İnsanlara hürriyət, millətlərə istiqlal!

"F-35" proqramında dəhşətli ifşa qorxusu: ABŞ-da 1.6 trilyonluq sənədlər gizlədildi

705 15.07.2026 18:30 Dünya A A

ABŞ-ın hərbi sənayesinin ən bahalı və iddialı layihəsi olan beşinci nəsil qırıcıların istehsalı proqramı ətrafında görünməmiş gizlilik qalmaqalı yaşanır.

Musavat.com xəbər verir ki, nüfuzlu "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Pentaqon son 20 ildə ilk dəfə olaraq ABŞ Konqresinin tələbi ilə hazırlanan F-35 qırıcıları barədə illik hesabatın ictimaiyyətə açıqlanmasını qəti şəkildə bloklayıb. 2005-ci ildən bəri hər il mütəmadi olaraq dərc edilən və layihənin gedişatını şəffaf şəkildə ortaya qoyan bu sənədin birdən-birə gizlədilməsi hərbi dairələrdə şok effekti yaradıb.

Məlumata görə, müstəqil dövlət auditi orqanı tərəfindən aparılan yoxlamalar zamanı hesabatda dövlət sirri hesab olunmayan, lakin açıqlanması qadağan edilən "konfidensial və həssas məlumatlar" aşkarlanıb. Pentaqon sənədə dərhal xüsusi məhdudiyyət qoyaraq onun yalnız müdafiə komitələrinin üzvü olan konqresmenlərə təqdim edilməsinə icazə verib.

Ekspertlər qeyd edirlər ki, ABŞ tarixinin ən böyük silah proqramı olan və ümumi dəyəri 1.6 trilyon dolları ötən F-35 layihəsi artıq uzun müddətdir ki, büdcə xərclərinin həddindən artıq aşılması, mühərriklərin çatdırılmasında yaranan gecikmələr, proqram təminatı yenilənmələrindəki ciddi qüsurlar və ehtiyat hissələrinin vaxtından əvvəl sıradan çıxması səbəbindən kəskin tənqid olunur.

Ötən ilin hesabatında proqramın "həddindən artıq vədlər verdiyi, lakin bunları yerinə yetirə bilmədiyi" rəsmən təsbit edilmişdi. Builki hesabatın qəfildən qapadılması isə layihədəki yeni və daha böyük uğursuzluqların cəmiyyətdən gizlədilməsi cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR