İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onları qarşılamaq üçün gecə vaxtı aeroporta getdi - VİDEO

1121 01.08.2024 23:57 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri ilə məhbus mübadiləsi nəticəsində azad olunan ölkə vətəndaşlarını hava limanında şəxsən qarşılayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, "Rusiya" adlı xüsusi təyyarə ilə gətirilən keçmiş məhbuslar Vnukovo-2 terminalına qəbul ediliblər.

Putin onlara Rusiyaya sadiq qaldıqlarına görə təşəkkür edib.

Qeyd edib ki, Vətən onları bir dəqiqə belə yaddan çıxarmayıb. O əlavə edib ki, qayıdanların hamısına dövlət mükafatları təqdim olunacaq.

Daha əvvəl Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi Ankaranın hava limanında baş tutan mübadilə nəticəsində Artyom və Anna Dultsev, Vladislav Klyuşin, Vadim Konoşçenok, Vadim Krasikov, Mixail Mikuşin, Pavel Rubtsov və Roman Seleznyov, eləcə də azyaşlı uşaqlar vətənlərinə qaytarılıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR