İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin yeni təmir olunmuş binası - VİDEO

284 02.08.2024 00:34 İdman A A

"Neftçi" Futbol Mərkəzinin yeni təmir olunmuş binası oyunçuların ixtiyarına verilib.

Oxu.Az-ın xəbərinə görə, təlim-məşq bazasının açılışında iştirak edən "Neftçi" PFK-nın baş icraçı direktoru Cenk Sümer ən xoş arzularını çatdıraraq, "ağ-qaralar"a yeni mövsümdə uğurlar arzulayıb.

İdman qurğusunda komandanın fiziki hazırlığı üçün müasir avadanlıqlarla təchiz olunmuş trenajor zalı diqqət çəkir. Komanda üzvlərinin asudə vaxtlarının daha əyləncəli keçirməsi üçün yaradılan istirahət otağı isə göz oxşayır. İdman bazasının yeni təmirdən çıxan yeməkxana, paltardəyişmə və digər otaqları xüsusilə nəzərə çarpır.

Qeyd edək ki, "Neftçi" yeni baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının I turunda "Turan Tovuz"la qarşılaşacaq. "Neftçi Arena"dakı matç avqustun 3-də, saat 18:30-da start götürəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR