İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Səhiyyə Nazirliyi həyəcan səviyyəsini qaldırdı

314 02.08.2024 04:07 Dünya A A

İsrailin Səhiyyə Nazirliyi “Hizbullah”ın komandirlərindən Fuad Şükrün və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra mümkün hücumlara qarşı xəbərdarlıq səviyyəsini artırıb.

APA xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, səhiyyə naziri Uriel Menaçem Busonun səhiyyə işçiləri ilə bir sıra genişmiqyaslı görüşlər keçirdiyi bildirilib.

Qeyd olunub ki, naziri hərtərəfli hazırlıqlı olmaq, işçi qüvvəsi və tibbi ləvazimat ehtiyatının hazırlanması ilə bağlı göstəriş verib və Səhiyyə Nazirliyinin istənilən vəziyyətə müvafiq və keyfiyyətli tibbi müdaxilə üçün səhiyyə müəssisələri, xəstəxana administratorları və xilasetmə bölmələri ilə əlaqə saxladığı bildirilib.

İsrailin dövlət televiziyası KAN-ın dünənki xəbərində İsrailin İran, Livan və hətta Yəməndən eyni vaxtda hücum ehtimalını müzakirə etdiyi və dövlət qurumlarının gücləndirilmiş iş rejimində çalışdığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR