İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu ətrafında dezinformasiya fantomu: absurd yalanlar, əsl gerçəklər

1752 12.09.2023 12:47 Siyasət A A

Yazının əvvəli bu linklərdə:

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar-3-cu-yazi_1004660.html

https://musavat.com/news/stm-in-qubad-ibadoglu-arasdirmasi-iddialar-senedler-subutlar_1004456.html

https://musavat.com/news/sensasion-anons-qubad-ibadoglu-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004122.html

https://musavat.com/news/qubad-ibadoglunun-etrafinda-dezinformasiya-fantomu-absurd-yalanlar-esl-gercekler_1004294.html

                                                    4-cü hissə

Türkiyəli alimlər “Sürgündəki Universitetə” üz tutur.

Şəkil: Soldan 2-ci “sürgünə ilk dəvət edilən,gələn Türkiyəli alim Cem Özatalay və başqa Türkiyəli “sürgünçülər”

TURK.png (390 KB)

Çünki Arien, sitat: “Biz onlara səslənir, etimadnamələrini göndərmələrini xahiş edir,onları yerləşdirəcək məktəb-universitetləri tapmaq üçün əlimizdən gələni edirik.Onlar bizə  məktub yazır və   Konsorsiuma üzv olan universitetlərə yerləşdirilməyi xahiş edirlər. Universitet alimlərin viza, mənzil, səhiyyə və digər ehtiyacları təmin etmək üçün çalışır. Alimlərə “ziyarət görüşləri,… adətən maaş və standart paketlər, müəyyən güzəştlər” təklif olunur”. Sürgün alimlər adətən bir və ya iki il gəlir, bundan sonra Universitet onlara Brown Universitetində və ya başqa yerdə daimi iş tapmaqda kömək edir.” Şübhəsiz ki, bu “fəallığın” məqsədlərdən biri də, analoji layihələrə daha çox maliyyələşməni təmin etməkdir. 

NUREN.png (217 KB)

 

 KESİK.png (431 KB)

 

Türkiyənin, türk alimlərinin hədəfə alınması bəlkə də 1933-cü ildə ilk “Sürgün Universitetinin” yaradılmasına vəsilə olan A.Eynşteynin məhz Böyük Atatürkə müraciətini unutdurmaq, tarixin salnaməsindən sildirmək üçün düşünülmüş məkrli siyasətdir...

QAYCİ.png (147 KB)

  • Qubad İbadoğlunun siyasi mühacirliyi, “sürgündə universitet”şəbəkəsinə və nəsli kəsilməkdə olan alimlər” təsnifatına düşməsi. Sürgün alimlərə yardım çərçivəsində Universitetlərə yerləşdirilməsi

Son bir ayda Q.İbadoğlu ilə bağlı yerli mediada yazılan şərhlərdən biri. Sitat: “.. İbadoğlu qəfildən gözdən itdi, daha sonra elit London İqtisadiyyat Məktəbində yeni müəllimlik missiyasını yüksək səslə elan etdi. Bizi daha çox təəccübləndirən İbadoğlu deyil, orta səviyyəli ikinci dərəcəli mütəxəssis seçən elit iqtisadiyyat məktəbi oldu. İbadoğlunun  London tələbələrinə öyrətdiklərini hər kəs təxmin edə bilər.”[1]

Bir daha vurğulayaq ki, son 1-2- ayda yazılanların heç biri araşdırılmayıb, bu da yalanları gerçək kimi təqdim edənlərə böyük fürsət verib.

 Bu hissədə görəcəyimiz kimi, Qubad İbadoğlu “alim” olmadığı, ən elementar məsələ:sadəcə özü müraciət etmədiyi üçün heç bir “dünya şöhrətli, elit universitetləri” onu seçə bilməzdi,  reallıq çoxlarının təkrarladığı kimi, “Azərbaycanı təmsil etmək”olmayıb.

Son 4-5 ilin gerçəkləri Azərbaycan cəmiyyətindən israrla gizlədilib..dostlarından, həmkarlarından, mediadan tam məxfi saxlanıb..Hətta hər şeyə qadir Google da-Q.İbadoğlunu  siyasi mühacir” ampluasında “tanımır.”Yalnız bircə “Amnesty İnternationaldan” başqa. Səbəb:bir qədər irəli gedərək qeyd edək: əksər beynəlxalq insan hüquq təşkilatları  Arien Makın Sürgündə Universitetinin Məsləhət Şurasının üzvləridir!

Beləliklə, son illərin “yalan trayektoriyasının”  əvvəlinə gəlsək: böyük donorların müstəsna seçimi olan Q.İbadoğlu, icra etdiyi layihələrdən əldə etdiyi vəsaitlərlə rəhbərlik etdiyi Mərkəzi daha da inkişaf etdirə, ali məktəblərdə mühazirələrini oxuya, rəsmi-gerçək professor da ola bilərdi..Mərkəzdə özünün müavinlərindən olan, bu gün iqtisadi sahədə çalışan digər tanınmış həmkarları kimi..

 “Nə etməli?”-sualına Q.İbadoğlunun seçdiyi cavab- “Amnesty İnternational” təşkilatının   “siyasi mühacirət” adlandırdığı hadisə naməlum qalıb, gizlədilib. Axı gerçəklikdə siyasi emiqrasiya olduqca səs-küy yaradan bir fenomendir. Məs. son iki ildə Rusiyadan siyasi emiqrasiya tarixi rekord həddə çatması dünya gündəmi olub, səbəblər də bəlli və əsaslıdır.Tərifinə baxsaq, “emiqrasiya -  iqtisadi, siyasi, şəxsi və digər səbəblərdən doğma ölkədən həmişəlik getmək, onunla bütün münasibətləri dayandırmaq, bir dövlətdən və ya ölkədən digərinə köçmək deməkdir.” Elə isə, torpaqlarını 30 illik işğaldan azad edən bir ölkənin,  qarabağlının “sürgün” üçün  heç bir əsas olmadığı halda “özünüsürgünə” getməsi, siyasi mühacirət etməsi, üstəlik də “məxfi saxlaması” nə ilə bağlı olub?

2018-ci ildən Q.İbadoqlu Amerika, Nyu Yorkda yerləşən “Sürgündə Yeni Universitet Konsorsiumunda”( The New University in Exile Consortiumuna(NUEC) peyda olur.[2]

Mediada son 5-6 illik mərhələ ilə bağlı, Q.İbadoğlunun “dünya şöhrətli universitetlərindən” şəkillərinin olmaması ilə bağlı “gileylər” fonunda  “ dünya şöhrətli elit sürgün universitetindən”,  tam heyəti ilə şəkillərini ilk dəfə təqdim edirik.

Şəkil:Sürgündə Yeni Universitet Konsorsiumu”nun Direktoru Arien Mack (soldan 3-cü),həmtəsisçi ukrayna ermənisi Ararat Osipyan(soldan 5-ci) və  “özünü-sürgün” edən Qubad İbadoğlunun “ailəvi alim”komandası(sağdan:2,3,4,5-ci şəxslər):

 TAHİRE SON.png (951 KB)

sehife.png (385 KB)

 

Bu fotoşəkil  hesabatlarda təkrar yer alır. Onun daha çox özünü ifşa mənalı olması nədənsə diqqətlərdən kənarda qaır. Belə ki,sol tərəfdəki: 1933-cü ildə Hitlerdən qaçan, aralarında  Albert  Teodor Adorno kimi alimlər olan ilk real sürgün universitetindən qalan şəkildir. O zaman A.Eynşteyn Böyük Atatürkə, Türkiyə dövlətinə ÖZÜ MÜRACİƏT etmişdi,məktubda özünü Atatürkə “Sizin xidmətkarınız” kimi təqdim etmişdi..

Sağdakı şəkil: 2018-ci ildə siyasi-ideoloji  texnologiyaları reallaşdırmaq məqsədi ilə, 5-ci kalon formalaşdırmaq üçün  yaradılan, “sürgünə cəlb etmək üçün” DƏVƏTNAMƏLƏR göndərən “sürgün modelini” istiamar edən, cılızlaşdıran Arien Makın-“sığınacaq-konsorsiumu”nun  səfil üzvləri sırasında Qubad İbadoğlu və ailəsi..[1]

[1] https://newuniversityinexileconsortium.org/wp-content/uploads/2020/06/Annual-Report-2019-2020-2.pdf

PETR.png (303 KB)

 

Qeyd edildi ki,  Konsorsiuma hər il başqa Universitetlərin   üzv olması təşviq edilir. Hər üzv universitet- hər il bir sürgünçünü kurslara dəvət edir. Bunun üçün Sürgün Universiteti davamlı elanlar yerləşdirir,iş, kurs,tədqiqat yeri, kitabxanalar axtarır.

 Şəkil:Konsorium-yataqxana lövhəsindəki Qubad İbadoğlunun işsizliklə bağlı elanı. Sitat: Mühacirətdə olan bir çox alimlər təqaüdləri bitdikdə qeyri-müəyyən gələcəklə üzləşirlər. Əgər müəssisəniz bu sürgün edilmiş alimlərdən hər hansı biri üçün yer tapa bilirsə, bizə e-poçt göndərin

CONSOR.png (248 KB)

 AVTOBUS.png (269 KB)

 

AVTOBUS YENİ.png (272 KB)

 LONDON.png (227 KB)

 LONDON SON.png (188 KB)

 MOVZU.png (864 KB)

 

ALTERNATİV.png (392 KB)

 

Alternativ düşüncə müstəvisində Q.İbadoğlunun Rutgers Universitetində ilk dəfə azərbaycanlı icmasının əsasını da qoya bilərdi. Çünki burada “Rutgers Erməni Tələbə Assosiasiyası”, “Rutgers Erməni Klubu” və s. adlı  geniş birlikləri olsa da, Azərbaycanlılar hələlik təşkilatlana bilməyib..Amma və lakin..”Rutgers və İbadoğlu” başqa assosiasiyalarla: Sürgündəki Yeni  Universitetin” şəbəkəsinin üzvü kimi- tarixə düşüb...

TARİX.png (256 KB)

TARİX SON.png (571 KB)

 

 ERMENİ BAYRAQ.png (457 KB)

 

“Rutgers universitet günlərində” keçirilən şənliklərdə “Erməni klubu”nun üzvü Anahid Kaprielyan iştirakçıların  adını ermənicə yazmaqla  təbliğ edir...

 

 QUBAD.png (467 KB)

  • İbadoğlu LONDON İqtisad Universitetinə də özü getməyib, sürgünçülərə yardım proqramı çərçivəsində MÜVƏQQƏTİ GÖNDƏRİLİB, YERLƏŞDİRİLİB...

 

Aşağıdakı şəkil Q.İbadoğlunun London Universitetinə  özünün, “alim/professor kimi” deyil, sürgünçü, sığınacaq axtaran, nəsli kəsilən “alim” kimi Arien Mack tərəfindən  göndərilməsinin sübutudur. Sitat: “Q.İbadoğlu London İqtisad məktəbində qonaq  təcrübəçi ”yeri ilə mükafatlandırılıb..Yəni özü qazanmayıb, “dünya şöhrətli universitetdə dəvət edilməyib, dərs demir,” sadəcə “Sürgündəki yeni universitetin”elmi mübadiləyə yardım  proqramı üzrə təcrübə keçir.”

 Göründüyü kimi İbadoğlu  və daha 3-4 nəfərə yer tapılıb, daha 4 nəfərin isə kurs vaxtının uzadılımasına nail olunub..

Sual: Nə üçün Qubad İbadoğlu digər 3 nəfər kimi, ABŞ-a yaxud Parisə deyil, məhz LONDONA-göndərilir..Cavab aydındır: oradan özünün hazırda sığındığı yataqxana timsalında, adında “gənclər” sözü olan  “Mərkəz” təsis etmək, bunun üçün isə əvvəlcə onqat daha çox çirkab, iqtisadi  dezinformasiya tirajlamaq məqsədi ilə..

MEQSED.png (295 KB)

 

 

Şəkil: 2018-ci ildən Azərbaycan adını “saxta sürgün” qurumlar sırasına salan şəxs.. Maraqlıdır ki, İbadoğlu Sürgün Universiteti yaranan kimi -2018-ci ildə oraya qəbul olunub. Belə ki, məhz buradan Rutgers, London və s. universitetlərə  mühacir alim kimi göndərilib.Şəkil:  Sürgün Konsorsiumun 2018-ci il üçün hesabatı. Azərbaycan da daxil olmaqla,40 ölkədən 14 nəfər arasında Qubad İ.da buraya qəbul edilib.

 GUZGÜ.png (137 KB)

KOLUMBİA.png (188 KB)

 

KONNEK.png (63 KB)

 HAVE.png (211 KB)

Q.İbadoğlu “Sürgündəki Yeni Universitet Konsorsiumu”na(SYUK) (The New University in Exile Consortium(NUEC) ”necə gedib çıxıb?

Arien Makın “Nəsli kəsilməkdə olan alim meyarları” bu kimidir. Sitat-Tərif:

“Nəsli kəsilməkdə olan alim elmlər namizədi olan hər kəs kimi müəyyən edilir və ya ekvivalent dərəcə, ali təhsil müəssisəsində müəllim və ya tədqiqatçı vəzifəsini tutan, öz ölkələrində və ya yaşadıqları ölkələrdə həyatlarına və/yaxud karyeralarına qəddar və hədəf seçilmək kimi təhlükələrlə üzləşmiş, ölkəsindən yeni, bu yaxınlarda qaçmış şəxslərdir”.

KRİT.png (78 KB)

Yuxarıdakı suala- Q.İbadoğlu “Sürgündəki Yeni Universitet Konsorsiuma necə gəlib ?- cavab versiyaları müxtəlif ola bilər. Çünki burada yerləşdirilən meyarlar- ali təhsil müəssisəsində müəllim və ya tədqiqatçı vəzifəsini  tutan, öz ölkələrində, yaxud yaşadıqları ölkələrdə həyatlarına və/yaxud karyeralarına qəddar və hədəf seçilməklə təhlükələrlə üzləşmiş, ölkəsindən yeni, bu yaxınlarda qaçmış şəxslər-İbadoğluna uyğun gəlmir.

O zaman ehtimallar etmək qalır. Əvvəla, Arien Mak çıxışlarında dünyada müxtəlif ünvanlara özlərinin məktub yazdıqlarını bildirib.İlk variant kimi bunu qeyd etmək olar. 2-cisi, “Sürgündə Universitetin” hədəf ölkəsi-Türkiyə ilə bağlı təsis edilməsini nəzərə alaraq, orada türkiyəlilərin müstəsna dərəcədə çox olmasını, onların vasitəsi ilə getdiyini  söyləmək olar. Daha bir variant, növbəti  hissədə görəcəyimiz kimi, Arien Mak-ın təşkilatlarını ermənilər maliyyələşdirdikləri üçün məqsədyönlü Azərbaycanı hədəfə gətirmək üçün İbadoğlunun cəlb edilməsi ola bilər.

https://newuniversityinexileconsortium.org/wp-content/uploads/2020/06/Annual-Report-2019-2020-2.pdf

İbadoğlunun onun siğınacağa yerləşməsinə  Azərbaycanda fəaliyyət göstərən “Milli və Beynəlxalq Araşdırmalar” (CNİS[1]) adlı QHT-nin, maliyyə mənbəyini gizli saxlamaq  üçün  Gürcüstanda “Regional Araşdırmalar Mərkəzi” adı ilə qeydiyyatdan keçirən QHT rəhbəri Leyla Əliyevanın (Gülrux Əlibəylinin qızı)  onu yönləndirdiyini çox ehtimal etmək olar. Belə ki, ilkin vaxtlarda onlar birgə çıxışlar edib. L.Əliyeva  da 2020-2022-ci ildə Sürgün Universitetdə üzv kimi tədbirlərə qatılıb, çıxışlar edib.

Q.İbadoğlundan fərqli olaraq, özünün sərbəst ingilis dili, Oksford və s. mərkəzlərdə təqaüd alma imkanları olan L. Əliyeva da bu fəaliyyətini gizli saxlayıb...yaxud bunu zənn edib.

LEYLA.png (501 KB)

Leyla Əliyeva yaradıcısı və rəhbərinin amerikalı erməni, milyonçu Alexis Ohanyanın[1] olduğu “Reddit” sosial şəbəkə platformasında çox fəaldır və İbadoğlu ilə bağlı davamlı paylaşımlar edir.

[1]Qeyd: Alexis Ohanyan platformanı sonralar 20 milyona Conde-Nast şirkətinə satıb.. A. Ohanian həm də kriptovalyuta milyonçusu “Crypto - Cosmopolitan” sahibidir.

ALEX.png (98 KB)

 

[1] https://cnis-baku.org/eng/07-08-2023/

[1]Qeyd: Alexis Ohanyan platformanı sonralar 20 milyona Conde-Nast şirkətinə satıb.. A. Ohanian həm də kriptovalyuta milyonçusu “Crypto - Cosmopolitan” sahibidir.

Arien Makın Universitetinin internet saytında Leyla Əliyeva və Qubad İbadoğlunun birgə seminarlarda çıxış etdiklərinə dair hesabatlar yer alıb. Şəkil

GEDEN.png (284 KB)

 

Sözü gedən hesabatlarda “Sürgündə Universitet alimlərinin” Rutgers Universitetində keçdiyi kurslarla bağlı məlumatlar da yer alıb.“Alimlərin” hamısı türk soyadlı, Türkiyədə çevriliş cəhdi sonrası  Arien Makın cəlb etdiyi F.Gülənçi  Hizmət hərəkatına bağlı olanlardır. Şəkil:Hizmət hərəkatına bağlı  Türkiyəli üzvlər  və Q.İbadoğlu 

YALE.png (234 KB)

Qeyd edək ki, seminarların hamısında yaşı bir əsri  haqlayan 92 yaşlı Arien Mak “nənə” iştirak edir.

QEYDD.png (631 KB)

Arien Makın “Dünyada nəsli kəsilməkdə olan alimlər” adlı  təşkilatının müəəyyən etdiyi meyarlarla, Qubad İbadoğlu 2018-ci ildən  4 təsnifatdan birinə,“Məhkəməyə cəlb edilən və təqib   edilənlər (Prosecuted &Persecuted)”- təsnifatına aid edilib..Halbuki, 2018-ci ildə, son dövrə qədər onunla bağlı nə təqib, nə də məhkəmə olub...

[1] https://www.endangeredscholarsworldwide.net/about

PENCERE.png (134 KB)

Beləliklə, 92 yaşlı “köpək qarı”-Arien Mack-ın “sürgün alim” biznesi çiçəklənməkdə, müharibə və münaqişələr artmaqda, sürgünə gələnlər, müvafiq olaraq da, ayrılan  maliyyə “tavana” çatmaqdadır..

Bu fonda münaqişəyə “Nida” işarəsini qoyan azərbaycanlı sürgünçünün yeri   darısqal kimi görünür...

Ukraynadakı müharibə fonunda Arian Mack üstəlik daha bir- “Rusiyalı alimlər üçün sürgün universiteti” də yaradır..Arien Mackın şüarı, sitat “Putinə zərbə vurmaq istəyirsənsə, alim-tələbələrini oğurla” kimidir( “To hurt Putin, steal his top students”.)Bu siyasətin Azərbaycana münasibətdə də keçərli olmasını, Q.İbadoğlunun Londonda gənclərlə bağlı təsis etdiyi fondun məqsədlərindən biri olmasını da vurğulamaq  olar.

Şəkil:Sankt-Peterburq Dövlət Universitetinin qapadılan Liberal Elm və Sənət şöbəsi elliklə “Rusiyalı alimlər üçün sürgün universitetinə”  qoşulub.. [1]

[1] A University in Exile for Russians? //https://www.smolny.org/2022/10/31/university-in-exile-2/

SİMON.png (108 KB)

 

  • Türkiyə- Arien Makın və ağalarının planlarında əsas hədəf, sürgün yuvasında ən çox “gülənçi” ilə təmsil olunan, ən çox“akademik hücuma” məruz qalan ölkədir

Ümumiyyətlə, “Sürgündə Yeni Universitet” Konsorsiumunun  Türkiyədə dövlət çevrilişi sonrası baş verən proseslərə, “gülənçi hərəkata” bağlılığına görə işdən azad edilən alim-tədqiqatçılara hədəflənərək yaradılması, Türkiyəyə qarşı qlobal “akademik hüquqlar” şəbəkəsi adı altında yeni  qüvvələri cəlb etməyin əsas məqsədlərindən biri olması ilə bağlı faktlar yetərincədir.

Həmin faktlarla bağlı yuxarıda bəhs edildi və ilk cəlb edilən üzvün “gülənçi hərəkata” bağlılığına görə istintaqa cəlb edilən Cem Özatalay adlı sosioloqun olduğu vurğulandı.

Türkiyənin hədəfə alınmasını göstərən digər fakt- “Sürgün Universitetinin” həyata keçirdiyi fəaliyyətdə gecə-gündüz bu dövlətə qarşı dezinformasiya, pozuculuq, saxta xəbərlər yayması, mübət imicinin qaralanması, demonizasiya edilməsidir.

 Yeri gəlmişkən, eyni fəaliyyəti Azərbaycana qarşı reallaşdırılması digər üzvün-Qubad İbadoğlunun fəaliyyətinin əsasını təşkil edir..

“Sürgün Universitetinin” internet  saytındakı kontentə, hesabatlarına baxmaqla-türkiyəli üzvlərinin  qardaş ölkə ilə bağlı sifariş əsasında  neqativ məzmun fasiləsiz “məqalə, konfrans, seminar, müzakirə”və s. formalarda dezinformasiya fəaliyyətini görmək mümkündür. Türk (PKK-çı kürd, kriptoerməni,gülənçi) soyadlı sürgünçü alimlərin çoxluğu təəccüblü deyil..Arien xanım “sürgün yataqxanasını” Türkiyə dövlətini hədəfə almaqla, məqsədyönlü yaradıb.

Şəkildə: Türkiyədən olan, yardım proqramı çərçivəsində, Qubad İbadoğlu kimi Qərbin müxtəlif  Universitetlərinə yerləşdirilən  “sürgündə gülənçi” alimlər. Hesabatdan bir fraqmentdə qeyd edilir ki, onlar Arien Mak sayəsində müxtəlif universitetlərə  müvəqqəti yerləşdirilib, yaxud insan hüquqları ilə bağlı müxtəlif mükafatlara layiq görülüb...

AYSEN.png (45 KB)

AYSEN SON.png (189 KB)

Şəkil:   Konsorsiumun 4 alimi başqa universitetlərdə Türkiyə və Çində elektoral avtoritarizmə dair tədbirlər təşkil edib,iştirakçı olub.

CON.png (488 KB)

 ARAİK.png (246 KB)

 

Anlaşılan budur ki, Arien Mak və onu maliyyələşdirən qüvvələrə Türkiyəni qaralamaq əsas tapşırıq kimi verilib. O, 2021-ci ildə   53 ildir redaktoru olduğu “Sosial Tədqiqatlar” jurnalının “Türkiyə bu gün”adlı xüsusi buraxılışını hazırlayıb,  böhtan məzmunlu araşdırmaların hamısı məhz Türkiyəli “sürgünçü” alimlər tərəfindən qələmə alınıb.[1] Müəlliflər haqda bioqrafik məlumatlar da bunu göstərir.

Bütün müəlliflər Türkiyəli,”gülənçidir”. (https://muse.jhu.edu/pub/1/article/836670 )

ARİEN.png (240 KB)

Arien Mak  “Redaktorda ön söz”də Türkiyənin əvvəllər seçdiyi demokratik yoldan R.T.Ərdoğanın rəhbərliyi dövründə tamamilə geri döndüyünü vurğulayır. Sitat: “Mən əminəm ki, siz, bizim oxucularımız çox da uzaq olmayan yaxın gələcəkdə Türkiyənin yenidən öz demokratik yolunda dönüş edəcəyinə əminik!”

 Bəs belə imiş: yəni “Sürgün universiteti” Türkiyəyə qarşı gecə-gündüz apardığı fəaliyyət, “gülənçi, PKK dəstəkçisi, kriptoerməni və s.”qüvvələri cəlb edərək,onları “yaxın gələcəkdə baş verəcək dönüşə”, məhz- postƏrdoğan dövrünə hazırlaşdırırmış! Haşiyə çıxaraq, xüsusilə vurğulayaq ki,bu “92 yaşın”nikbinliyi Türkiyədə “2023-cü il seçkilərinə” intensiv hazırlıq fəaliyyətinin bir parçası olub. Məlum olduğu kimi bütün Qərb dünyası, düşmən qüvvələr Türkiyədə 2023-cü ilin mayında keçirilən seçkilərin nəticələri ilə bağlı öz planlarını qurmaqda, proqnozlarını təbliğ etməkdə idi..Şəkil:redaktor Arien Makın  “nikbin” ön sözü..

 MAK.png (198 KB)

 MARK ESAS.png (173 KB)

 

Xalq deyimi: “sən saydığını say”.....

“Sürgündə Yeni Universitet” Konsorsiumunun rəhbərinin, türkiyəli və azərbaycanlı üzvlərinin” (Q.İbadoğlunun) “optimist məzmunlu” dezinformasiya yaymasına baxmayaraq,  bəxtindən ya tərslikdənmi Amerikanın Əfqanıstanı tərk etməsi, 20 il boyu sərf etdiyi trilyon dollarlıq maddi və bundan daha çox dəyərə malik siyasi imic itkisinə məruz qalması/məğlub olması  paralel olaraq, ABŞ və koalisiya qüvvələri ilə çalışan yüz minlərlə əfqan tərcüməsi, tədqiqatçının qəfildən, həm də gerçək sürgünçüyə çevrilməsinə təkan verdi.

Bu azmış kimi, Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində milyonlarla ukraynalı qaçqın, gerçək sürgünə düşən  Ukraynalı alimlərin dünyaya humanitar fəlakət dalğasında axın etdi.

Beləliklə də,son 3 ilin bu iki qlobal fəlakət hadisəsinin olmadığı, başlıca olaraq, Türkiyədə dövlət çevrilişinə cəhd sonrası yaranan “akademik üsyan” proseslərini hədəfə almaqla yaradılan “Sürgündə Yeni Universitet” Konsorsiumunun da, üzvlərinin də onun planlarını alt-üst etdi. Daha dəqiq deyilsə, Qubad İbadoğlu və onun türkiyəli “həmkarlarına” münasibətdə “böyük ümidləri” suya düşdü.

Bununla yanaşı, yaradılmış “qlobal sürgün-qaçqın alim sığınacaq” şəbəkəsində hər il bir üzv ölkədə/universitetdə buradan ora və əks istiqamətə sürünmək imkanları hər halda qalmış oldu..Məhz “qaynar kartoşka-şabalıd kimi” bu əldən-o ələ, ölkədən ölkəyə atılmağın nə demək olduğu indi tam çılpaqlığı ilə üzə çıxdı.  Məlumdur ki, bu bənzətmə, heç bir Qərb-Avropa ölkəsinin qəbul etmədiyi, Ukraynadan “nə üçün qayıtdığı məlum olmayan” Saakaşvili, Avropada qərar tutmayıb “nə üçün qayıtdığı məlum olmayan” Navalnı ilə bağlı analitiklərin ən çox  işlətdiyi ifadədir...

Beləliklə, nə alim, nə iqtisadçı, nə professor, nə də siyasətçi deyil, sadəcə “özünü-sürgünçü” olan Qubad İbadoğlunun bir çıxış yolu qalır: bu Mərkəzləri maliyyələşdirən erməni diasporunun, onların himayədar ölkələrinin sifarişləri ilə  ölkəmizdə dəst-xətti yaxşı bəlli olan “Araşdırmaçı Jurnalistika Mərkəzlərinin” yazıb hazır verdikləri dezinformasiyanı, (elmi tədqiqat deyil) öz adından sosial şəbəkələrdə 24/7rejimində tirajlamaq...

Nəticə:Q.İbadoğlunun ən böyük “nailiyyəti” “özünü-sürgün edən alim” kimi, 2018-ci ildən bəri Arien Mack-ın Konsorsiumunda baş girləyə bilməsi, sığınacaqdan yardım çərçivəsində 2 universitetə qonaq tədqiqatçı göndərilməsi, bu prosesin Azərbaycandakı 5-ci kalon tərəfindən “dünya şöhrətli professor, elit universitetlərdə dərs deyən yeganə alim” yalanlarına qədər şişirdilməsi olub.

Londonda “qonaqlıq kursu” sona çatan İbadoğlu ilə bağlı son xəbər -Konsorsiuma yenicə üzv olan Drezden Texniki Universitetinin xanım rektorunun Arien Mak sayəsində “ildə 1 üzv qonaq etmək” öhdəliyinə əməl edərək, İbadoğlunu oktyabr ayında  növbəti “qonaqlığa” dəvət etməsidir.. Bu xəbərin “Q.İ &K.”-nın növbəti uğur kimi necə tirajlaması sadəcə təbəssüm doğurmur, həm də, Konsorsiumun mütəşəkkilllik səviyyəsi ilə bağlı təsəvvür yaradır...

Yeri gəlmişkən, hazırda səslənən bəyanatlar, sadəcə şablon xarakterli olub, üzvlərin öhdəliklərinin ifadəsidir. “Azad Berlin Universitetinin” öz açıqlamasında Q.İbadoğlunu  artıq “sabiq sürgünçü” kimi təqdim etməsi maraqlı məqamdır[1]..yəni?

[1] https://www.fu-berlin.de/en/sites/academicsinsolidarity/news/Petition-Dr_-Gubad-Ibadoghlu.html

 

 İBAD SON.png (129 KB)

 

Təkrara ehtiyac var: Q.İbadoğlu bütün üzvlər kimi,Təşkilatın online işsizlər lövhəsində səliqəli elanı asılmaqla Arien Mak tərəfindən əvvəlcə Rutgersə, sonra LSE-yə, indi həbs müddətində isə, Almaniya Drezden Texniki Universitetinə 10-12 aylıq kurslara yerləşdirilib və bu alim deyil, sürgünçü şəbəkə üzvlüyü taleyini o özü seçib.

Ardı var...

TERANE.jpg (80 KB)

Müəllif: Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR