İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə Ukrayna sammiti keçiriləcək: 25 ölkənin lideri toplaşır

751 13.07.2026 05:05 Dünya A A

İyulun 13-də Parisdə Ukraynaya hərbi və strateji yardımın gələcək addımlarını müzakirə etmək üçün “könüllülər koalisiyası”na daxil olan ölkələrin sammiti keçiriləcək.

Musavat.com xəbər verir ki, "Euronews"un yaydığı məlumata görə, yüksək səviyyəli görüşdə azı 25 dövlət və hökumət başçısının iştirakı gözlənilir. Sammitin əsas gündəliyini Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsi, "Patriot" sistemləri üçün raketlərin istehsalı, yeni raketdən müdafiə sisteminin yaradılması və Kiyev üçün mümkün təhlükəsizlik zəmanətləri təşkil edəcək.

Mənbənin bildirdiyinə görə, Paris rəsmi şəkildə çoxmillətli tərəfdaş qüvvələrin cəbhə xəttindən uzaq ərazilərdə yerləşdirilməsi ilə bağlı planların artıq hazır olduğunu, lakin cəbhədəki vəziyyətə uyğun olaraq bu planlara müəyyən düzəlişlər edilə biləcəyini bəyan edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR