İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan dünya nəhəngi ilə anlaşdı — Ölkələrini belə tanıdacaqlar

441 13.07.2026 03:48 Dünya A A

Gürcüstan hökuməti ölkənin turizm potensialını tanıtmaq üçün Netflix-də yayımlanacaq yeni serial layihəsinə maliyyə dəstəyi ayırıb.

Musavat.com xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyası ABŞ-nin New World Distribution Inc. şirkətinin hazırladığı "The Last Recipe" layihəsinin bir seriyasının çəkilişinə 295 min dollar vəsait ayıracaq.

Həmin seriya tamamilə Gürcüstanın mədəniyyəti və milli mətbəxinə həsr olunacaq.

Serialın premyerası 2027-ci ildə Netflix platformasında planlaşdırılır. Daha sonra layihə digər beynəlxalq striminq platformalarında da yayımlanacaq.

Müqaviləyə əsasən, Gürcüstan çəkilən görüntülərdən ölkənin turizm potensialının təbliği məqsədilə istifadə etmək hüququ əldə edəcək. Bundan əlavə, rəsmi Tiflis orijinal videomateriallara çıxış əldə edəcək, həmçinin layihənin treylerlərində və sosial media paylaşımlarında ölkənin adı qeyd olunacaq.

Gürcüstan hakimiyyəti çəkilişlərin təşkili ilə bağlı dəstək də göstərəcək. Buraya icazələrin rəsmiləşdirilməsi, logistika və çəkiliş məkanlarına çıxışın təmin edilməsi daxildir.

Müqavilənin şərtlərinə görə, ayrılan məbləğin 80 faizi əvvəlcədən ödəniləcək, qalan hissə isə çəkiliş prosesi başa çatdıqdan sonra şirkətə köçürüləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR