İnsanlara hürriyət, millətlərə istiqlal!

Klanlar arası mübarizə: İsmayıl Haniyənin ölümü necə baş verib? - VİDEO

603 01.08.2024 22:28 Dünya A A

"Necə olur ki, İsrail İranın ən mötəbər qonağını Tehranın mərkəzində öldürə bilir? Təhlükəsizliyi təmin edə bilməyəcək qədər məhdud imkanların səbəbi nədir və bu haradan qaynaqlanır?".

Bunu Baku TV-nin əməkdaşı jurnalist Turan İbrahimov HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsini şərh edərkən deyib.

O qeyd edib ki, İranda hazırda ciddi daxili proseslər gedir:

"İranda Xameneiyə sadiq bir neçə qrup var. Onları klan da adlandırırlar. Bu klanlar arasında mübarizə gedir. Xameneiyə sadiq olsalar da, aralarındakı düşmənlik elə bir həddə gəlib çatıb ki, onlar bir-birini Xameneinin gözündən salmaq üçün hətta xarici qüvvələrlə əməkdaşlıq edirlər. Bunun nəticəsində də şahidi olduğumuz hadisələr baş verir".

Ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR