Rusiya ən qısa müddətdə Kubaya neft və neft məhsulları şəklində humanitar yardım göndərməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Havanadakı Rusiya səfirliyindən "İzvestiya"ya açıqlayıblar.
Rusiyalı ekspertlər xəbərdarlıq edirlər ki, Moskva bu qərar nəticəsində iqtisadi və siyasi nəticələrlə üzləşə bilər.
Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov bildirib ki, Kubaya hər hansı bir dəstək ABŞ-nin əks addımlarına səbəb olacaq.
O həmçinin qeyd edib ki, büdcə kəsiri nəzərə alınmaqla, Rusiya hakimiyyəti "Havanaya yanacağı pulsuz verməyəcək".
Qəzet qeyd edir ki, Rusiyadan Kubaya əvvəlki irimiqyaslı neft tədarükü (100.000 ton) 2025-ci ilin fevral ayında baş tutub. Hesablamalara görə, bu həcm ölkənin gündəlik orta istehlakı 37.000 barel olduğu nəzərə alınmaqla, hazırda yalnız 19-20 günə kifayət edə bilər.
Xatırladaq ki, Kuba hazırda neft böhranı yaşayır. Belə ki, Vaşinqtonun təzyiqi altında əvvəlcə Kubaya əsas yanacaq tədarükçüsü olan Venesuela, daha sonra isə Meksika xammal tədarükünü dayandırıb.
Musavat.com






