İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

526 02.08.2024 00:04 İdman A A

"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

QOL.az xəbər verir ki, bu, İrlandiyanın "Sent-Patriks Atletik" klubudur.

Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin "Vaduz" klubu ilə bugünkü cavab matçında heç-heçə edib - 2:2. Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.

Qeyd edək ki, "Sabah" 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə ayın 15-də evdə keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR