İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüfət İsmayılın külli miqdarda pulu mənimsənildi, evsiz qaldı

919 10.01.2023 17:53 Hadisə A A

Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın başına iş gəlib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, modelyer müflis olan bir tikinti şirkətinin onun 5 milyon 250 min lirəsini (475 278 AZN -red.) mənimsədiyini açıqlayıb. 

Belə ki, İsmayıl 2013-cü ildə şirkətin Esenyurtdakı lüks bir layihə üçün müqavilə bağlayıb. Modelyer 158 kvadratmetrlik ev üçün 280 min dollar (476 000 AZN -red.) ödəniş edib. Rüfət, hətta pulun bir qismini ödəmək üçün Azərbaycandakı ata evini satıb.

Evin 2015-ci ildə təhvil veriləcəyi deyilsə də, şirkət sözünü tutmayıb. Müxtəlif bəhanələrlə hər dəfə vaxtı uzadan şirkət müflis olduğunu açıqlayıb.

Rüfət artıq məhkəməyə müraciət etdiyini deyib: “İki evdən də məhrum oldum. Artıq iki ölkədə də evsizəm. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacağam”.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR