. Bu barədə həkimlərə məlumat verdikdən sonra, mütəxəssislərin sinir stimullaşdırılması ilə bağlı tövsiyələrinə əsasən, gigiyena qaydalarına əməl etməklə bu üsulu hər gün tətbiq etməyə başlayıb. Bununla yanaşı, o, həyat yoldaşına masaj edib, onunla danışıb və reabilitasiya məşqlərini davam etdirib.

İllərlə davam edən müalicədən sonra Cao Cinqyan əvvəlcə gözlərini açmağa, ətrafdakılara reaksiya verməyə başlayıb. Daha sonra danışıq terapiyasının köməyi ilə nitqi bərpa olunub. Yeddi ildən sonra onun dilindən çıxan ilk sözlər həyat yoldaşına ünvanlanan "Səni sevirəm" ifadəsi olub. Hazırda o, dəstəyin köməyi ilə ayaq üstə dura və əllərini hərəkət etdirə bilir.

Mütəxəssislər bildirirlər ki, ağır beyin travması keçirmiş xəstələrdə sinirlərin stimullaşdırılması (neyromodulyasiya) reabilitasiya prosesində istifadə olunan üsullardan biridir. Lakin belə müalicə yalnız həkim nəzarəti və peşəkar tibbi proqram çərçivəsində aparılmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR