İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi reallaşıb

381 08.02.2024 23:12 Dünya A A

Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Mübadilə “100-ün 100-ə” formulu ilə aparılıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.

Qeyd olunub ki, hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün Moskvaya aparılacaq, onlara lazımi tibbi və psixoloji yardım göstəriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR