İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu ətrafında dezinformasiya fantomu: absurd yalanlar, əsil gerçəklər- Sonuncu yazı

1374 18.09.2023 11:56 Siyasət A A

 

“DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ: İFŞA DETEKTORU”

LAYİHƏSİ

Fake.Faktlar. İfşa.

Yazının əvvəli bu linklərdə:

https://musavat.com/news/qubad-ibadoglunun-qefil-hicreti-ozunu-surgune-getmesinin-gercek-sebebleri_1005221.html

https://musavat.com/news/qubad-ibadoglu-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004911.html

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar-3-cu-yazi_1004660.html

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar_1004456.html

https://musavat.com/news/sensasion-anons-qubad-ibadoglu-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004122.html

https://musavat.com/news/qubad-ibadoglunun-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004294.html  

  • Sürgündə Yeni Universitetin informasiya dəstəkçiləri- diaspor ermənilərinin qəzet və jurnallarıdır

Onların arasında özünü “araşdırmaçı-ifşaedici” jurnal kimi təqdim edən  “Mother Jons”- “Ana Cons” jurnalı davamlı olaraq, universitet və buradakılarla bağlı reportajlar hazırlayır.

 Jurnalın daxil olduğu media şirkət-Vartan Qriqoryanın irsi sayılan “Carnegie Corporation of New Yorka” -a daxildir. Jurnalın CEO- baş icraçı direktoru almaniyalı erməni  Monika Bayerlyan ( Monika Bauerlein)dır. Araşdırdıqda məlum olur ki,  hələ 1992-ci ildən ABŞ ermənilərinin qəzeti olan “Armenian Weekly” qəzetində çalışıb. 2012-ci ildə ABŞ vətəndaşlığı alıb.Vartan Qriqoryanın maliyyələşdirdiyi jurnalın baş redaktoru Monika Bayerlyan 2012-ci ildə V.Qriqoryan-Karnegidən “ Amerikanın ən tanınmış miqrantları” mükafatını da alıb.   

son1.jpg (35 KB)

son2.jpg (16 KB)

https://tert.nla.am/archive/NLA%20TERT/Armenian%20weekly/1992/38.pdf 

son3.jpg (37 KB)

son4.jpg (23 KB)

son5.jpg (37 KB)

“Mother Jones” jurnalını və onun veb-saytını qeyri-kommersiya təşkilatı Milli Tərəqqi Fondu( “The Foundation for National Progress”(FNP) idarə edir. Eləcə də Ben Bagdikian Təqaüd Proqramını həyata keçirir. “Ana Cons”jurnalı   araşdırmaçı və  ifşaedici jurnalistika yönümlüdür.[1]

son6.jpg (63 KB)

 Jurnal “Sürgün Universitetin”informasiya dəstəkçisidir. 2022-ci il, il noyabrın 22-də Universitetdən hazırladığı “Onlar hamımızı öldürə bilməzlər": Bu alimlər öz ölkələrini itirib, lakin  bir-birini Tapıblar”( "They Can’t Kill Us All”: These Scholars Lost Their Countries and Found Each Other) adlı məqalədə başqaları ilə yanaşı Q.İbadoğludan da müsahibə alıb. Müsahibə zamanı başqa “sürgünçü alimlərlə”birgə danışan İbadoğlu qızı- J.Bayramovanın Azərbaycanda necə zorakılığa məruz qalması ilə bağlı videonu nümayiş etdirərkən, xəbərdarlıq edib: “Ürəyi xəstə olanlar baxmasın..” [2]  

son7.jpg (125 KB)

son8.jpg (20 KB)

Azərbaycan çoxdan baş redaktoru erməni olan jurnalın hədəfindədir

son9.jpg (64 KB)

Ben Bağdikyan və Mather Jones- jurnal heyəti bir yerdə:

son10.jpg (81 KB)

Yeri gəlmişkən, Q.İbadoğlunu  Azərbaycanın yetişdirdiyi digər dönük erməni-Qarri Kasparovun rəhbərlik etdiyi qlobal insan haqları şəbəkəsinə daxil olan 10-larla təşkilatından biri “İnsan hüquqları Fondu”, “Oslo Freedom Forum” və s. də “müdafiəsinə qalxıb”.

son11.jpg (94 KB)

son12.jpg (55 KB)

  • İbadoğlu və ətrafının əzbərlədiyi “Kleptokratiya”planının müəllifi kimdir?

Son dövrlərdə “dezinformasiyanın siyasi iqtisadı” məzmunlu çıxışlarda Q.İbadoğlu və ətrafının dilində “kleptokratiya” ən çox söylənən ifadəyə çevrilmişdi. Bu xüsusilə də, qeyd edilən-cari 2023-cü ilin yanvar ayında ABŞ beyin mərkəzi olan Atlantik Şuranın (The Atlantic Council ) “Avropa Mərkəzi” adlı şöbəsinin təqdimatından sonra baş verdi. Sözü gedən Mərkəzi Fransa erməni diasporu təsis edib və maliyyələşdirir. Hesabatın əsas  müəllifi Ben Yahuda və onun həyat yoldaşı hər 2-si bu Mərkəzdə çalışır. Ben Yahuda siyasi sifarişli “araşdırmaların”müəllifidir.

Beləliklə, adları çəkilən ağırçəkili ermənipərəst avrodeputatlar (Natali Luazo—Rafael Qluksman/Boqosyan) təsis etdikləri “Avropa Mərkəzi”ndə Ben Yahudaya “Kleptokratiyanı durdurmaq. ABŞ və Avropanın aqressiv korrupsiyaya qarşı strategiyası” adlı hesabat sifariş verib və yanvar ayında izi itirmək üçün Parisdə deyil, Vaşinqtonda   onun təqdimat edib.

son14.jpg (48 KB)

 ABŞ  və Avropa rəsmilərinin dəvət edildiyi təqdimat sonrsı  qətnamə qəbul edilib. Qətnamə“..demokratiyanın- kleptokratiya hücumundan...müdafiə etmək üçün.. ABŞ, İngiltərə və Avropa İttifaqının birgə  tövsiyəsi” adlandırıılır.Sənədin arxasındakı erməni diasporunun “uzun qulaqları” aşkar görünür:

son15.jpg (117 KB)

3 paytaxtın  erməni diasporunun hazırladığı “Kleptoratiya” layihəsinin,  altındakı imza sahibləri: Natali Luazo və Rafail Gluksman haqda çox qısa:

Bu şəxslərin Avroparlamentdə Azərbaycana qarşı saxta qətnamələri sifariş edən erməni diaspor üzvləri olması ilk dəfə Sosial Tədqiqatlar Mərkəzi tərəfində aşkara çıxarılıb, dosyeləri təqdim edilib. Natali Luazo-E.Makronun parlamentdəki partiya siyahısına başçı təyin etdiyi şəxs kimi,  Sərhədimizə AvroMissiyasını gətirən, getdikcə genişləndirən  AvroParlament "Təhlükəsizlik və Müdafiə   Komitəsinin(SEDE) sədri, çoxsaylı digər postların sahibidir. O, dövlətimizə qarşı müstəsna qərəzli mövqeyi ilə məlum olan,qatı antiAzərbaycançı və daşnak ermənipərəstdir.Natali Luazo. 2 Sitat: “Mən AvroParlamentdə bütün ermənilərin və Ermənistanın dostu olaraq qalmaqda davam edəcəm...Dünyada beynəlxalq gərginliyin artmasının tək  səbəbi, Türkiyənin  Cənubi Qafqazda,b ütün yaxın Şərqdə getdikcə artan hərbi müdaxiləsidir.”Şəkildə:sağdan 2-ci

son16.jpg (31 KB)

“Kleptokratiya” planlarının hər 2 müəllifi dünya erməni diasporunun Avroparlamentin 2 komitəsindəki sədrləridir.  Natali və Rafeal, Avroparlamentdə ən çoxsaylı  siyasi qrup/fraksiyaların (S&D; Renew; EPP;Yaşıllar və s.) və komitələrin: ya sədridir, ya müavinidir,ya da üzvüdür!

son17.jpg (37 KB)

 Natali Luazo Ermənistanla  sərhədimizə AvroMissiyanı gətirməyə təşəbbüs və nail olan Komitənin sədridir. AvroMissiya rəhbərliyinin: Mülki Əməliyyatlar Komandanı Stefano Tomat və Markus Ritter   SEDE komitə sədri Natali Luazoya tabedir.Parlament ildə 2 dəfə missiyalarla bağlı Hesabatların müzakirəsini keçirir və məruzələri qəbul edir. Missiyanın Hesabatı  Natali Luazo-nun sədri olduğu alt Komitə tərəfindən hazırlanır.

Natali Luazonun əlbir olduğu Rafael Qluksman-dünya brilyant, ləl-cəvahirat  sənayesi maqnatları kimi tanınmış, bütün dünyada  geniş biznes  şəbbəkəsinə malik 4 erməni qardaşlar:  Jan, Kristian,Albert və Ralf Boqosyan ailəsinin üzvüdür. Rafael   Qluksmanın həyat yoldaşı erməni qızı Lea Salame-Boqosyan     Fransada Azərbayana qarşı dezinformasiya yayan media imperiyasının(milyonlarla izləyiisi olan -France İnter,France 2 və France 5 -TV və radio kanalların  prime-time, E.Makronla müsahibələr aparmağa səlahiyyəti olan  aparıcısıdır. 

 Natali Luazonun “Biz Rafaellə birgə işləyirik” açıqlamasının manşet kimi xəbər başlıqlarında görə bilərsizniz.

Natali Luazounun dünya erməniliyinə xidmətləri yüksək qiymətləndirilir. İyul ayında  Laçın sərhədinə gəlib-qayıdan kimi,  Fransa erməniləri Paris meri Anna İdalqonun,  Valeri Pekresin və s. iştirakı ilə ona  təntənəli qonaqlıq verilib,ad günü qeyd edilib.

son18.jpg (45 KB)

  • İbadoğlunun “kleptokratiya”adlı sifarişli yalanlarının Londonda ifşa edilməsi..

Təsis etdikləri qurumla bağlı açıqlamada “kleptokratik pulların gənclər üçün” xərclənməsi kimi, gurultulu açıqqlamalar verildi. Azərbaycana və Türkiyəyə qarşı Fetoçu şəbəkənin yeni filialı- gənclərin beyin yuma mərkəzi kimi düşünülən AGTF-nin guya “missiyası”bu olacaqdı..

Strategiya müəllifləri “sifariş və qrantın ölçüsünə” əsasən  kleptokratların 3 dalğa-səviyyədən ibarət təsnifatını “hazırlayıb”. Nə əcəbsə Azərbaycanı 1-ci deyil,  “3-cü dalğa/səviyyə kleptokratiyada” yerləşdirib!? Bu təsnifata sübut kimi  isə, Q.İbadoğlu ilə həm təsisçi olan sabiq səfir Arif Məmmədova istinad edilib!? Arif Məmmədov deyib ki, sitat: “avroparlamentdə qoca yaşlı avrodeputatlar pensiyaya çıxacaqlarını bildikləri üçün rüşvət almağa meyillidirlər, onları qəsdən seçiblər..”

son19.jpg (120 KB)

Kleptokratiya hesabatında 3 dəfə istinad edilən Arif Məmmədovun “parlaq intellektinə” də, bu ifadəni son çıxışlarında şüara çevirən Q.İbadoğlunun da halına sadəcə  acımaq qalır. Səbəb:

Londonda oturan bu şəxslərin heç biri fərqində deyil ki, qlobal maliyyə şəffaflığı, pulların yuyulmasına və kleptokratiyaya qarşı mübarizə üçün təsis edilən ən böyük təşkilat elə Londondadır.. Və Azərbaycanda landromat var ya yox, kleptokratik ölkələrin qlobal  siyahısında Azərbaycan var  ya da yox-bunun üçün “sabiq səfirə” deyil, həmin təşkilata istinad etmək lazımdır.

“Azərbaycan saatı”internet kanalı da “anonimlik” təmin edilməklə, haradasa tökülüb qalan maliyyəni yığmağa komanda formalaşdırmaq üçün çağırış edir..və s.Yəni, xaricdəki şəbəkəyə verilən tapşırığın “qəlizliyi” fonunda çalışmağa dəvət edir..

  • Qlobal “Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu”:FATF- Financial Action Task Force-və missiyası. Onun kleptokratiyaya dair hesabatlarında Azərbaycanın adı varmı?

 Qısa arayış: Azərbaycan da daxil olmaqla, 200-dən çox ölkənin üzv olduğu FATF- çirkli pulların yuyulması, korrupsiya və terrorizmin maliyyələşdirilməsi kimi cinayətinin qarşısını almaq üçün yaradılan,bu sahədə qeyri-qanuni fəaliyyətləri, qaydaları və bu sahələrdə hüquqi tənzimləmələri müəyyən edir. Ölkələr üzrə hesabatlar hazırlayır.FATF kleptokratiyanın tərifini də,  belə ölkələrin növlərini də, siyahısını da hazırlayır.  [3]Son siyahı bel sıralanır:

  1. Rusiya
  2. ABŞ
  3. Filippin
  4. Nigeriya
  5. Misir

son20.png (100 KB)

FATV -kleptokrat liderlərin də siyahısını hazırlayıb:

son 21.png (64 KB)

  • Londonda yerləşən, kleptokratiya və çirkli pulların yuyulması sahəsində qlobal təşkilat- FATF- Financial Action Task Force -Azərbaycanla bağlı hesabatda nə yazır?

SİTAT:“Azərbaycan Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) strateji AML çatışmazlıqları olan ölkələr siyahısında yoxdur. Azərbaycan FATF 40 + 9 Tövsiyələrinə  Uyğun ölkədir. Azərbaycan    FATF-ın qara siyahısında olmayıb. Azərbaycana qarşı beynəlxalq sanksiyalar yoxdur. Bundan əlavə, Azərbaycan dekabrın 12-də Pulların Yuyulmasına Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinə (MONEYVAL) qəbul edilib. Moneyval Avropa Şurasının monitorinq orqanıdır və Avropa Şurasının Nazirlər Komitəsinə hesabat vermək üçün məsuliyyət daşıyır.[4]

son22.png (203 KB)

son23.jpg (96 KB)

FATF-kleptokratik ölkələrlə bağlı 2:boz və qara siyahılar hazırlayır.

 Qara siyahlda Şimali Koreya və İranın adı var.

 Boz siyahıda isə: “Albaniya, Barbados, Burkina Faso, Kayman adaları, Konqo Demokratik Respublikası, Cəbəllütariq, Haiti, Yamayka, İordaniya, Mali, Mozambik, Nigeriya, Panama, Filippin, Seneqal, Cənubi Afrika, Cənubi Sudan, Suriya, Tanzaniya, Uqanda, Birləşmiş Ərəb Əmirliyi, Yəmən.”-sıralanır.

Azərbaycan kleptokratik ölkələrin nə boz, nə də qara siyahısında-YOXDUR!

Maraqlı məqamlardan biri də FATF-ın “Kleptokratiyanın durdurulmasında yaxşı liderin rolu” dəyərləndirməsidir. Heç şübhə etmirik ki, Sinqapur,Yeni Zelandiya misalları çəkilən bu siyahıda Azərbaycan da öz yerini alacaq.

son24.jpg (74 KB)

  • Nəticə: A-dan Z-ə qədər hazırlanmış geosiyasi planlarda: 5-ci kalonun “5-ci təkər” olmaqlığı, tale..yoxsa şəxsi seçim..

Azərbaycana qarşı səfərbər olan bütün düşmən ölkələrin, dünya erməni diasporunun muzdlu nökərlərinin dövlətimizə qarşı qurulan ssenarilərdə  böyük alət olan revanşist erməni və F.Gülənçi şəbəkənin, işbirliyi ilə bağlı faktlar daha geniş şəkildə ayrıca çap ediləcək.

Mətndə əsas olmadan heç bir qənaət  irəli sürülməyib..Göz önündə olan bu sadə həqiqətlərlə yanaşı,saxta  xəbər və məqsədyönlü yayılan yalan-dezinformasiya dövründə ciddi cəhdlə gizlədilən həqiqətlər daha çoxdur.

Reallıqda, Türkiyədə 2015-ci il dövlət çevrilişi sonrası Qərb ölkələrində F.Gülənçi şəbəkəni cəb etmək, təşkilatlandırmaq üçün yaradılan elm-təhsil,araşdırma,sivil toplum-insan haqları-vəkillik və s. təşkilatların son dərəcə genişlənməsi-bununla bağlı olduqca çoxlu tədqiqatlar var.

  Dünya erməniliyi, “Böyük Ermənistan” olan Fransa da, regionda daim geosiyasi toqquşmalar meydanına çevirmək üçün  sadəcə “layihə-proje dövlət”olan Ermənistan da, Vətən müharibəsi sonrası  qisasçılıq ətrafında səfərbərlik üçün   həyata keçirilən “qlobal erməni milləti” strategiyasını icra edir. Erməni diasporu və himayədar ölkələr bu planın müəlllifidir və özünə  muzdla xidmət edən qlobal şəbəkəyə yeni fiqurlar cəlb etməkdədir. Çıxış yolu: “sürgündəki,qaçqın alim olmaq”idi.Ancaq bu da alınmadı..Onun “özünüsürgün” mühacirətinə getməsi ilə, Azərbaycan dövlətinin Qarabağı-Füzulini azad edən siyasi iradəsi,  hərbi gücü,Füzuli əməliyyatları/savaşı dünya hərb tarixinə yazıldı.

Digər tərəfdən, Qarabağın işğaldan azad edilməsindən sonra dünya erməni  diasporu, Azərbaycanın Zəfərini həzm edə bilməyən düşmən ölkələrin himayəsi ilə bu şəbəkəni olduqca genişləndirməyə, yalnız xaricdə deyil, özlərinə bənzər “göbələk-matryoşka” təşkilatlar yaratmaqla  daxildə də pozuculuq fəaliyyəti aparmağı hədəfə alıb.

Qubad İbadoğlu məhz belə bir hiyləgər niyyətli, elm-alim adı altında ermənilərin və İranın(Kiyan Tacbaxş), həm maliyyələşdirdiyi, həm də   təsis etdiyi çətədə yer alması sübutunu tapıb. Bu “mərkəzlər”-həm  ən mühüm hədəf kimi-Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan “süni müxalifət”, 5-ci kalon yetişdirir. Neçə ildir səs sorağı gəlməyən İbadoğlunun Azərbaycana “göndərilməs- qayıdışı” dolayısı ilə həm də Xankəndi ətrafında insan haqları ritorikası ilə ölkəmizin imicinin demonizasiyası və s. məqsədlərin də həyata keçirilməsi üçün təfərrüatlı hazırlanan plandır. Vaşinqton Post-un erməni köşə yazarı Devid İqnatius elə buna görə də yazdı .Sitat: “Laçın koridoru ilə bağlı istənilən danışıqlar Qubad İbadoğlu məsələsi ilə şərtlərlə birgə aparılmalıdır.”(?!)

son25.jpg (51 KB)

Bu “mərkəzlər” xalqımızın sosial genetik kodunda elm və təhsilə verilən dəyəri sui-istifadə edərək,həm də sabahımızı-gənclərimizi hədəfə almağa çalımaqla uzunmüddətli perpektivə hesablanmış planlar qururlar.  Londonda erməni diasporun təsis edib İbadoğluna verdiyi “AGTF-nun” fiunksiyası “Sürgündəki universitet modelli,  Azərbaycana və Türkiyəyə qarşı mütəşəkkil Fetoçu şəbəkənin yeni filialı, məhz bu düşmən niyyətlərə xidmət edir.

Daha bir-vacib məqam, Azərbaycana qarşı dezinformasiya müharibəsinə yeni isimlərin cəlb edilməsidir.

Sadalanan bütün planların ana hədəfi-son onillikdə Ordunu, Xalqı öz ətrafında sıx birləşdirməklə “məğlub” adını ermənilərə qoyan, Qalib Xalqın ünvanı olan  Azərbaycanın Siyasi Lideri,Dövlət Başçısıdır.

