İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla danışdı, sonra ÖLDÜ... — ŞOK TƏFƏRRÜATLAR

242 13.07.2026 04:28 Dünya A A

"İndi ölə bilmərəm. Mən hələ Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyəm".

Musavat.com xəbər verir ki, bu sözləri vəfatından bir neçə saat əvvəl ABŞ-ın tanınmış senatoru Lindsi Qrem deyib. "Axios" nəşri amerikalı siyasətçinin həyatının son saatları ilə bağlı şok təfərrüatları yayıb.

Məlumata görə, şənbə günü axşam saatlarında senator ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Onlar Qremin Ukrayna ərazisinə etdiyi son səfəri və Rusiyaya qarşı Senatdan keçirmək istədiyi yeni sanksiyalar haqqında qanun layihəsini müzakirə ediblər.

Telefon danışığından sonra Qrem özünü pis hiss etdiyini desə də, həkimə müraciət etməyi təxirə salıb. O, yalnız ertəsi gün səhər – NBC kanalında planlaşdırılan canlı efirdən sonra tibbi yardım almağa qərar verib.

Məhz həmin ərəfədə senator zarafatla bildirib ki, Rusiyaya qarşı sanksiyaları tətbiq etməyənə, İran məsələsini həll etməyənə, həmçinin İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına nail olmayana qədər ölə bilməz. Lakin bu sözlərdən cəmi bir neçə saat sonra amerikalı senator qəflətən dünyasını dəyişib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR