İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı ÇAĞIRIŞ - "Müharibəyə hazır olmalıyıq"

1302 10.02.2024 18:26 Dünya A A

Norveçin müdafiə naziri Byorn Arild Qram ölkəsini Rusiya ilə mümkün müharibəyə hazırlıq görməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti yazıb.

"Norveç və müdafiə qüvvələri mümkün müharibəyə hazırlaşmalıdır", - nazir Oslo Hərbi Cəmiyyətinin tədbirində deyib.

O bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmasına öz qüvvələrini yerləşdirməklə cavab vermək istəyir.

“Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır”, - deyə nazir bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərini Rusiya ilə çoxillik qarşıdurmaya hazırlaşmağa çağırıb.

born_norway.jpg (266 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR