İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin 1990-cı illərdəki vizit kartı Sankt-Peterburqda hərraca çıxarılıb

457 08.02.2024 16:00 Dünya A A


Rusiya prezidenti Vladimir Putinin Leninqrad şəhər Xalq Deputatları Şurasında işlədiyi 1990-cı illərdəki vizit kartı hərraca çıxarılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı hərrac saytı məlumat yayıb.

Hərrac iştirakçıları Rusiyanın hazırkı prezidentinin vizit kartını əldə etmək üçün 44 min rubllarından keçməlidirlər.

Bildirilib ki, hərrac Putinin yerli meriyanın xarici əlaqələr komitəsinin rəhbəri kimi imzaladığı qeydiyyat və dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə əsasında keçirilir. İndi bir sənəd üçün maksimum 75 min rubl təklif edirlər. Saytda verilən məlumata görə, bu hərrac fevralın 11-də keçiriləcək.

Rusiya prezidentinin 90-cı illərdə Leninqrad şəhər Xalq Deputatları Şurasında işlədiyi vaxtdan olan daha bir vizit kartı dekabrın ortalarında Sankt-Peterburqda hərraca çıxarılıb. İlkin mərhələdə ona maksimum təklif 2,8 min rubl təşkil edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR