İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında... - ETİRAF VİDEOSU

4965 01.08.2024 13:29 Dünya A A

Almaniyanın xarici işlər naziri Annalena Berbok afrikalı kişi ilə pul qarşılığında intim münasibət qurub, hər şey ortaya çıxdı

Almaniyanın xarici işlər naziri Annalena Berbokun başı dərdə girib. O öz ölkəsinin və qlobal medianın hədəfinə tuş gəlib. Nazir Afrikada intim məqsədlər üçün pullu eskort xidmətlərindən istifadə etməkdə şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu barədə "Zeitgeschenen" xüsusi məqalə ilə xəbər verir.

Onun eskortu olan afrikalı gəncin adı da bəlli olub. Kingsley adlı jiqolo 2022-ci ildə Almaniyadan olan bir qadın nazirə cinsi xidmət göstərdiyini və o vaxtdan bəri onunla müntəzəm görüşdüyünü etiraf edib.

Alman mediasının iddialarına görə, onların son görüşü bir həftə əvvəl Abidcanda olub. Alman jurnalistlər Nigeriyadakı insident də daxil olmaqla, Berbokun səyahət cədvəlini araşdırıblar və iddialardakı tarixləri təsdiqləyiblər.

İndi Almaniya cəmiyyəti üçün əsas sual budur: nazir eskorta intim xidmətlərinə görə "zəhmət haqqı"nı öz vəsaitindən ödəyib, yoxsa Almaniyanın dövlət büdcəsindən?

"Zeitgeschenen" yazır ki, jurnalistlər ümidvardırlar ki, nazir "xidmətlərin" haqqını şəxsi vəsaiti hesabına ödəyir.

Qeyd edək ki, Berbok evlidir, iki qızı var. Annalena Şarlotta Alma Berbok (15 dekabr 1980-ci ildə Hannoverdə anadan olub) alman siyasətçidir, Robert Habeklə birlikdə 2018-ci ildən Alyans 90/Yaşıl partiyasının həmsədri vəzifəsində çalışır. O, həmçinin Yaşıllar Partiyasının 2021-ci il Almaniya federal seçkilərində kansler vəzifəsinə namizədidir və bu yüksək vəzifəni qazanma şansı olan Yaşılların ilk namizədi olub.

O, 8 dekabr 2021-ci ildən Olaf Şolz hökumətində xarici işlər naziri vəzifəsində çalışır.

Afrikalı eskortun etiraflarını təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR