İnsanlara hürriyət, millətlərə istiqlal!

STM-in Qubad İbadoğlu ARAŞDIRMASI: iddialar, sənədlər, sübutlar ...

2512 10.09.2023 11:54 Siyasət A A

Sosial Tədqiqatlar Mərkəzi hazırda həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu ilə bağlı araşdırma yazısı hazırlayıb. 

Yazı redaksiyamıza müəllif Tahirə Allahyarova tərəfindən təqdim olunub. 

Musavat.com həmin yazının ikinci hissəsini təqdim edir:

 

Qubad İbadoğlu ətrafında dezinformasiya fantomu: absurd yalanlar, əsil gerçəklər

“DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ: İFŞA DETEKTORU” LAYİHƏSİ

 

Yazının əvvəli burada

Gizlədilən fəaliyyətlər, səbəblər..

Maraqlı məqamlardan biri-Q.İbadoğlunun tərcümeyi halında 3 illik dövrdə, 2005-2008-ci illərdə nə etdiyini gizlətməsidir.Səbəb: göstərilən illərdə o, 1. “Demokratik institutlar və İnsan hüquqları”İctimai Birlliyinin idarə heyəti üzvü olub. 2. Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında 3 il doktorluq proqramı üzərində çalışıb.Tarix: 2005-2008.[1]Doktorluq mövzusu: “Korporativ idarəetmə institutları”olub.

Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyası” deyəndə yəqin ki, hamı buradakı “baş akademik, indi də kafedra müdiri olan” beynəlxalq təhrikçini-Aqanbekyanı yaxşı xatırlayır. Yeri gəlmişkən “korporativ idarəetmə” və maliyyə fakültələrinin dekanları da ermənilərdir.

Tərcümeyi halında 3 il boyu çalışmasına baxmayaraq, onu gizlətməyin bir səbəbi uğursuzluq-yəni doktorluq dissertasiyasını müdafiə edə, alim adını ala bilməməsi ola bilər. Digər səbəb isə,Rusiyanın adının tərcümeyi hala salınmasının əl açdığı Qərbdə İbadoğluna maneə yarada biləcəyi nəzərə alınması ola bilər.Daha maraqlı səbəb isə, İbadoğlunun başından bəri iqtisadçı alim deyil, siyasi fəal olmasının, mənsub olduğu, birgə çalışdığı personalarla işbirliyinin sübutlarını gizlətmək ola bilər.

Şəkil:Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında  3 il doktorluq proqramı  üzrə nəticəsiz uğursuz çalışma

zah1.jpg (50 KB)

Şəkil: “Demokratik İnstitutlar və İnsan Haqları İctimai Birliyi”nin(DİHRSU) idarə heyət üzvləri
zah2.jpg (84 KB)

zah3.jpg (74 KB)

Q.İbadoğlunun tərcümeyi hallarında vurğulamaq istəmədiyi daha bir məqam ABŞ Milli Demokratiya Fondunda (NED) kurs keçməsidir.Bu isə təəccüblü deyil. Çünki internet səhifəsinə daxil olar-olmaz “Qrant üçün müraciət et!” şüarı yazılan NED-in gerçək  akademik-elmi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. [2]Burada öyrədilən “rejim dəyişiklikləri”ilə bağlı siyasi texnologiyaların, inqilab ixracı üzrə 5-ci kalon yetişdirilməsinin elmə dəxli yoxdur.Bu ən azı real elmi fəaliyyət profilli Qərb universitetlərinə yaxşı məlumdur.

zah4.jpg (62 KB)

Nəticə olaraq, İbadoğlunun nə yerli, nə də beynəlxaql miqyaslı fəaliyyətində iqtisadi tədqiqat və alimliyə aid nəsə olmayıb. CV-lərindəki bəndlər göstərir ki, beyin mərkəzi kimi deyil, QHT kimi xarici qrant layihələrini icra edib, Rusiyada 3 illik elmi fəaliyyətə baş vursa da uğursuz olub, elmi ad ala bilməyib. Ciddi  tədqiqatla məşğul olan  istənilən şəxs əminliklə deyə bilər ki, tərcümeyi haldakı bəndlərin nə “ iqtisadçılığa, nə də tədqiqatçılığa” dəxli yoxdur.

-Elmi   fəaliyyətə aid  edilə biləcək yeganə qrafa- “muhasibat” ixtisası üzrə keçmiş Xalq Təsərrüfatı İnstitutunda (“narxoz”) namizədlik dissertasiyasını müdafiə etməsidir. Bu  fəaliyyət   təsis etdiyi İTM-nə  xarici qrant axını fonunda arxa plana keçib.

-Akademk elmi tədqiqatın nəticəsi kitablar, profil sahə üzrə elmi məqalələr ola bilər .Q.İbadoğlu öz CV-lərində  50 kitabın müəllifi olduğunu yazsa da, onların heç birinin nə internetdə, nə də tərcümeyi hallarda siyahısı var. Nə də, elmi ictimaiyyət arasında müəllifi olduğu “kitabları gördüm” deyən yoxdur, olmayıb. Adətən ən çox həcmli yazılar 30-50 səhifə olmaqla, qrant hesabatlarıdır. Diqqəti cəlb edən daha bir ilginc məsələ, nisbətən həcmli bu yazıların mütləq olaraq həmmüəlliflərlə- Kamil Alasgarov, Galib Bayramov, M.N. Nuriyev, A.S. Mehtiyev, V.Məhərrəmli-Kınık və s.-birgə yazılmasdır. Digər məqam, yazılarında özündən əvvəl beyin mərkəzi yaradan, tədqiqatla məşğul olan kiçik qardaşından köçürmələr etməsidir. Ümumilikdə məqalə və yazılar müstəsna olaraq qrantlarla bağlı yazılıb. Qrant yoxdursa, yazı da olmayıb. Son 2 ildə övladları ilə  həmmüəlliflikdə(!?) bir neçə məqalənin yazılmasının gerçək səbəbi ilə bağlı bir qədər sonra bəhs ediləcək.

            Nəhayət, ən böyük “fake”-saxtakarlıq: son 6 illik dövrdəki fəaliyyətini gizlətməsi, ilə bağlı susqunluğudur. Araşdırmanın  II Hissəsində   Qubad İbadoğlunun könüllü siyasi mühacirliyə getməsi, “sürgündə universitet” şəbəkəsinə qöşulması, nəsli kəsilməkdə olan alimlər” təsnifatına  düşməsi, sürgün alimlərə  yardım çərçivəsində Universitetlərə yerləşdirilməsi faktlarla təqdim edilir.

  • Dünyanın nüfuzlu universtetlərinin professoru” ifadəsi uydurmadır. İbadoğlu özü getməyib, dəvət edilməyib, “sürgündəki mühacir alimə” yardım siyasəti çərçivəsində göndərilib..

Xarici universitetlərin professoru” ifadəsi, təkcə tirajlanma dərəcəsinə görə deyil, həm də aşkar saxtakarlıq, “qırmızı yalan” olması səbəbindən diqqəti cəlb edir. “Q.İbadoğlu mövzusu ətrafında” ən çox hallandırılan: “professor-alim” ifadəsi haradan qaynaqlanır? Alimlik səviyyəsinin ən yüksək göstəricisi kimi qazanılan “professor” elmi adı-diplomu varmı? Xüsusilə vurğulayaq ki, bu ifadəni yalnız başqalarının deyil, Q.İbadoğlunun özünün də özü haqqında  deməsi  daha çox təəcüblüdür. (Sitat: “Məsələn, mən professoram, məni telekanallara dəvət etmirlər..”Osmanqızı kanalında çıxışından) .

Media fəaliyyətində “obyektivlik etalonuna” riayət etdiyini vurğulayan “Turan İnformasiya Agentliyindən” sitat: “Q. İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.” Bu ifadələrinin heç birində həqiqət yoxdur və bu faktdır.

Q.İbadoğlunun internetdəki ABŞ, Rutgers və İngiltərə, LSE Universitetinə təqdim etdiyi  CV-lərdə   “professor”sözünə cəmi 2 ifadədə rast gəlinir.

1.2018-ci ildə Rutgers Universitetinə təqdim edilən CV-də -“professor” sözü, “Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda” çalışdığı “dosent” vəzifəsinin və sözünün ingiliscə tərcüməsidir, “professor köməkçisi”- “Associate Professor” deməkdir.[3] (türkcə “professor asistantı )

 zah5.jpg (40 KB)

Ən son, “Sürgündə yeni Universitet” tərəfindən “mühacir-qaçqın” alim kimi göndərildiyi -London İqtisad Məktəbinə(LSE) təqdim etdyi CV-də yenə də əvvəlki  mənada “dosent”- “professor köməkçisi” ifadəsi var və bu da həmin illər “dosent” - vəzifəsini nəzərdə tutur. Bu dəfə həmin vəzifədə nə sirri xudadırsa, Xalq Təsərrüfatı institutunda deyil,  “ Azərbaycan Universitetində” dosent vəzifəsində çalışdığı qeyd edilir.Bütün bunlar inandırıcı olmayıb,  CV sahibinin məlumatlara  qeyri-ciddi yanamasına,  necə gəldi yazılmasına dəlalət edir.

2.Sözü gedən sonuncu CV-də “Visiting Professor” -yəni, dilimizə: “qonaq, müsafir, ziyarətçi, dəvətli professor” mənası verən  sözü yer alıb. Bu ifadə ilə, Q.İbadoğlunun 2015-2016-cı illərdə “qonaq professor” qismində LONDONDA deyil, ABŞ-da, TƏDRİSLƏ deyil, araşdırma aparmaq üçün kurs keçməsi nəzərdə tutulur.

zah6.jpg (32 KB)

 Nəticə:Q.İbadoğlu “Turan İA”-nın yazdığı kimi “Londonda, ABŞ-da nəinki “PROFESSOR”, hətta “QONAQ PROFESSOR” da OLMAYIB, iqtisadiyyat da deyil, beynəlxalq münasibətlər bölümünün “qonaq elmi işçisi”  olub.(adətən Turan İA “” meyarlarına sadiqliyini vurğuladığı üçün onu misal çəkirik)

zah7.jpg (29 KB)

Beləliklə, İbadoğlu professor deyil, heç vaxt da olmayıb.  Elmi ad və dərəcələri necə gəldi, buna əsas verən müvafiq rəsmi sənədə malik olmadığı halda özünə aid etmək bir şəxsin mənəvi-etik prinsiplərə münasibətindən xəbər verir. Rəsmi sənəd olmadan Qubad İbadoğlunun  özünə “mən  professoram” deməsi-nəinki saxtakarlıq göstəricisi, həm də qeyri-etik davranışdır. Professor adını almaq üçün illərlə zəhmət verən gerçək alim əməyinin nə olduğunu bilənlər fonunda sadəcə hiyləgərlikdir

Saxta professorluq macərasını izləməklə Q.İbadoğlunun hətta Azərbaycanda da rəsmi “dosent adı”nı almadığı, sadəcə “dosent vəzifəsində” çalışdığı qənaəti yaranır. Bu 2 məqam- tamamilə başqa elmi statuslardır.

  • Yardım məqsədi ilə “qonaq/ziyarətçi, müsafir, dəvət edilmiş professor” kurslarına göndərilən  şəxs  özünü  ömürlük  “alim- professor” adlandıra bilməz...

İctimai rəyi çaşdırmaq, sosial şəbəkələrdə “böyük alim mifini” yaratmağı hədəfləyən dezinformasiya  kampaniyasında Q.İbadoğlunun xaricdə çalışdığı “Visiting Professor-Qonaq/müsafir/ziyarətçi professor”-adının nə anlamına gəlməsini bir abzasla izah etməyə ehtiyac var.

 Tərif/sitat: “Qonaq professor qısamüddətli müqavilə əsasında universitet və ya kollecdə çalışan şəxslərdir. Qonaq professorlar üçün müqavilələr yalnız bir semestr davam edə bilər. Bəzən müddət uzadıla da bilər.  Qonaq/Ziyarətçi professorların vəzifədə qalma-olma  müddəti yoxdur.”

Bəs “qonaq professor” özünü “professor” adlandıra bilərmi?  İngiltərənin adı hallandığı üçün elə oradan misal gətirək. Sitat: “Ənənəvi etik prinsip ondan ibarətdir ki, professor vəzifə,iş deyil, rütbə və ya tituldur. Bu elmi rütbəni, adı rəsmi sənədlə alanlar, onu ömür boyu hərbi titul kimi  daşıyır. Son illərdə   “qonaq professor” vəzifə adına   görə özünü professor adlandıranlar var, lakin buna  insanlar çox pis baxır. Əsasən "tədqiqatçı" statusunda dəvət edilən şəxs  özünü "tam-full professor” adlandıra bilməz. İnauqurasiya mərasimi, universitetin akademik senatında oturmaq, emeritus statusu almaq hüququnuz olmadığı halda bunu necə edə bilərsiz?”[4](sual İbadoğlunadır-red)

3.London, yaxud Azərbaycan da daxil olmaqla bütün Universitetlərə, adicə belə müraciət formasını doldurmaqla istənilən şəxs qonaq ola bilər.Burada “akademik ziyarətçi” sözünü görəndə  Q.İbadoğlunun özünü nə əcəb hələ “akademik” də adlandırmadığına şükür də edə bilərsiz!?

 zah8.jpg (49 KB)

  • Ən son-təzə saxtakarlıq:Q. İbadoğlu özünü sənədsiz-sübutsuz “iqtisad professor”u elan edib

Təkrar olsa da dəfələrlə vurğulamağa ehtiyac var. Bir şəxs haqda bilməyərəkdən ətrafının onu  “professor” adlandırması bir şeydir, həmin şəxsin özünü bilərəkdən yalan danışaraq professor adlandırması daha betər bir haldır. Yəni, yalan və qeyri-ciddiliyin həyat tərzinə çevrilməsinə dəlalət edir. Sözü gedən son saxtakarlıq misalı hazırda adı tirajlanan, Londonda təsis edilən “Azərbaycan Gənclərinin Təhsil Fondu”dur. Burada   İbadoğlu yenə də yalan danışıb, bir qədər də irəli gedib özünü “iqtisad professoru”elan edib [5].  

zah9.jpg (76 KB)

  zah10.jpg (54 KB)

zah11.jpg (31 KB)

zah12.jpg (30 KB)

Necə deyərlər “şərhə ehtiyac--yalana öyrəncəli ağıza isə “çarə yoxdur”..Bir şəxs özü ilə bağlı yalan danışmağı rəva bilirsə, başqalarının “professor” nəqəratlı  xoru oxuması təəcüblü deyil..

zah13.jpg (35 KB)

zah14.jpg (46 KB)

  • Bilməyənlərin nəzərinə: London İqtisadiyyat Məktəbinə (LSE) -Azərbaycanda da qəbul olmaq,oxumaq imkanı mövcuddur

Sözü gedən İngiltərə Universitetinə Q.İbadoğlunun necə gedib çıxmasının gerçəklərindən bir qədər sonra bəhs ediləcək. Burada “Qərbə təzimçilik” təfəkkürünü daşıyanlara hələlik onu yazaq ki, 2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC), London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramı üzrə birgə təhsil və ikili diplom verir.Tələbələrin qəbulunu LSE həyata keçirir.Tələbələr bilavasitə LSE  tədris resurslarından istifadə edirlər.

 zah15.jpg (58 KB)

zah16.jpg (33 KB)

Yaxud digər məsələ. Azərbaycan universitetlərində də başqa ölkələrdən  “qonaq,müsafir professorlar” dəvət edlir. Q.İbadoğlunun gördüyü işdən fərqli olaraq, bu fəaliyyət sırf elmi mübadilə və əməkdaşlığa xidmət edir. Ondan fərqli olaraq, dəvət edilənlər saxta deyil, gerçək   elmi dərəcələri, rəsmi  professor portfoliosu olan alimlərdir.  

  • İbadoğlunun “tanınmış iqtisadçı alim, yaxşı analitik” olması ilə bağlı saxtakarlıq

Sensasiya sayılacaq faktlardan biri də budur ki, məlum şəxsin özünün “baş vurmadığı”,  “sürgündə yaşayan alimə yardım”proqramı ilə sığındığı təşkilat tərəfindən göndərildiyi  xarici universitetlərdə kurslar keçdiyi    bütün departamentlərin heç biri-iqtisadiyyat, maliyyə yaxud da biznes tədqiqat profilli olmayıb!

Bu necə ola bilər ki, bir iqtisadçı: Sosial hərəkatlar, Tarix araşdırmaları; Qloballaşma və demokratiya; Azərbaycan-Avropa münasibətləri; sonuncu, Beynəlxalq münasibətlər  mövzulu, ixtisas və bölmələrdə təcrübə keçir?!

Cavab çox sadədir:

1.Əvvəla, xarici universitetlərin iqtisadçı ixtisaslar üçün dəvətlilərdən tələb olunan meyarlara cavab verməyib;

  1. Bu şərtləri yaxşı bilən İbadoğlu universitetlərə özü müstəqil müraciət etməyib, əvvəlcə “siyasi sürgündə olan, mühacir, qaçqın alim”şəbəkəsinə üzv olub və bu şəbəkə çərçivəsində yardım formasında müvəqqəti, “harda yer tapılsa ora” göndərilib,  yerləşdirilib..

II Hissədə bununla bağlı faktlar təqdim edilir.

  Rutgers Universitetində İbadoğlu “İncəsənət və elm”məktəbinin “Avropa Araşdırmalar Mərkəzi”“Tarix Departamentində” kurs keçib!Departamentin direktoru tarixçidir.

zah17.jpg (44 KB)

İqtisadiyyat məktəbi adlanan London Universitetində isə  deyildiyi kimi, yenə də iqtisadiyyat deyil, “beynəlxalq münasibətlərlə” məşğul olub! Qısaca deyilsə, bir “iqtisadçının” xaricli coğrafiyadakı “karyerasında” iqtisadiyyatdan başqa hər şey olub.

  • “LSE-də çalışan yeganə Azərbaycanlı” yalanı.London İqtisadiyyat Məktəbində dərs deyən başqa Azərbaycanlılar..

Şüar edilən ifadələrdən biri də, LSE-nin etalon elan edilməsi üçün sitat: “Bu universitetdə Corc Soros oxuyub”-kimidir. Vurğulamağa ehtiyac var ki, dəqiq elmlər, təbiətşünaslıq profilli Qərb universitetləri elmi funksiyalarını icra edir, siyasi məqsədləri önə çəkmir.Bundan fərqli olaraq, ictimai-siyasi, humanitar profilli universitetlərdə  Qərb, avroatlantik neoliberal ideoloji təlimlərin formalaşması və geosiyasətin bilavasitə icraçıları hesab edilən bölmələr, institutlar təsis edilir. Bilməyən yoxdur ki, Qərbə sərf edən siyasi texnologiya və ideologiyalar da çox vaxt ictimai-siyasi profilli universitetlərdə hazırlanır,yayılır.

Sözü gedən universitetdə çoxsaylı Azərbaycanlı tələbələrin təhsil aldığı, “LSE Azərbaycanlı Tələbələr Birliyinin” yaranması və fəaliyyəti məlumdur. Müəllimlərə gəldikdə isə, bu universitetdə yalançı “qonaq elmi işçi” deyil, gerçək mühazirəçi ,dərs deyən həmyerlilərimiz var.Onlar sadəcə nədənsə Q.İbadoğlu kimi gerçək fəaliyyətləri ilə bağlı saxta haray-həşir qoparmayıb.İnternetə 1-2 dəqiqəlik nəzər salmaqla  bu şəxsləri nümunə kimi aşkar etdik:

 zah18.jpg (28 KB)

zah19.jpg (35 KB)

  • Elm, siyasət, yalanlar: “çəkic, zindan və körük” arasında əriyib yoxa çıxmaq....

Məlumdur ki, elm və siyasət fərqli sahələrdir. Həm alim, həm siyasətçi olmaq çox nadir hadisə, böyük dühalara nəsib olan missiyadır.

Nə işdirsə, Azərbaycanda  “nə ondan(siyasətçi), nə də bundan(alim) olmayanlar”, xüsusilə də müxalif cəbhədə-hökmən hər ikisinə iddialı olur..Ölkəmizdə son onilliklərdə “müxalifətçiliyi-intellektual problem kimi” əsaslandıran yazımızda buna toxunmuşuq..

Gerçək alim və siyasət mövzusuna xatırlatma: “1952-ci ildə İsrailin o vaxtkı baş naziri David Ben-Qurion  rəsmi    şəkildə böyük alimə-Albert Eynşteynə  İsrailin ikinci prezidenti olmağı təklif edir.  A. Eynşteyn cavab verir ki: "İsrail Dövlətinin təklifindən çox təsirləndim, lakin təəssüf və kədər hissi ilə ondan imtina etməliyəm". Alim imtinasını sadəcə olaraq bu vəzifə üçün lazım olan təcrübəyə, xüsusən də İNSANLARLA İŞLƏMƏK TƏCRÜBƏSİNİN olmaması ilə izah edib.”[6]

Q.İbadoğludan sitat: “Mən həmişə elmlə siyasət arasında sərhəd qoymuşam. Bundan sonra da onları bir-birindən ayırıb elmi-pedaqoji fəaliyyətimi davam etdirmək niyyətindəyəm”(Qubad İbadoğlu. 2014) (https://modern.az/read/63565/ );Sitat: “Mən   Azərbaycanda olduğum dövrdə də ölkə qanunvericiliyinə əməl etmişəm və istənilən sahədə qanunun tələblərinə uyğun olaraq fəaliyyətimi qurmuşam. Ölkədən kənarda olanda da təbii ki, ölkəmi təmsil etməyə çalışmışam. Bütövlükdə çalışıram ki, Azərbaycanın milli və dövlət maraqlarına uyğun olaraq fəaliyyətimi davam etdirim. Çünki istənilən halda, dediyim kimi, Azərbaycanın güclü olmasının tərəfdarıyam. Nəzərə alsaq ki, ölkəmizin böyük problemləri var, o cümlədən Qarabağ məsələsinin həlli həm də iqtisadiyyatımızın güclü olmasından asılıdır” (Qubad İbadoğlu.2016) https://musavat.com/news/qubad-ibadoglu-abs-dan-qayitdi-ve-yeni-musavat-a-danisdi_316612.html  )

Elm və siyasət arasında fərqi bilməməyin acı nəticələri-tədqiqat metodu və  meyarlarına bələd olanlar  yaxşı bilir. Siyasilik, üstəlik də sifarişli və maliyyələşdirilirsə-elmi qənaətlərə mütləq olaraq tərəf, qərəzlilik gətirə bilər. Elmilik meyarlarına cavab verən yazılarda siyasi dəyərləndirmə ola bilər, lakin mütləq olaraq faktlara əsaslanmalıdır. Qrant maliyyəsi ilə yazılan elmi layihələr ola bilər. Bunlar isə mütləq olaraq elmi mübadilə və əməkdaşlıq çərçivəsində məhz elmi qurumlar arasında həyata keçirilə bilər. Q.İbadoğlunun qrant donorlarının isə heç birinin elmi təşkilatlar olmaması sübut edildi. 

  • İbadoğlunun real statusu; yeni yaranan “iqtisadi dezinformasiya,saxtakarlığın siyasi iqtisadı” sahəsini Azərbaycanda təmsil edir

XXI əsrdə nisbətən yeni formalaşan sahələrdən biri- “fake iqtisadi xəbərlərin, saxtakarlığın siyasi iqtisadı”adlanan sahədir. (“Economy of the Fake News, Political Economy of the Fake News ”).

Yeni sahənin sinonimləri kimi “iqtisadi dezinformasiya, fake iqtisadi xəbərlərin yayımlanması, iqtisadi populizm, demaqogiya”- anlayışları da istifadə edilir. Q.İbadoğlu, bu tendensiyanın,  “fake siyasi iqtisad xəbərləri, statistikaları” hazırlanması, sosial şəbəkələrdə tirajlanması ilə bağlı qlobal şəbəkənin Azərbaycanda ilk təmsilçilərindən, hətta nəhayət iqtisadi sözü olan “nəyinsə” banilərindəndir.

Sitat:“İqtisadi dezinformasiya- ictimaiyyət arasında saxta məlumatın məqsədyönlü ziyan vurmaq və   aldatmaq məqsədi ilə yalanların yayılmasıdır.Əksər hallarda daxili və ya xarici düşmən- aktorlar tərəfindən yaradılır və yayılır. Bu fəaliyyət-kampaniyalar- xüsusən də hədəf ölkələrdə özəl  siyasi təqvimlər,yəni, iqtisadi bazarda dezinformasiyanın silaha çevrildiyi   seçki mövsümləri ərəfələrində,seçkilərin gedişində, yaxud dövlətin hər hansı sahəsinə xarici  investisiyaların gəlişinin müzakirə edildiyi zamanlarda olduqca aqressiv və intensiv şəkil alır .  İqtisadi dezinformasiyanın geniş əhatə dairəsi müasir rəqəmsal cəmiyyətdə informasiya partlayışı şəraitində-“informasiya xaosu” vəziyyətini yaradır.[7]

Q.İbadoğlunun övladlarını da cəlb etdiyi “iqtisadi dezinformasiya,“fake” siyasi iqtisad”  mahiyyəti-dövlətimizə qarşı olan bəlli mərkəzlərin sifarişli qərəz və böhtan dolu yazılarını, saxta statistikalarını, müstəsna olaraq Azərbaycanı qaralamaq, mütləq qara tonlarla təsvir etmək məqsədi ilə tirajlamaqdır.

Bu təsadüfi sayılmaz, çünki Azərbaycana qarşı bəlli mərkəzlərin diktəsi ilə formalaşdırdığı,“kompromatın, saxtakarlığın siyasi iqtisadı”-dünyada olduqca ciddi təhdidə çevrilən hadisədir. İqtsadi məzmunlu dezinformasiyanın-dövlətin maliyyə, bisnes  və s. sistemi ilə bağlı “fake” məlumatların yaradılması və yayılmasını, 24/7 rejimində, düşmənçilik məqsədi ilə tirajlanmasını nəzərdə tutan yeni bir sahədir.

Economy of the Fake News”- “Fake newsiqtisadiyyatı” dünyada iqtisadi sistemə böyük zərbələr vurur. Sitat: “ hər il online sosial şəbəkələrdə tirajlanan saxta iqtisadi məzmunlu informasiya qlobal iqtisadiyyata $78 milyard ABŞ dolları ziyan vurur.Bu iqtisadi dezinformasiyanın hələ sadəcə bir istiqamətidir. Saxta xəbərlərin yaradılması cəlbedici iqtisadi fəaliyyətdir”. [8]

zah20.jpg (53 KB)

Beləliklə, bu gün:  iqtisadi reallığın olduğu kimi   təhlili əvəzinə, fake-saxta siyasi iqtisadın, məqsədyönlü  təhrif edilmiş iqtisadi mənzərənin, iqtisadi dezinformasiyanın yayılması tendensiyası dövlətlərarası geosiyasi qarşıdurmalara qədər tətbiq edilir.  Saxta siyasi iqtisadın əsasını iqtisadi reallıqla bağlı  mövcud olan  obyektiv vəziyyətin-qəsdən, subyektiv məqsədyönlü şəkildə  təhrifi və informasiya məkanında tirajlanması təşkil edir. “Fake siyasi iqtisad-müasir informasiya iqtisadiyyatının, rəqəmsal cəmiyyətin inkişafının yan təsiri kimi- yeni mərhələdir. Reallıq haqqında düzgün məlumatların saxtalaşdırılması burada başlıca rol oynayır.”[9]

“2019-cu ildə Britaniyanın tanınmış “Metro Bankı”  əmanətçilərinə bankın təhlükədə olmadığına inandırmaq üçün birbaşa sosial şəbəkələr vasitəsilə onlara müraciət etməyə məcbur olub. Səbəb şəbəkələr vasitəsilə yayılan, təşkilatın dağılmaq ərəfəsində olduğu barədə mesajlar olub. Mesajlarda bankın “bağlanması və  müflisləşməsinin” nəticələrindən xilas olmaq üçün bütün hesablardan əmanətlərin “mümkün qədər tez” çıxarılması tələb olunub”.[10]

O.İbadoğlunun təmsil etdiyi saxta-fake “təhlil” müəllifləri sağa-sola yaydıqları məqsədyönlü dezinformasiya vasitəsi ilə tam bir “fake siyasi iqtisad ekosistem görüntüsü” formalaşdırmağa, ictimai rəyi manipulyasiya etməyə çalışır. Onun çiçəklənməsini şərtləndirən ən başlıca amil:

 1.İnformasiya müharibəsinin aparıcı silahlarından olduğuna görə, saxta siyasi iqtisadı maliyyələşdirən siyasi mərkəzlərin olmasıdır.

2.İnformasiya asimmetriyası, ayrı-ayrı adamlarınictimai rəyin təqdim edilən saxta məzmun və mənbələri obyektiv yoxlamaq, qiymətləndirmək imkanına, vaxtına, həvəsinə malik olmamaları, buna vaxt ayırmamalarıdır.[11] Qeyd edilənlər həm də posthəqiqət dövrünün başlıca xüsusiyyətidir.

“Saxta iqtisadi informasiyanın texnoloji və kommersiya  aspektləri fonunda, fundamental hədəf-siyasi aspektlidir.  Posthəqiqət-saxta xəbər mütləq olaraq, informasiyanın ideoloji məqsədlərini önə keçirir.Bu-informasiya iqtisadiyyatının ayrılmaz hissəsidir.  Saxta xəbərlərin məqsədi- cəmiyyətdə xaos, çaxnaşma reaksiyası yaratmaqdır. Posthəqiqət sözünün sinonimi olan saxta xəbərlər, uydurmalar bu gün hər kəsi hədəfə alan   ən böyük təhdidlərdir.”[12]

Beləliklə,  “fake news”-saxta xəbər” ifadəsi ilk dəfə “2017-ci  ilin sözü”, ifadəsi kimi elan ediləndə, iqtisad elmində  “iqtisadi dezinformasiya, saxta iqtisadi informasiya yaxud yalanın siyasi  iqtisadı”  termini nisbətən az məlum idi. Son 5 ildə tədricən saxta xəbərlərin yalnız ictimai, siyasi, media, hüquqi aspektlərə malik olmaması, dövlətin iqtisadi və milli təhlükəsizliyinə də böyük təhdidlər yaratması aşkara çıxdı.

Tədqiqatçılara görə,“İqtisadi dezinformasiyanın xüsusi təhdidləri-hətta adi bir mesajın dağıdıcı nəticələrə səbəb ola bilməsidir. 2013-cü ildə “Associated Press” xəbər agentliyinin rəsmi “Twitter” səhifəsinə haker hücumu nəticəsində Ağ Evə hücumun və ABŞ prezidenti Barak Obamanın yaralanması ilə bağlı tvitlin nəticəsi məhz belə olub. Dow Jones indeksi 140 bənddən çox geriləyib və şirkət səhmləri ümumi dəyəri 130 milyard dollardan çox itirib.”

Təsəvvür edək ki, Azərbaycana qarşı bütöv bir qlobal şəbəkə, 24/4 rejimində fake iqtisadi şərhlər, iqtisadi dezinformasiya tirajlayır. Bu işdə məhz azad edilmiş Qarabağdan olan bir saxta “professor”, övladları, ailəsi ilə şəbəkəyə cəlb edilir..məhz Qarabağda bərpa və quruculuqla bağlı dezinformasiya yaymaq işi tapşırılır.. Planın təfərrüatlı hazırlanmasına şübhə yeri qalmır.

            “Fake”, dezinformasiya yayan “siyasi iqtisadçıların” fəaliyyətinin digər mühüm əsasını-“iqtisadi populizm” təşkil edir. İqtisadçı alim Joseph A. Schumpeterə görə, İqtisadi populizm”- aqressiv sosial demaqogiyadır, bəzən o qədər özünü  inandırıcı təqdim edir ki, əsasını təşkil edən populist ideoloji məqsədlərdən uzaq kimi görüntü yaradır.  İqtisadi populizmin demaqogiyası “sağlam düşüncənin” primitiv-bəsitliyinə) ünvanlanan “güzəran şüurunda, məntiqindədir.” İqtisadi Populizm-müasir demokratiyanın kütləvi şüurun manipulyasiya vasitələrini hədəfə alan, xalqın iradəsinin  “uydurma iradə” (J.Şumpeter)ilə əvəzlənməsidir. Cəmiyyətin siyasi təşkilatını onun iqtisadi təşkilatının analoqu kimi təmsil edən demokratiyanın bazar modelidir.             Tədqiqatçılar onu da xüsusi vurğulayır ki, saxta məlumatı yaratmaq və yaymaq üçün mütləq sifarişçi himayədar və maliyyə- investisiya lazımdır.

 

  • Alim və saxta “alim”.Bir qarabağlının Azərbaycan düşmənlərinin xidmətinə keçməsinin müqayisəli izahı  

“Vətəndən aldığımı, Vətənə qaytarıram. Ölkəsinə, məmləkətinə faydalı olan bütün dünyaya faydalı olur.”

          Əziz Sancar, Nobel mükafatı laureatı

Xatırlatma: Əziz Sancar Nobel mükafatını alan kimi ilk səfər etdiyi - Vətən, Türkiyə olub.  Aldığı medalı Böyük Atatürkün Anıt Qəbirinə hədiyyə edib. Dediyinə görə, hər bir Nobelçi alimin əsas işi gənclərə örnək olmaq, onlara ümid verməkdir və Nobel mükafatının nizamnaməsində yazılıb. Mənim gücüm Türkiyədəki gənclərimizə örnək olmağa çatır, nə qədər canım var, türk övladlarına xidmət edəcəm. Uşaqlarınıza harada olsalar- Vətənə dönməyi,  Vətəni sevməyi öyrədin. Ölkəsinə, məmləkətinə faydalı olan bütün dünyaya faydalı olur. Mənə ödül qazandıran Atatürk və Türkiyə Cümhuriyyətidir. Ona görə də bu ödülün sahibi Anıtkabir Muzeyidir.Vətəndən aldığımı, Vətənə qaytarıram.

XXI əsrdə torpaqlarını 30 illik erməni işğalından azad edən dövlətin Zəfər mükafatımı, yoxsa Nobel mükafatı möhtəşəmdir, hansı daha cahanşümul hadisədir?-onu müzakirə etmirik...

 Sadəcə müqayisə Əziz Sancar və əslən Qarabağlı olan, ata-babasının məzarını düşməndən azad edən dövlətinə qarşı çıxan Qubad Bayramov  misalı ..olduqca ibrətamiz müqayisə və mənzərə alınır..Məlumdur ki, Əziz Sancardan ölkəsinə qarşı çıxanlar (Orhan Pamuk və s.) bağlı fikrini soruşanda deyib: “İndi İstanbulda bir növ adamlar var ki, özlərinə “bəyaz türk” deyirlər.  Sonradan bildim ki, bu kosmopolit- “dünya adamı” deməkdir.   Əgər Orhan Pamuk  sözdə “erməni qətliamının” olduğunu deyibsə,  çox böyük xəta edib.  Günahdır belə danışmaq, doğru deyil.”

Fəaliyyəti boyu yazdığı, siyasi məzmunlu(elmi yaxud iqtisadi məzmunlu deyil) məqalələrinin sayca az olmasını da Q.İbadoğlunun tərcümeyi hal məlumatında aydın görmək olar. Demək olar hər ildə 1-2 olmaqla çap olunan yazılar hər hansı konkret ixtisas yaxud mövzu ətrafında olmayıb “hər şey və heç nə”adlandırla bilən kateqoriyaya aiddir. Başlıca niyyət isə-Azərbaycanda bütün sahələri qeyd-şərtsiz qaralamaqdır.

Xüsusilə də, Vətən müharibəsində qələbəmizdən sonrakı 3 ildə, eləcə də, ən son 2023-cü ildə intensivləşən yazı prosesində Qubad İbadoğlunun niyyəti heç də azad edilmiş yurduna Füzulilərin tezliklə qayıdışı üçün-Füzulinin minalardan təmizlənməsi üçün  investisiya cəlbi olmayıb. Əksinə, hər vəchlə, övladlarını da cəlb etməklə, Qarabağın bərpasına investisiya yatıra biləcək potensial ölkələri belə məqsədlərdən çəkindirmək üçün dəridən-qabıqdan çıxmaq, Azərbaycanı enerji sahəsində  strateji tərəfdaş adlandıran Avropa Birliyini, onun rəhbəri  Ursula von der Leyeni sitat: “kor gözlərini açmağı” çağırmaq olub.

zah21.jpg (47 KB)

https://universal-edge.com/azerbaijan-foreign-policy-and-challenges-for-energy-security

 zah22.jpg (37 KB)

Təkrara ehtiyac var: Qərbdə siyasi tərəfkeşliyin zəif yaxud olmadığı dəqiq və təbiətşünaslıq profilli universitetlərdən fərqli olaraq, ictimai-humanitar, siyasi profilli Universitetləri mütləq olaraq tərəfli fəaliyyətlərlə məşğuldur. Dünya boyu çoxsaylı universitetlərdə yaradılan saxta soyqırım mərkəzlərinimi deyək,  nəzdində “insan haqları, demokratiya və s. ritorikalı geosiyasi təzyiq qrupları” adlana biləcək,  “soyuq müharibə” dövrü modelinə uyğun departamentlərimi deyək.. Üstəlik də, siyasi xaos texnologiyaları da bu mərkəzlərdə hazırlanması da məlumdur..Bu reallıq növbəti II hissədə- Q.İbadoğlunun xidmət etdiyi “elmi şəbəkə” nümunəsində tam  sübut edilir...

İbadoğlunun Avropa-Azərbaycan strateji tərəfdaşlığının “Avropaya təhlükəsi”ilə bağlı  sözügedən yazısı ilə bağlı “mistik” adlanacaq hadisəni vurqulamağa dəyər. Bu İbadoğlunu yazılarının özünün deyil, LSE erməni şəbəkəsinin yazdığına, yaxud da onların istədikləri “korrektələr” etməsinə, eləcə də, təzimçilik edilən Qərb Universitetlərinin mütləq olaraq etalon olmamasına əsas verən bir hal kimi vacibdir.

 Araşdırma gedişində yazının linkinə (https://universal-edge.com/azerbaijan-foreign-policy-and-challenges-for-energy-security )daxil olanda, yazıdakı ilginc ifadələr “şok” adlandırmaq olar. Screen-lərdən göründüyü kimi, mətndə “TransXəzər” əvəzinə “Transsexual Adriatic Pipeline’s”, Şimal Qaz Dəhlizi əvəzinə “Southern Bubble Corridor” kimi absurd “incilər”yer almışdı. Bu fikirlər saxta mənbəyə, Elxan Nuriyevə istinadla yerləşdirilmişdi. “LSE”-nin deyildiyi kimi,  dünyada 1 saylı” ünvan, səviyyə olmaması və s. tərifnamələr bu screen/faktlarda üzə çıxmış olur. 

zah23.jpg (138 KB)

Mətni yerləşdirənlər necə olubsa indi- son bir neçə gündə düzəliş edib.

Son 2-3 ildə  yazdıqlarının mövzusu: Qərbin Azərbaycanla əməkdaşlıq münasibətlərini hər vəchlə pisləyən, qarşısının alınması üçün iqtisadi dezinformasiya yaymaq, ölkəmizə güvənməyin qəti şəkildə təhlükəli olması, Avropaya lazım olan qədər enerji resurslarımızın olmaması, əməkdaşlıq qurulacağı halda onun gələcəyinin olmamasıdır.(sitat:Avropanı Rusiyadan daha da asılı edəcək, inşa ediləcək mümkün yeni infrastrukturu Rusiyanın partladacağı”və s.)bağlı sayaqlamalar-qısası, dünya ermənilərinin  Avropa ilə əməkdaşlaığımız, Qarabağda XXI əsrin ən nəhəng Böyük Qayıdış, bərpa və quruculuq layihəsinə böhtan və iftira atmaqla bağlı  sifariş etdiyi bütün müddəalar əksini tapıb.

Eynilə, “Amnesty” təşkilatı da  məlum bəyanatında Avropanı Azərbaycanla, sitat, ifadəyə diqqət: “Azərbaycan və onun Avropa Biliyi daxil olmaqla tərəfdaşları qazdan asılılığa görə” işbirliyinə getməkdə ittiham  edib....

 zah24.jpg (71 KB)

LSE-də şəbəkələşən erməni mərkəzləri də məlumdur. Burada ermənilər Q.İbadoğlu kimi dövlətinə qarşı böhtan yağdıran, yoldan “ötüb-keçən qonaq” statusunda deyil, kök salmış “full-professorlar”, statusunda, departament rəhbərləri, məzun birlikləri və LSE erməni icması(LSESU Armenian Society.2018-ci ildə yaradılıb) kimi təşkilatlanıb.Sadəcə biri-icraçı direktor və professor Armine İşxanyandır. “LSE erməniləri” İ.Qubaddan fərqli olaraq, qeyri-müstəqil  ölkə, sərhədlərini 10-15 xarici dövlət qoruyan Ermənistana qarşı  iftira atmaqla məşğul deyil. Onların işi-Azərbaycana qarşı dezinformasiya müharibəsi üçün İ.Qubad kimiləri səfərbər etməkdir və Zəfərimiz sonrası bizə qarşı açdıqları şiddətli dezinformasiya və revanşizm  müharibəsində bu işi həyata keçirməkdir. [13]

zah25.jpg (59 KB)

“İbadoğlu yalanlarını” satmaqda Jalə Bayramovanı ötüb keçən,onunla bütün sosial şəbəkə müraciətlərində qoşa “savaşan”  Tbilisi ermənisi Hans Gutbrod da LSE məzunu, erməni icmasının çox fəal üzvüdür. Sitat: “Hans Gutbrod.... holds a doctorate in international relations from the London School of Economics

 zah26.jpg (60 KB)

zah27.jpg (63 KB)

zah28.jpg (63 KB)

Bu şəxs Q.İbadoğlunun heç zaman ingiliscə Vikipediyada izi-tozu olmadığını nəzərə alaraq, onun üçün təcili ingilisdilli səhifə açıb. Vikipediyadan başı çıxanların “Tarixçə”bölməsinə baxması kifayətdir.

“İki Qayıdış” - Füzuli rayonuna 30 il qaçqın həyatı çəkmiş ailələrin ilk dəfə qayıdışı ilə bağlı tarixi xəbərlər və saxta “professor” İbadoğlunun “qayıtması” ətrafındakı hay-həşirlərin mediada eyni zamanda yer alması  tarixin və İbadoğlu taleyinin ironiyası adlana bilər.

zah29.jpg (98 KB)

Elmi müstəvidə onun Azərbaycanda təhsil və pensiya sistemi, təbii resurslar mövzusunda yazıların elmi əhəmiyyətinə ekspert və analitik cameədən kimsənin önəm verməməsi  ən yaxşı “qiymət“ kimi nəsibini alıb. Məsələn, yazılmasından 5 il keçən məqaləyə istinad yaxud sitat “0”-dır.:(https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3489617 State Oil Fund of Azerbaijan: Huge Spending and Overwhelming Poverty.3 Pages Posted: 4 Dec 2019.Gubad Ibadoghlu)

Təbii resursların istifadəsi ilə bağlı iqtisadi təhlil deyil, “siyasi münəccimlik”, qərəz sayılacaq yanaşmalar, ölkəmizə qarşı olan mənbələrin sifarişi ilə icra  edilib, yaxud konkret olaraq onlar tərəfindən hazırlanmaqla İbadoğluna imzalatdırılıb. Əməkdaşlıq etdiyi, ölkəmizə qarşı qlobal şəbəkədə yer alan “Xammal hesabatlılığı” (Crude accountibility) təşkilatı diqqəti cəlb edir. Ancaq Xəzəryanı 3 ölkə: Azərbaycan, Türkmənistan və Qazaxıstan coğrafiyasında xammal  “haqq-hesab”aparan bu təşkilatın rəhbərliyi və əməkdaşlarının onların hamısı Rusiya təhsilli, Ermənistanda çalışmış,bu ölkə ilə xüsusi münasibətləri olan şəxslər olması diqqət çəkicidir. Quruma 2003-cü ildən(!?)rəhbərlik edən xanımın əsas məşğuliyyəti Azərbaycanda 5-ci kalonu himayə etmək, İbadoğlu və onun qızı J.Bayramovanın ölkəmizlə bağlı müstəsna qaralama məzmunlu yazılarını yaymaqdır. Onlardan geniş bəhs etməyə bu araşdırmada vaxt və həcm imkanları yoxdur.

Q.İbadoğlunun  öz himayədarlarının diktəsi ilə  dünyaya çatdırmaq istədiyi əsas “elmi kəşfləri” bundan ibarətdir:

  • Əvvəla: Azərbaycanla əməkdaşlıq etmək, azad edilmiş Qarabağın minalardan təmizlənməsinə və bərpasına investisiya yatırmağa planlayan  ölkələri mütləq olaraq bundan çəkindirmək, ölkəmizin etibarsız tərəfdaş imicini yaratmaq; İkincisi, “neft və demokratiya” mövzusunun Azərbaycanla bağlı məxsusi qərəzli yanaşmadan qələmə almasıdır.
  • Azərbaycan-Avropa əməkdaşlığına qarşı qatı böhtan və iftira adlanacaq son yazıların qızı Jalə Bayramovanın “birgə müəllifliyi” ilə çap olunub.Digər-bank sistemi ilə bağlı yazı isə oğlunun “birgə müəllifliyi” ilə  çap edilib. Yəni övladlarını Azərbaycana böhtan yağdırmaqla necə məşhur olmağın yollarını öyrədib, dövlətə qarşı vərdişlər yetişdirib.
  • İstənilən iqtisadçı, xüsusilə Qərb standartlarına görə, Q.İbadoğlunun “hər şeydən yazmasını” təbii ki, ciddi qəbul etməyib. Məqalələrində iqtisadçı qardaşı Vüqar Bayramova sitat verməsi, bəzi statistik məlumatları haradasa ondan köçürməsi də diqqəti cəlb edir.
  • Ən sonuncu məqalə-yenə də həmmüəllifli qələmə alınıb. Burada məlum “resurs lənəti” aspektində Azərbaycanı qaralamaq əsas hədəf olub. Müəllifin özünü gülünc vəziyyətə salması, “resurs və neft lənəti” ilə bağlı iqtisadçı deyil, jurnalist olan, politoloq Ross-a istinad etməsidir. Məlumdur ki, həmin Ross özünün bu yanaşmasının mütləq həqiqət olmadığını vurğulayıb. Üstəlik də “resurs lənəti” məsələsini az gəlirli ölkələrə aid edib.Q.İbadoğlu hətta Ross-un Azərbaycana səfər etməsi və ölkəmizdə olduqca böyük dəyişikliklərin şahidi olması ilə bağlı açıqlamalarından, xəbəri də olmayıb.

Özünüifşa kimi yazıları:Vətən müharibəsində “Azərbaycan niyə qalib gəldi?”( Why Azerbaijan Won.February 2021Authors:Gubad Ibadoghlu) adlı məqalədə yazır ki, sitat: “Müasir müharibə çox baha başa gəlir, dövlət müasir hərbi texnik əldə etmək üçün  ciddi iqtisadi gücə və sağlam müdafiə büdcəsinə malik olmalıdır. Buna görə də Azərbaycan Dağlıq Qarabağda son 44 günlük müharibədə qalib gəldi. Rəqəmlərin təhlili göstərir ki, son illərdə Ermənistan müdafiəyə Azərbaycanla müqayisədə adambaşına  daha çox xərclədiyi halda, diversifikasiya və neft gəlirləri Bakıya üstünlük verib.”!?Bəs belə imiş..O zaman Azərbaycanda şaxələnmənin olmadığı “petro-avtoritarizm” sözündən iqtisadi termin düzətmək çabaları,  büdcə və hərbi büdcə ilə bağlı yalanlar yazmağı kim sifariş edib?

“Neft və demokratiya” mövzusunda iqtisadi elmi əsası olmayan, bir-biri ilə ziddiyyət təşkil edən qənaətlər Q.İbadoğlunun savadının göstəricisinə çevrilib.

Yeri gəlmişkən, 2023-cü il sentyabrında “Neft İxrac Edən Ölkələr Təşkilatı” (OPEC) Baş katibi Haytam əl-Qeysin açıqlaması gündəmə sensasiya kimi düşdü.O, bildirdi ki,” Bu günki neft tələbi rekord həddə yaxınlaşır. 2045-ci ilə qədər qlobal enerji tələbatının 23 % artacağı proqnozlaşdırılır. Neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağı gözlənilir. Bu, son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq. Bu onu sübut edir ki, neft növbəti onilliklərdə qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək.”[14]

Daha bir məqama..dərc edilən son- sifarişli dərc edilən yazısının adındakı “petro-avtoritarizm” termininə diqqət çəkmək istərdik..Əvvəla,haşiyə çıxaraq qeyd edək ki, məqalənin həmmüəllifi Ramin Sadıqov “Pennsylvaniyadakı Lihay Universitetinin”(Lehigh University) əməkdaşıdır.Lihay Universiteti Türkiyədə Qərbdən yönləndirilən “akademik qiyamın” dəstəkçiləri sırasındadır.  [15]

Google axtarış sistemində yoxlaya  bilərsiniz: xarici-ingilis, rus yaxud başqa dillərdə bu ifadənin “elmi-iqtisadi termin” kimi istifadəsinə rast gəlinmir. İnternet adlanan “kosmosda” terminə  cəmi iki yerdə rast gəlmək olar. Onun biri- 20 il əvvəl Türkmənistanla bağlı sifarişlə yazıldığı məlum olan məqalə və 2-cisi, həmin məqalənin adında sadəcə ölkə adını dəyişməklə İbadoğlunun plagiat kimi yazdığı ən sonuncu yazısıdır..Bu  tək nümunə İbadoğlunun şüar etdiyi siyasi, qərəzli  ifadəni “elmi-iqtisadi” klişe-terminə çevirmək sifarişini almasına ən yaxşı sübutdur.

 6853a57705747b7ea9c5a147ea414169.jpg (80 KB)

Müəllif: Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor 

Ardı var..

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR