Birləşmiş Ştatlar hərbi qüvvələri İrana məxsus qanadlı raket və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bu barədə CNN telekanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsinə istinadən məlumat yayıb.
Musavat.com xəbər verir ki, rəsmi mənbələrin iddiasına görə, hava hədəfləri bölgədəki təhlükəsizlik mühitinə birbaşa təhdid yaratdığı üçün hərbi hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal vurulub. Hadisənin dəqiq koordinatları və əməliyyatın təfərrüatları barədə hələlik geniş açıqlama verilməyib.
Musavat.com