   Qubad İbadoğlu və bənzər hekayələrin  gerçək mahiyyəti-düşmənlərin aşkar bəyan etdiyi səfərbərliyin baş məqsədidir.  Həmin məqsədi Amerikada yaşayan erməni tarixçi alim Artyom Tonoyanın “Panama sənədləri” sızdırılandan sonra sevinclə paylaşdığı bu sözlər bir damla su kimi əks etdirir: “Qoy Əliyev getsin. Sonra biz hər şeyi sıfırdan başlayacağıq. Yenidən”.

son26.jpg (48 KB)

Əks təqdirdə Azərbaycana bu maraq nədən bu qədər böyükdür?Nədən dünyaca məşhur iqtisadiyyat-biznes profilli media orqanı “Financial Times” belə təklif-bildiriş göndərir: “Abunə ol və İlham Əliyevlə bağlı bütün xəbərlər hər səhər poçtana gəlsin”..amma Paşinyanla bağlı bunu yazmır?

son27.jpg (48 KB)

Q.İbadoğlu hekayəsinin digər  gerçək mahiyyəti xaricdən idarə edilən, Aərbaycanda da,yaxın-uzaq bütün ölkələrdə rast gəlinən bu hadisələrə alət olanların aqibətinin müşahidəsi, ən yeni tarixin sınağından çıxan  bu qənaət,dərslərdir:

Sən Vətəni yalnız qrant alanda(udanda)sevə bilməzsən..

Sən Vətəni yalnlz seçkidə qalib gələndə(udanda) sevə bilməzsən..

Vətən -Anadır..

Xaricdən diktə edilən şər, böhtan-tənqid deyil..ola bilməz....

Xaricdən diktənin də tarix sınağından çıxan dərsi var, həm də fransız atalar sözüdür: “yalnız özününkülər səni sata bilər”..sadəcə  buna görə xaric “özününküləri”cəlb edir..qalanı isə təfərrüat, ayrılan qrantlar, planlar arxasında duranların əməlləridir.

Xaricdən süni şəkildə sosial şəbəkə məkanında yaradılan “əjdahalar”, müxalif, demokratiya mücahidi, guya doğrunu deyənlər”, ən dözülməz səciyyə, guya “ölkəni hamıdan çox düşünənlər” təsnifatına aid olanlar indiyədək nəyəsə nail olubmu?-sualına cavab tapmağa çalışaq..

Doğrunu yazan Julian Assanjı bilirsiz-demirik. Xuan Quaydo, Aleksey Navalnı, Mixeil Saakaşvili, Roman Protaseviç-haradadır onlar?Arxalarında duran böyük güclər haradır? X.Quaydonu “prezident” elan edən amerikalılar onu ölkələrinə buraxmadılar..digərləri də-məlum məsələdir.. Quaydo,Saakaşvili,Navalnı,Roman Protaseviç və s. -- fiqurlar sosial şəbəkələr və mediada dezinformasiya ilə yaradılmış illüziya dünyası- Matrix də dövr edir. Matrix-reallığı virtual dünya kimi qəbul edənləri idarə etmək mexanizminə çevrilib.

Məgər məlum deyilmi ki, sizinlə ağalarınızın dərdi— demokratiya deyil, müstəqil, ictimai-siyasi sabit ölkədə yaşayan azərbaycanlılarladır.  Onların dediyi demokratiya-Paşinyan kimi sərhədlərini özgə 4-5 ölkənin qoruduğu ölkəyə çevrilməkdir.

Dərd -demokratiya deyil..Qarşıdakı mühüm siyasi təqvimlər ərəfəsində ölkəni qarışdırmaqdır... 2025-ci ilə qədər 30 illik müstəqillik, 44 günlük qalibiyyət savaşını, Zəfər tarixini yaddaşlardan silmək dərdidir...yenı maydanlar,r ənglı inqılablar, geriyə-90-cı ıllərə “irəli!” dərdıdır.

Onların dediyi-demokratiya deyil...Maydanlarda çadırlar, ağaların “havayı şirniyyat  çay-çörək  və tamaşa”sı deməkdir...Gəncə hadisələrindəki kimi, “bir birinəin yaxasından yapışıb, başına silah dirəyən qardaşlar” mənzərəsini görməkdir Demokratik seçilən Saaakaşvilinin Avrokluba gedən yolunu  bağlamaqdır...Onların istədiyi demokratiya deyil.. hazırda müharibə gedən Ukraynanın  bütün dünyaya dərbədər olan milyonlarla soydaşı deməkdir..

Onların dərdi demokratiya deyil..Füzulinin,Qarabağın  yenidən işğalı, dədə-baba məzarlarının yenidən erməni tapdağı salınması deməkdir. Qısası, “ölkəni dağıtmaq üçün mütəxəssislər tələb olunur”-Qərbin elan/vakansiyası həmişə boşdur...”zəhmət haqqı” isə-həmişə çoxdur..

Şəffalıq, hesabatlılıq deyib car çəkən Q.İbadoğluna məntiqi sual- gedib sığındığını “erməni-iran-təsisçi-maliyyəli sürgün ocağı” ilə bağlı həqiqətləri, sizə verilən sifarilərlə bağlı şəffafsınızmı?Qurduğunuz “planlarla” bağlı bu xalqa şəffaf məlumat vermək borcunuz deyilmi?

.. Sahəsinin nəinki Azərbaycanda, dünyada peşəkarı(həm də şəhid ailəsi) olan Xədicə İsmayılova “Qırmızı xətt” verilişində uzun illər birlikdə çalışdığı Qərbli həmkarlarının müharibə gedişində Azərbaycanın haqq işini dəstəklədiyi üçün ona münasibətini dəyişməsini qeyd etmişdi[5]. Jurnalistə aparıcı belə   sual verir: “44 günlük müharibə zamanı Qərb siyasətçiləri Azərbaycanı haradasa dəstəklədiyi halda, sivil toplum və s.qurumlar nədən Azərbaycana qarşı çıxırdı?”.Cavab: “Qərbdə sivil toplumlarda, beyin mərkəzlərində çoxlu ermənilər çalışır. Qarabağ üzrə dünyada ən tanınmış hesab edilən ekspert Tomas de Vaalın işlədiyi Garnegi Fondu ermənilər tərəfindən maliyyələşdirilir”..və s..”.

Postskriptum.....

 Azərbaycan yalan və həqiqət savaşında   tam  30 il dünyaya xitab etdi. Həqiqətin taleyi çox yerdə bənzərdir.. bundan daha ağır yəqin ki, ancaq dahi italiyalı Qalileylə bağlı olub.. Qalileyin elmi həqiqəti 360 il qəbul edilməyib.. dərs vermək hüququndan məhrum edilib,  ömrünün sonunadək ev dustaqlığına salınıb.. ermənilərin də mənsub olduğu katolik kilsə-Qalileyə ancaq  4 əsr sonra bəraət verib...

Bu günün özündə Zəfər haqqımızı var gücü ilə inkar etməyin yeni fazasını tətikləyənlər baş qaldırıb. “Saxta soyqırım”, saxtakarlıqla yoğrulan erməni diaspor geni XXI əsrin yeganə qalib xalqına qarşı səlib yürüşü elan edib. 5-ci kalona burada muzdlu icraçı  rolu biçilib. 

 Qərb başa düşə bilmir ki, müstəqillik və milli yaddaşında “20 Yanvar, Xocalı,Ağdaban Bağanıs Ayrım, Qaradağlı, Başlıbel..işğal” açar sözləri yazılan xalq niyə torpaqları azad edən lideri ətrafında sıx birləşib..Bəlkə ona görə zehniyyət uğrunda dezinformasiya müharibəsinə baş vurub..

Müddətsiz, məkrli dezinformasiya müharibəsi-yalanla nəfəs alan ermənilərin, onlara dəstək və maşa olanların missiyasıdır..Bu müddətsiz  döyüşdür. Vətən müharibəsində Zəfərdən-dezinformasiya müharibəsində Qələbəyə hər birimiz hazır və səfərbər olmalıyıq.

afaed3ae3a6a66b3014574d0f85be6cb.jpg (80 KB)

Müəllif: Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR