İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiyadan Macarıstan və Slovakiyaya təklif: Sizi neftlə təmin edə bilərəm...

365 01.08.2024 23:38 Dünya A A

Xorvatiya Macarıstan və Slovakiyanı JANAF Adriatik neft kəməri vasitəsilə neftlə təmin etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu məlumatı Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Nazirlər Kabinetinin iclasında açıqlayıb. Onun sözlərinə görə, artıq Macarıstan və Slovakiyaya, həmçinin Avropa Komissiyasına öz təkliflərini də çatdırıblar.

O, AK prezidenti Ursula fon der Leyen, Macarıstan və Slovakiya hökumət başçıları Viktor Orban və Robert Fikoya müvafiq məktublar göndərdiyini açıqlayıb.

Plenkoviçin sözlərinə görə, məktub “Ukraynanın Rusiya şirkətindən neftin öz ərazisindən daşınmasını dayandırmaq qərarı kontekstində” göndərilib. Təklifdə Macarıstan və Slovakiyadakı neft emalı zavodlarının 14 milyon tondan çox xammal tədarükünün Xorvatiyanın Krk adasındakı Omisalj limanının terminalını Macarıstan ərazisi ilə birləşdirən neft kəməri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

İyulun 17-də Ukrayna “Lukoyl” şirkətini “qara siyahı”ya salaraq öz ərazisindən Macarıstan və Slovakiyaya bu şirkərin neftinin tranzitini dayandırıb. Rusiyadan bu ölkələrə neft təchizatı Ukrayna ərazisindən keçən “Drujba” kəməri ilə həyata keçirilir. Budapeşt və Bratislava Avropa Komissiyasının vasitəçiliyi ilə Ukrayna ilə məsləhətləşmələrin dərhal başlamasını tələb edərək, Kiyevin hərəkətlərinin Ukrayna ilə Aİ arasında assosiasiya sazişinin birbaşa pozulması olduğunu iddia ediblər.

Lakin Avropa Komissiyası onların “təcili məsləhətləşmələr” keçirmək təklifindən imtina edib. AK bunu "Avropa İttifaqının enerji təhlükəsizliyinə təhlükənin olmadığı" ilə əsaslandırıb.

Maraqlıdır ki, Macarıstan və Slovakiyaya neft nəqli dayanmayıb: Rusiyadan Lukoyl deyil, başqa şirkətlərin məhsulu göndərilir. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak da etiraf edib. Lakin hər iki ölkə Moskvanın təhriki ilə Ukraynaya qarşı hansısa cəza tədbirinə nail olmağa çalışırlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR