İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Dumasında isterika: “Amerikan katerlərini batırmaq, hətta nüvə silahı...”

715 07.01.2026 22:19 Dünya A A

Rusiyaya məxsus tankerin ələ keçirilməsi Rusiya Dövlət Dumasında kəskin və aqressiv reaksiyaya səbəb olub.

Musavat.com xəbər verir ki, Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juaravlyov insidenti ABŞ hərbçiləri tərəfindən “Rusiyaya birbaşa müdaxilə” kimi qiymətləndirib və sərt cavab çağırışı edib.

Onun sözlərinə görə, bu cür addımlara cavab dərhal və amansız olmalıdır. Juaravlyov bildirib ki, Rusiya hərbi doktrinası belə hallarda hətta nüvə silahından istifadəni də istisna etmir:

“Buna cavab vermək, heç bir şübhə olmadan, sərt və operativ olmalıdır. Hərbi doktrinamız buna cavab olaraq nüvə silahından istifadəni belə nəzərdə tutur...”

Rus deputat daha da irəli gedərək ABŞ Sahil Mühafizəsinin katerlərinə hücum etməyi təklif edib:

“Amerikan katerlərini torpedolarla vurmaq, bir-ikisini batırmaq olar. Onlar öz sahillərini minlərlə kilometr uzaqda ‘çox yaxşı qoruyurlar’. Venesuelada keçirdikləri xüsusi əməliyyatdan sonra cəzasızlıq eyforiyasına düşən ABŞ-ı indi yalnız belə bir ‘buruna vurulan şillə’ ilə dayandırmaq olar”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR