Vaşinqtondan Ankaraya F-35 mesajı gəldi. ABŞ rəsmisi razılaşmanın müəyyən şərtlərlə mümkün ola biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker CNN telekanalına müsahibəsində Türkiyəyə F-35 qırıcılarının tədarükü ilə bağlı razılaşmanın bütün hüquqi tələblər yerinə yetiriləcəyi təqdirdə reallaşa biləcəyini bildirib.
Onun sözlərinə görə, bu məsələdə əsas şərtlərdən biri Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri ilə bağlı hüquqi tələblərin yerinə yetirilməsidir.
Uitaker vurğulayıb ki, həmin tələblər yerinə yetirilərsə, F-35 proqramı üzrə razılaşmanın həyata keçirilməsi mümkündür.
Musavat.com






