İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov İranla bağlı sualdan QAÇDI

520 23.07.2026 15:31 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Reuters” agentliyinin Amerika kəşfiyyatının İrana Yaxın Şərqdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) obyektlərinə zərbələr endirməkdə Rusiyanın kömək edib-etməməsini araşdırması barədə yaydığı məlumatı şərh etməkdən imtina edib.

Musavat.com xəbər verir ki, "Reuters"in məlumatına görə, amerikalı analitiklərin şübhələrinə İranın hücumlarının dəqiqliyi və effekti, həmçinin Moskva ilə Tehran arasında texniki əməkdaşlığın miqyası səbəb olub.

"Düşünmürəm ki, hansısa şübhələr barədə xəbər şərh üçün əsas olsun", – deyə Rusiya rəsmisi bildirib.

Qərb kəşfiyyatının daxili sənədlərindən birində bildirilir ki, Rusiya, böyük ehtimalla, regionda MKİ-nin fəaliyyəti ilə bağlı hədəflərin müəyyənləşdirilməsində iştirak edib.

Mart ayında MKİ-nin ən azı iki obyekti vurulub. Bunlardan biri ABŞ-ın Ər-Riyaddakı səfirliyində yerləşən Amerika kəşfiyyatının rezidenturası, digəri isə İraqın şərqində yerləşən obyekt olub. "Reuters"in bəzi həmsöhbətləri hücuma məruz qalan obyektlərin sayının daha çox olduğunu bildiriblər, lakin onların dəqiq sayı və yeri açıqlanmır.

Kəşfiyyat məlumatları ilə tanış olan iki Qərb rəsmisi ehtimal edir ki, Səudiyyə Ərəbistanındakı hücum zamanı Rusiya texnologiyaları ilə təkmilləşdirilmiş iki İran PUA-sından istifadə olunub. Onların sözlərinə görə, birinci dron səfirliyin xarici divarında dəlik açıb, bundan sonra ikincisi içəri daxil olaraq partlayıb. Hücum nəticəsində həlak olan və ya yaralanan olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR