İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun ətrafında dezinformasiya fantomu, absurd yalanlar, əsl gerçəklər

2731 09.09.2023 11:42 Gündəm A A

“DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ: İFŞA DETEKTORU” LAYİHƏSİ

XÜLASƏ

  Vətən müharibəsindəki Zəfərdən sonra, ölkəmiz  şiddətli dezinformasiya müharibəsi ilə üz-üzədir. Savaş meydanında üzbəüz döyüşdən fərqli olaraq, görünməz,  maskalanmış düşmənlərin apardığı  dezinformasiya müharibəsində qalib gəlmək üçün  fake-saxta xəbərləri, onların arxasında duranların aşkarlanması, məqsədlərinin anında və çevik ifşası, cəmiyyətə əsil kimliyinin göstərilməsi kimi hücumçu mövqeyinə alternativ yoxdur..

Sosial Tədqiqatlar Mərkəzi (STM),ölkəmizə qarşı aparılan hibrid   müharibənin yeni fazasında məhz bu mövqenin vacibliyini nəzərə alaraq, “Dezinformasiyaya qarşı mübarizə, ifşa detektoru” layihəsini həyata keçirir.

Layihə çərçivəsində təqdim edilən növbəti analitik araşdırmanın I Hissəsində, gündəmin aqressiv tirajlanan Qubad İbadoğlu mövzusu, onun ixtisas, vəzifə, təmsilçilik və s. fəaliyyətləri ilə bağlı işlədilən “professor, böyük alim, iqtisadçı” və s.  ifadələrin saxtakarlıq və yalan olması  faktlarla  təqdim edilir. 

Araşdırmanın II Hissəsində - Qubad İbadoğlunun son 5-6 ildə demək olar gizlin qalan “siyasi mühacirət” fəaliyyəti, Türkiyəni hədəfə alaraq  yaradılan qlobal şəbəkəyə qoşulmaq üçün “hicrət” etməsi, “sürgündəki alim” statusunu necə və nə məqsədlə alması ilə bağlı faktlar təqdim edilir. Dünya erməniliyinin, onu  himayə edən ölkələrin, təsisçisi və maliyyəçisi olduğu, yönləndirdiyi şəbəkə ilə işbirliyi, Azərbaycana  qarşı dezinformasiya cəbhəsində, təfərrüatlı hazırlanmış siyasi ssenarilərdə  yer alması faktlarla göstərilir.

Vətən müharibəsinin üzbəüz döyüş cəbhəsində qalib gələn ölkəmiz haqlı Zəfərinə görə, postmüharibə dövrünün dezinformasiya   cəbhəsində, yalan saçan DÜNYA HÖRÜMÇƏK TORU-nun, görünməyən qlobal düşmənin çapraz hibrid atəşləri-böhtan kononadasına hədəf seçilib.  Dezinformasiya atəşindən qorunmaq üçün  “Dəmir Günbəz”-ağı-qaradan seçən vətəndaş, Azərbaycan xalqının müdrikliyi, müqavimətidir. Xalqımız hər zaman olduğu kimi, son iftira və yalanların arxasındakı  əsil gerçəkləri,çılpaq  faktlarla görməyə, qiymətləndirməyə  həmişə qadirdir.

 

Müqəddimə: PETİSİYA absurdun portreti kimi

“Əgər özünüz haqqında həqiqəti demirsinizsə-başqaları haqqında bunu deməniz mümkün deyil”.                                        

Virginiya Vulf

2023-cü il, iyulun 25-də Qubad İbadoğlu ilə bağlı petisiya başladılıb və petisiyanı cəmi 1500 adamın imzalamasına ehtiyac olduğu qeyd edilib.

Artıq 2-ci ayın ongünlüyü başlayıb...petisiyanın necə deyərlər, 40-ı çıxıb... “Beynəlxalq miqyaslı alim,  dünya şöhrətli iqtisadçı” İbadoğlunu ilə bağlı petisiyanı 2-ci ayında imzalamaq üçün cəmi 1500 adam hələ də tapılmayıb... Ümumdünya “hüquq müdafiə” təşkilatlarının, “professoru”olduğu deyilən,1000-lərlə tələbəsi olan Universitetlərin, QHT-lərin, qlobal anti-Azərbaycançı mütəşəkkil şəbəkənin “qulaqbatırıcı” proksiliberal xoru və səfərbərliyinə baxmayaraq 1500 adam (!?) hələ də tapılmayıb...

Bundan sonra hətta 15.000 imza olsa belə, mahiyyət dəyişməyəcək. Mahiyyət-posthəqiqət əsrinin gerçəkləri, iç üzüdür; başqa sözlə, 2-ci ayda cəmi 1500 imzanın olmaması fonunda qopan süni/saxta kampaniyadır.

Xalq müdrikliyi-deyiminə görə, yalan danışmaq asan deyil çünki onu daim davam etmək üçün yeni yalanlar, hekayələr uydurulmalıdır. Çox tanış, həm də ölkəmizə  qarşı dezinformasiya cəbhəsinin mahiyyətini təşkil edən mənzərədir.

Yalanla qurulan zahiri görüntünü sabit saxlamaq, yeni saxtakarlıq sərmayəsi  tələb edir. Yalanın davam etməkdə cüzi unutqanlıq, hətta ani zəiflik-hər şeyi, saxta görüntü/obrazı məhv edər. Bənzətməsi: bir quş hətta uçmaq üçün də deyil, sadəcə, havada, (oxu: uydurduğu səviyyə-yüksəklikdə) qalmaq üçün  daim qanadlarını çırpmalı, küləyin istiqamətinə, hava axınlarına (oxu: himayədarların diktə etdiyi şərtlərə) uyğunlaşmalı, o səviyyədə qala bilməlidir. 

Şübhəsiz: şüurlu seçim imkanı olan insanın digər canlılarla müqayisəsi bəsit bir nümunədir. İnsan sosial, bioloji, kosmik və s. ekosistemlə bağlı varlıqdır...hiss etməsə də, onu həyatda saxlayan ən böyük qüvvə-həqiqətdir, doğru yolda olduğu ilə bağlı özünə verdiyi hesabatdır..Bilsə də bilməsə də-həqiqət,dürüstlüyün qüvvəsi də hər an insanı həyatda saxlayan  tarazlığı ya qoruyur, ya da özünü aldatdığı, yalanın davamını gətirə bilmədiyi üçün,  onun gerçəklik adlı qaya ilə toqquşması labüd sonluğa çevrilir..

 

 

  • Qubad İbadoğlu ilə bağlı  dezinformasiya xorunun ifaçıları ilə bağlı paradoks:   həqiqəti araşdırmağa “nə oxumuşlar, nə də oxumamışlar” cəhd etmir.

 

Yerli və xarici sosial şəbəkələrdə qopan “Qubad İbadoğlu “hay-həşirinin anatomiyası” ümumilikdə məlumdur. Maraq üçün rəyləri bir müddət izləməli olduq.

Qərb-Avropa..məlum məsələdir.. Q.İbadoğlu ilə bağlı dezinformasiya kononadası fonunda doğrunu yazdığı üçün həbsdə qocalan Julian Assanjı heç demirik..Dünyada fövqəlgüc sayılan  ölkənin sabiq prezidenti, qarşıdakı seçkilərdə isə prezidentliyə namizədi- D.Trampa qarşı irəli sürülən 78 İTTİHAM barədə Qərbin tam susqunluğu ilginc  və düşündürücüdür...

   “Müstəqil media rəhbərləri,  ziyalı, siyasətçi, politoloq, partiya sədrləri, alim, QHT sektoru təmsilçisi kimi və s.” kəsimin şərhlərində fərqli  yanaşmaları eşitmək gözləntisi həmişə olur.. Amma və lakin... Mövzu ilə bağlı   istər lehinə, istər əleyhinə, istərsə də 3-cü mövqedən- açıqlamaların hamısını birləşdirən ümumi cəhət: əksəriyyət bilərəkdən, çox az qisim isə bilməyərəkdən, heç bir araşdırma aparmadan, əsassız və sübutsuz,“havadan” danışmasıdır

“Prosesin mahiyyətini” birmənalı bildiklərinə əmin olanlar da, ölkə rəhbərliyinə müraciəti yazanlar da, tərəddüdlü-“hamletizm” mövqeyində ilişib qalanlar da-hamısı özlərini savadlı və peşəkar sayır. Etiraz yoxdur... Elə isə, xüsusilə də media mənsubları və ziyalı cəmiyyətlərinin- baş verənlərlə bağlı heç olmasa bircə günü internetdə araşdırmaya sərf etmələri, son beş ildə Q.İbadoğlunun nə ilə məşğul olduğunu görmələri çətinmi işdir? 

Məlum şəxs haqqında ən çox səslənən bu ifadələri: “professor, dünya şöhrətli alim, beynəlxalq aləmdə tanınmış iqtisadçı, London İqtisadiyyat Məktəbində iqtisadiyyatdan dərs deyən yeganə Azərbaycanlı, xalqımızın fəxri, dünyanın ən nüfuzlu universitetlərində müəllim,  ABŞ və İngiltərənin qabaqcıl  universitetlərinin  professoru, iqtisad elmləri doktoru,  ABŞ-ın Duke və Rutqers Universitetlərinin professoru, ən nüfuzlu beynəlxalq tədbirlərdə təmsilçi” və s. şüar edənlər onların doğru olub-olmadığı ilə maraqlanmır.. 

Q.İbadoğlu mövzusu ətrafında baş verənlərdə sosial elmdə “qrup düşüncəsi,” yaxud "parazitik-yoluxucu zehniyyət (virusu)" (The Parasitic Mind)  adlanır. Yazılanı, eşitdiyini araşdırmadan ümumi şayiə, yalan və dezinformasiyaya qoşulmaq-bu qrup düşüncəsi virusuna yoluxmaqdır.  Bəlli xarici mərkəzlərin təfərrüatlı  ssenariləri:  “böyük alim” nəqaratlı proksi-liberal dezinformasiya xoru qrupla ifa edilir. Hazırkı saxta xəbərlər əsrində   “yoluxucu zehniyyət”, dövlətimizə qarşı qlobal erməniliyin səfərbər olduğu  “kaftarların aqressiv  ulaşması” həddinə çatıb.

Q.İbadoğlunun, sitat:görkəmli alim kimi elmi xidmətləri, ABŞ, Böyük Britaniya, Macarıstanın aparıcı universitetlərində elmi və pedaqoji fəaliyyəti”-ni vurğulayaraq, Prezidentdən onunla bağlı xahiş edən “100-dən çox ziyalı” da ifadələrin  doğru  olub olmaması ilə yerli-dibli maraqlanmayıb.(İmzalar arasında elmi siyasətə qatmayan düşüncə adamı Firuz Mustafanın necə peyda olması da ayrıca maraqlı məsələdir.)

  Yoluxucu zehniyyət müraciətə imza atan bir sıra tanınmış və təcrübəli, yalan-doğru savaşında ön cərgələrdə yer almalı olan şəxslərə də sirayət edib. Bu sitata baxaq: “London İqtisadiyyat Universitetinin professoru, tənqidi düşüncəli iqtisadçı alim, yaxşı analitik  Q. İbadoğlu”...

Halbuki digərlərindən fərqli olaraq, saxta “elmi reqaliyaları” və “alimlik epitetləri” ilə bağlı dezinformasiya xoruna qoşulmazdan əvvəl gerçəkləri araşdırmaq, dərin təhlil etmək bu ‘’oxumuşların’’ bəzilərinin peşə-vəzifə borcudur. 

İlginc olan digər  məqam...  rəsmi professor olan Cəmil Həsənlini nə əcəb bu qədər öymədikləri?-sualıdır..C. Həsənli  “professor” ifadəsini işlətsə də,  bəzi açıqlamalarındakı ironiya, özünün İbadoğludan fərqli olmasını, sitat: “Harvardda 4 kitabının çıxdığını, heç bir zaman, heç bir təşkilatdan qrant almamasını” vurğulaması, dolayısı ilə İbadoğlunun professor olmadığını deməyin, “arifə bir işarənin”  forması hesab edilə bilər.

Paradoks: Hazırkı internet əsrində, hər şey “əlimizin altında ikən” İbadoğlunun ünvanına yazılan apologiyaları “bir tıklama” ilə yoxlamaq imkanı olduğu halda, kimsənin bunu diqqətə almaması baş verənlərdə  absurdun ən yuxarı dozası sayıla bilər. Buna görədir ki, bu şəxsin gerçək fəaliyyəti tamamilə arxa planda qalmaqda, professor-alim” nağıl  “ağız ədəbiyyatı” formatında, bu gün daha aqressiv tirajlanmaqda davam edir. Əksini deyən qarşı fikirlər   də  dəlil-sübutsuzdursa, daha betər effekt verir..

Məşhur Jorc Oruel “1949” adlı romanında analoji prosesləri, daha doğrusu, yaşadığımız  XXI-posthəqiqət əsri ilə bağlı yazmışdı: “Müharibə-sülhə, azadlıq-köləliyə, biliksizlik/cəhalət isə-gücə çevriləcək.”

  Tirajlanan  mifləri, “azadlığı-köləlik” kimi anlayan, “cəhalətdən qaynaqlanan güclərin”-fake-posthəqiqətə, Qərbə təzimçilik inciləri saymaq olar.. sitat:  “dünya şöhrətli alim nə qədər tez buraxılsa, o qədər yaxşı olar,ona görə Azərbaycan ziyan görə bilər, ölkənin başı ağrıyar, baş ucalığı gətirmir..”

Bu yazıda  Q.İbadoğlu ətrafında baş verənlərin gerçək mahiyyəti: “Professor, iqtisadçı, siyasətçi, tədqiqatçı, alim, analitik kimi beynəlxalq miqyaslı” fəaliyyəti, öz dilindən dediyi “mən professoram” yalanı ilə bağlı uydurmalar; son  5-6 ildə   Azərbaycana qarşı Zəfərimizdən sonra xüsusilə səfərbər olan beynəlxalq düşmən şəbəkəsinə ailəlikcə qoşularaq, “qlobal erməni millətinin” mütəşəkkil infrastrukturuna xidmətləri YALNIZ FAKTLARLA  təqdim edilir. 

Yazını, kiçik Vətən- Füzulini, ata-baba məzarını erməni əlindən alan böyük Vətənə-dövlətinə qarşı xəyanət edən, özünün “akademik-alimmi” , “ictimai-siyasi fəalmı” yaxud Vətənə dönük statusunu ayırd edə bilməyən Q.İbadoğlunun  da, hamının da oxuması məsləhətdir.  

 

Gördüyü işlərlə, akademik-elmi-iqtisadçı fəaliyyəti ilə bağlı yerli və xarici qurumlara təqdim etdiyi açıqlamalarında əvvəl başdan qeyri-ciddiliyi,“yalanların trayektoriyasında” aydın görünür.. Xüsusilə, “alim-professor” epitetlərinin uydurma olmasını görmək üçün əvvəlcə rəhbərlik etdiyi Mərkəzin gördüyü işlər və xarici ünvanlara təqdim etdiyi CV-tərcümeyi hallardakı saxtakarlıqlara qısa nəzər salmaqla buna əmin olmaq olar...

 

  •   “İqtisadi Tədqiqatlar Mərkəzi” (İTM): nəhəng donorların   qrant layihələrinin icra edən təşkilat...

 

 

İbadoğlunun 1999-cu ildə təsis edilən Mərkəzin adında “İqtisadi” sözü olsa da, fəaliyyət və məqsədinin siyasət olması rəsmi qeyd edilib. Sitat:” İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 1999-cu ildə yaradılmış siyasət araşdırmaları yönümlü beyin mərkəzidir.” Məqsədlər”sırasında nəinki “iqtisadi analitik fəaliyyət” kimi hədəflər, ümumiyyətlə “iqtisadi” sözünün özü də yoxdur. Saytda axırıncı xəbər 11 il əvvələ - 2012-ci ilə aiddir.

 



  “Azərbaycanda beyin mərkəzləri” ilə bağlı aparılan sorğu əsaslı, ölkədə yeganə elmi tədqiqat gedişində yüzlərlə Mərkəz sırasında İTM rəhbərliyinə də anket sorğusu göndərilmişdi. Mərkəz rəhbəri rəsmi yazılı cavabda qeyd etmişdi: “Mərkəzin illik təxmini büdcəsi 80.000 – 100.000 manat arasında dəyişir. Söhbət 3-4 nəfərlik “ailəvi”  heyətli Mərkəzdən gedirdi.

İTM-nin fəaliyyəti qrantlarla o dərəcədə bağlı olub ki, onun məhz qrant layihələrin icrası üçün təsis edildiyini də demək olar. Mərkəzin sadəcə yarımillik hesabatında sadalanan qrantların, onları maliyyəlşdirən təşkilatların sayına baxmaq kifayətdir. Sitat: “Cəmi 6 ayda qrant verən qurumlar: World Bank, USAID, Counterpart, CHF, the Royal Norwegian Embassy in Azerbaijan, Fredrich Ebert Foundation, OSI, Oxfam GB, ICCO, WLI, Eurasia,  PWYP, IBP, ENTO, PASOS, Chatham House, WTTN, UN, IMF, Asian Development Bank, UNICEF, OSCE Baku office   US Embassy, Embassy of Japan, Embassy of Royal Norwegian Kingdom CIVICUS, PWYP, ENTO, IBP and EITI Secretariat in Oslo, Open Society Institute Assistance Foundation;  Duke University of USA, North Carolina University at Chapel Hill  Oxfam GB .”

Təkcə  2006-2011-ci illərdə 84 xarici qrant layihəsi icra edilib. Onların 77-si cəmi  5 ildə icra edilib. Buraya hələ digər qurumlarla birgə icra edilən çoxsaylı layihələr daxil deyil! Nəzərə alsaq ki, qrantlar yuxarıda sadalanan “ağırçəkili” donorlar: EU, USAID, UNICEF, UNDP, World Bank, OXFAM GB, OSCE,GIZ, NRGİ, OSI-Soros və s.-tərəfindən ayrılıb, bu qədər işi, özü də daxil olmaqla, cəmi 4 nəfər Mərkəz əməkdaşının görməsi özü də digər maraqlı məqamdır.  

İTM-nin internet səhifəsində ən “zəngin” bölmə-donorlar səhifəsidir..layihələrlə bağlı hesabatlar, İbadoğlunun müəllifi olduğu deyilən 50 kitabla bağlı  heç bir məlumat yoxdur.

Şəkil:Mərkəzin qrant məbləğinin göstərilmədiyi,donorlar və müddətlə bağlı Hesabatı

 1.png (483 KB)

2.png (197 KB)

 Qrantlardan söz düşmüşkən, son bir ayda “Qubad İbadoğlunun Novxanıdakı bağ evi” ifadəsi də diqqəti cəlb etdi. Sahədə çalışan alim və tədqiqatçılar təsdiq edər ki, “alim-tədqiqatçı” maaşı və Novxanıda dəyəri 100-200.000 manat olan bağ evi  arasında “asimmetrik” nisbətlər var..Nəinki bağ, hələ adi evinin olması bir çox tədqiqatçı və alimlərin arzusu, mühüm sosial problemlərindən biridir.

Beləliklə, fəaliyyəti ilə bağlı tərcümeyi halında “22 il beyin mərkəzlərində, 25 illik mühazirəçi müəllim fəaliyyətində” çalışdığını xüsusi vurğulayan Q.İbadoğlunun Mərkəzi beyin mərkəzindən fərqli olaraq, sırf  xarici qrant layihələrinin yerinə yetirilən təşkilat   olub. Bu isə akademik-elmi, iqtisadi fəaliyyət anlamına gəlmir. Çünki bilənlər bilir ki, “elm=beyin mərkəzi=qrantların icrası” kimi düstur/formul yoxdur, alimlik fəaliyyət  digər, olduqca çoxşaxəli məsələləri əhatə edir. Elmi fəaliyyətə qrantlar ayrıla bilər. Lakin bunu “5-ci kalon”yetişdirən bəlli siyasi məqsədli qlobal donorlar-Soros, USAİD,NED və s. -deyil, elmi profilli təşkilatlar ayırarsa, hansı elmdən söhbət gedə bilər.

 

  •   “Beynəlxalq fəaiyyət” lə bağlı  CV-lərdəki saxta qrafalar 

 

Q.İbadoğlu ilə bağlı nəinki bu misal, eləcə də, tərcümeyi hallardakı dolaşıqlıqlar, çoxdan ləğv edilən, mövcud–aktiv olmayan “beynəlxalq” və yerli qurumlarda vəzifə, səlahiyyət və statusların sadalanması ilə bağlı yalanlar  ciddi alim adına yaraşmayan məsələdir. Həmin yalanlar bu gün “böyük alim-professsor” mifinin, məqsədyönlü tirajlanan fake xəbərlərin mənbəyidir.

Rutgers Universitetinə təqdim edilən CV-nin “Beynəlxalq təşkilatlarda peşəkar heyətlərdə təmsil olunma” ilə bağlı müvafiq qrafasında qeyd edilir ki, 2013-cü ildən-indiyə kim-(yəni Universitetdə çalışdığı 2021-ci ilə qədər-red) “Mədən Sənayesində  Şəffaflıq Təşkilatı” (MSŞT/EİTİ) təşkilatının beynəlxalq  İdarə Heyətində təmsil olunub. “Qubadoğlu-EİTİ” şüarında reallıq nədən ibarətdir?

 4.png (53 KB)

Reallıq-vacib haşiyə: Ümumilikdə, MSŞT-EİTİ) ilə bağlı fəaliyyəti Q.İbadoğlunun “özəlləşdirməsi” nəyə xidmət edir? (Söhbət Qalib Bayramovun sosial şəbəkələrdəki açıqlamalarında sehirli söz kimi təkrarladığı qurumdan (“EAYTİAY”)  gedir.

Reallıq bundan ibarətdir ki, Azərbaycan dövlətinin, onun prezidentinin bu təşkilatın   yaradanlardan biri olması çoxlarına naməlumdur. Almaniyalı müəllifin tədqiqatından:

Sitat: “2002-ci ildə Davamlı İnkişaf üzrə Ümumdünya Sammitində  Toni Bleyer resurslarla bağlı şirkətlərin, investorların, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin birgə çalışa biləcəyi   qurumun formalaşması ilə bağlı təşəbbüs səsləndirib. 2003-cü ildə Londonda prezident İlham Əliyev bu təşəbbüsə  dəstək verib və Azərbaycan təşkilatın pioneri və tətbiq edilən  ilk pilot ölkəsi olub. 2007-ci ildə ilklər sırasında təşkilata qoşulub. İlk dəfə “EİTİ meyarlarına uyğun ölkə” qiymətini də alıb. Söhbət təşkilatda Q.İbadoğlunun “izi-tozunun” olmadığı vaxtdan gedir.

11.png (120 KB)

Azərbaycan tam 10 il (2007-2017-ci illər) bu təşkilatda  dövlət rəsmisi(Şahmar Mövsümov) səviyyəsində təmsil olunub. Qeyd edilən, 2009-cu ildə “MSŞT/EİTİ standartlarına uyğun ölkə” dəyərləndirilməsini də ilk dəfə Azərbaycan alıb. 2017-ci ildə Azərbaycan dövləti MSŞT-na üzvlüyün bir daha nəzərdən keçirib və qurumu  tərk etməklə bağlı qərar verib. Həmin ildə qurumda daha az üzvlük tarixinə malik olan ABŞ da təşkilatı tərk edib.

 Sözü gedən qurumun üzvlərinin mütləq əksəriyyətinin 3-cü dünya (Afrika ölkələri -Sub Saxara, Afrika, Orta Şərq, Cənubi Amerikadan) olması diqqəti cəlb edir.Avropa Birliyinə üzv olan 30-a yaxın ölkədən yalnız Almaniya və İngiltərənin üzvlər sırasında adı var. Afrika ölkələrinin təbii resurslarını, qızıl mədənlərini talan edən Fransa təşkilatda heç vaxt üzv olmayıb.

12.png (13 KB)

 MSŞT/EİTİ-nın idarə heyətində Azərbaycanı demək olar üzv  olduğu bütün 10 il boyu, 2006-2016-lərdə Şahmar Mövsümov rəsmi səviyyədə təmsil edib. QHT-lər səviyyəsində 3 illik rotasiya ilə:  Inqilab Əhmədov 3 il (2009-2011-ci illər), Sabit Bağırov  3 il (2011-2013-cü illər) və 2013-2016-cı illərdə isə Q.İbadoğlu 3 il təmsil edib. 2017-ci ildə Azərbaycan MSŞT-nı tərk edib. Qurumun saytında 2026-cı ilə qədər idarə heyəti üzvlərini siyahısı da var və orada Q.İbadoğlunun adı yoxdur.

Göründüyü kimi, rəsmi şəxsin tam 10 il müddətində və digər QHT rəhbərlərinin də qurumda eyni müddətdə -3 il təmsil olunması fonunda, İ.Əhmədov və Sabit Bağırov  bu təmsilçiliyi Q.İbadoğlu kimi “iqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik edən dahi alimlik”(Turan İA) “indikatoruna” çevirməyib, bayraq etməyib və hay-həşir qoparmayıb. Səbəb nədir, bəlkə MSŞT-dan ən çox Q.İbadoğluna böyük qrantların ayrılmasının davam etməsi buna əsas yaradıb. Sonradan Azərbayacanda yaradılan Koalisiyada da onlarla QHT birgə təmsil olunub.

Qurumla bağlı diqqət cəlb edən məsələni vurğulayaq:işğal edilmiş əraziləri 30 il qanunsuz mədənçilik fəaliyyəti ilə talan edən Ermənistan EİTİ yaranandan bəri onu iqnor edib, üzv olmayıb. Ancaq elə ki, Azərbaycan(eyni ildə həmçinin, ABŞ da)2017-ci ildə  təşkilatı tərk edib- Ermənistan həmən üzv olub!

EİTİ-nin hesabat və dəyərləndirmələrində ədalət nümunəsindən misal gətirək: 30 ildən çox Azərbaycanın təbii sərvətlərini, işğal edilmiş ərazilərin resurslarını talan edən Ermənistanın mədənçilik fəaliyyətini EİTİ “Yüksək/mütərəqqi” kimi dəyərləndirilir(!?). Bu qurumda qalmağın mənasız hesab edən Azərbaycan onu haqlı olaraq tərk edib.Hazırda EİTİ İdarə heyətində Lusine Tovmasyan Ermənistanı təmsil edir və İdarə Heyətində Q.İbadoğlu ilə bağlı bəyanat yayıb.

 3.png (44 KB)

Vacib qeydi vurğulamaq, “absurdun dozası”misalını sübut etmək olar.Həmin qeyd bundan ibarətdir ki, Qalib Bayramov (Toğrul) “EAYTİAY”-Azərbaycanın MSŞT-nı tərk etməsini ölkəmizdə heç bir şəffaf fəaliyyətin olmaması ilə izah edir. O zaman sual olunur: MSŞT-na daha gec qoşulan və daha tez onu tərk edən ABŞ və daha digər 5 ölkədə də şəffaflığın olmaması başlıca səbəbdirmi? Yaranmasında Azərbaycan həlledici rol oynadığı, Ermənistanın Qarabağ mədənlərində talançılıq fəaliyyətini mütərəqqi qiymətləndirən, əsasən Afrika çoğrafiyasındakı Qərbin sümürdüyü müstəmləkə ölkələrlə çalışan EİTİ-də fəaliyyətini dayandırmaq qərarını bir “alim” demirik, Qarabağlı ailənin qərəzli izah etməsinin başqa adı nə ola bilər?   

Q.İbadoğunun xaricdə təqdim etdiyi CV-lərin məzmununu şişirtmək, “sanballı “alim” görüntüsü yaratmaq üçün istifadə etdiyi fəndlər sırasında Regional QHT-lərdə təmsilçiliyin şüar edilməsi də var. Eyni mənzərəni artıq aktiv olmayan “Qara Dəniz QHT Forumu”ilə bağlı məlumatda da görə bilərik. Aktiv olmayan Forumun rəhbər heyətində üzvlüklə bağlı  qrafa İbadoğlunun CV-lərində təkrar-təkrar yer almaqda davam edir. 

13.png (33 KB)

Mövcud olmayan təşkilatlarda təmsilçilik və rəhbərliklə bağlı ən maraqlı məqamlardan biri də guya Azərbaycanda beyin mərkəzləri ilə bağlı həyata keçirilən “çoşqun fəaliyyət” görüntüsüdür. Ölkəmizdə beyin mərkəzləri ilə bağlı kitabın müəllifi kimi bu qrafanın gerçək olmadığı,tamamilə yalan olduğunu nəinki biz, həm də, Azərbaycanın bütün QHT-araşdırma mərkəzləri təsdiq edə bilər. Söhbət  qrant layihəsi kimi icra edilən, gerçəklikdə heç vaxt olmayan “Azərbaycan Beyin Mərkəzləri Alyansı”(ATTA) və onun olmayan İdarə heyətinin sədri-İbadoğlu ilə bağlı CV qrafasından gedir.

14.png (32 KB)

Bu qrafada gerçək olan yeganə  məqam, onun-külli miqdarda Avropa qrantının ayrılması ilə icra edilən xarici layihə kimi icrasıdır. Birgə qrant layihəsini İbadoğlunun ailəvi Mərkəzi-İTM və “Kamil Vətəndaş İctimai Birliyi” icra edib. Sonuncunun əsas missiyası, sitat: “ Azərbaycanın Qərb Bölgəsində SOROS-açıq cəmiyyət ideyalarını yaymaq” olub. “Kamil Vətəndaş QHT-birliyin” rəhbəri, uzun müddət SOROS-un Azərbaycanda “pul paylayanı”  Həsən Hüseynli 2014-cü ildə kriminal fəaliyyətinə görə 6 il həbs cəzasına məhkum edilib.Q.İbadoğlunun Qərb universitetlərinə təqdim etdiyi CV-lərdə gizlənən “həqiqətlər” tək bunlar deyil...

Ümumilikdə qrantların icrasına, hesabatlar hazırlanmasına qeyri-ciddi yanaşmanın İTM rəhbərliyinin fəaliyyət tərzi olduğunu sübut etmək üçün bir misal da çəkmək yerinə düşər. Bu həm də  hazırkı saxta “alim-professor” mifinin belə asanlıqla tirajlanmasının, ciddi fiqur düzəldilməsinin anatomiyasını dərk etmək üçün də faydalıdır. 

Reallıqda heç vaxt mövcud olmayan, qrant layihəsi kimi icra edilən,“Azərbaycan Beyin Mərkəzləri Alyansı”(ATTA)  haqda Qalib Toğrulun hazırladığı hesabata nəzər salın. Hesabatın hər çümləsi yalandan ibarətdir.Saxta nəticələrin yer aldığı Hesabatın ingiliscə (xəlvəti) hazırlanması diqqəti cəlb edir. “Annex 1.1 Example of a Local Program for Management Improvement: The Think Tank Capacity Building Program in Baku” (Əlavə 1.1 İdarəetmənin Təkmilləşdirilməsi üzrə Yerli Proqramın Nümunəsi: Bakıda Beyin Mərkəzinin Bacarıqlarının Artırılması Proqramı) yazaraq internetdə hesabatla, daha doğrusu görülən işlərlə bağlı saxta  nəticələrlə tanış ola bilərsiz.

5.png (75 KB)

Qalib Toğrulun hazırladığı saxta hesabatda:Soros qrantı icra edilib, ancaq nə alyans, nə də saytı var-lakin yerli beyin mərkəzləri ilə bağlı “çevriliş”edilməsi görüntüsü yaradılıb: “ölkə beyin mərkəzlərinin 75%-i öz büdcələrini 25% artırmağa nail olub..Azərbaycan beyin mərkəzlərinin sərgisi keçirilib, məhsullar nümayiş etdirilib” və s. “cahanşümul”nəticələr...

15.png (135 KB)

 

  • Son bir ayın təzə yalanları..

 

  Vəkil Z.Sadıqova mediaya açıqlamasında bildirdi ki, Q.İbadoğlu  məhkəmədə bildirib ki, avqustun 17-də  Çində CAREC Beyin Mərkəzlərinin İnkişafı Forumunda çıxış etməlidir.

Q.İbadoğlu London Universitetinə təqdim etdiyi məlumatda  özü də CAREC Beyin Mərkəzləri Forumunun Məsləhətçilər Heyətinin üzvü olmasını qeyd edib:

16.png (28 KB)

Hər iki  məlumat tamamilə yalandır. CAREC -Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı  Mərkəzi Asiyada və İpək Yolu boyunca iqtisadi əməkdaşlığın biliklərin yaradılması və mübadiləsinin həsr olunmuş hökumətlərarası təşkilatdır. İnstitutun baş qərargahı Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Bölgəsinin Urumçi şəhərində yerləşir.CAREC İnstitutu on bir üzv ölkə: Əfqanıstan, Azərbaycan, ÇXR, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən birgə paylaşılır, mülkiyyətindədir və idarə olunur. O, CAREC regionunun biliyə dəstək qoludur.   

CAREC qurumunda əvvəl başdan iştirakçı və tərəfdaş Vüqar Bayramov və onun Mərkəzi olub. Regional İqtisadi Əməkdaşlıq Proqramının da,  CAREC Beyin Mərkəzləri Şəbəkəsinin  İlk təsis Yığıncağına da( 12 mart 2009) İbadoğlu deyil, o qatılıb.

7.png (93 KB)

Həmçinin, deputat Vüqar Bayramovun rəhbəri olduğu Mərkəzin saytında da Azərbaycandan yeganə  qeyri-dövlət qurumu kimi onun CAREC-də təmsil olunması  yazılıb. 

8.png (123 KB)

Q.İbadoğlunun mərkəzi CAREC  tədbirlərdə heç vaxt olmayıb..

9.png (46 KB)

15 sentyabr 2022-ci il tarixdə Bakıda CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu  Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu (CI) və İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı, Vüqar Bayramovun iştirakı ilə keçirilib..

 Zibeydə Sadıqovanın İbadoğlunun dilindən elan etdiyi son yalan: avqustun 16-17də İbadoğlu nə proqramda, nə də spikerlər arasında  yoxdur..

10.png (106 KB)

Ümumiyyətlə, İbadoğlu qardaşının gördüyü işləri öz adına çıxmaqla kifayətlərnmir, həm də, əksər yazılarında onun təhlillərini məqsədinə uyğun olaraq, başlıqları təhrif, məzmunu plagiat etməsini də hər kəs görə bilər.

Qeyd edilənlər fonunda, Azərbaycanda Beyin Mərkəzləri Alyansının mövcudluğu ilə bağlı saxta hesabat müəllifinin, hazırda  tirajlanan dezinformasiya xorunda  Qalib Toğrulun aparıcı fiqur olması  təəccüblü deyil.Yeri gəlmişkən “ailə təşkilatı” olan İTM fəaliyyətində  rəhbər heyətinin soyadlarında dəyişiklik edilməsi-xarici qrantverənlər üçün, Mərkəz heyətinin müxtəlif əməkdaşlardan ibarət olması təəssüratını yaratmaq üçün edilib-qənaəti də yaranır. 

İbadoğlunun CV-lərdə təkrarladığı daha bir “dünya miqyaslı beynəlxalq təmsilçilik və alimlik” nümunəsi “ABŞ təhsilli məzunlar” birliyidir... 

17.png (37 KB)

Bütövlükdə bu məntiqlə digər gurultulu adlarla, bir-birinin içərisində “matryoşka” formatlı və ilginc adlı  “beynəlxalq” QHT-lərdə üzvlük məsələsinin şişirdilməsi təbii ki,  “avtomatik  olaraq dahi alim və professor” olmağı təmin etmir və ya buna   legitim əsas vermir.  Müqayisə ediləndə,  qardaşı, iqtisadçı,  beyin mərkəzinin rəhbəri, Milli Məclisin üzvü   Vüqar Bayramovun  həm yerli, həm də beynəlxalq fəaliyyəti, qat-qat artıq olmaqla, görülən işlər və hesabatlar online-göz önündədir.  Q.İbadoğlunun aldığı külli məbləğli qrantların nəticəsi olan araşdırma-Hesabatların isə heç biri saytında yoxdur. Bu paralellərin aparılması İbadoğlunun son illərdəki fəaliyyətindəki metamorfozaları anlamağa imkan verir..

Son bir ayda bütün bəyanatlarda tirajlanan, İbadoğlunun “tutduğu olmayan bu vəzifənin” uzun adı, sadəcə yeni bir saxtakarlıq “incisi”sayıla bilər..sitat: “member of Working Groups on "Grand Corruption and State Capture" and "Asset Stolen Recovery" of the UNCAC Coalition – Association for the Implementation of the UN Convention against Corruption and local expert in Anti-Corruption Network for Eastern Europe and Central Asia of the Istanbul Anti-Corruption Action Plan (IAP) 5th Round of Monitoring Assessment Framework of the OECD.”( UNCAC Koalisiyasının – BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının Tətbiqi Assosiasiyasının “Böyük Korrupsiya və Dövlətin Tutulması” və “Oğurlanmış Aktivlərin Bərpası” və İstanbulun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin yerli eksperti Antikorrupsiya Fəaliyyət Planı (IAP) OECD-nin Monitorinqin Qiymətləndirilməsi Çərçivəsinin 5-ci Raundu.)

946dd154-0586-40e4-96ec-3e15ffb974f7.jpg (62 KB)

Müəllif: Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü,

sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor 

Ardı var...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR