İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla kilsə savaşı dərinləşir: II Qareginə qarşı yeni ittiham

443 23.01.2026 12:57 Dünya A A

Ermənistanda Paşinyan hakimiyyəti II Qareginə qarşı yeni cinayət işi hazırlayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, İstintaq Komitəsi “pul vəsaitlərinin yuyulması” maddəsi üzrə araşdırma aparır. Bu çərçivədə “Şoqakat” telekanalının direktoru Manya Qazaryan da dindirilib və iş üzrə prosesə cəlb olunub. Qəzet bununla bağlı yerli Baş Prokurorluğa müraciət edib, lakin onlardan yazılı sorğu tələb olunub.

Qəzet bundan başqa Manya Qazaryana bir neçə sual ünvanladıq: onun istintaq orqanına hansı iş üzrə çağırıldığı, hansı statusda dindirildiyi, işin Katolikosun Müqəddəs Həzrətləri ilə əlaqəsinin olub-olmadığı və bu işdə onun hər hansı statusunun mövcud olub-olmadığı barədə soruşub.

Qazaryanın qısa cavabı belə olub:

“Bəli, mən İstintaq Komitəsinə şahid qismində çağırılmışam. Dindirilmənin təfərrüatlarını açıqlaya bilmərəm, çünki buna hüququm olub-olmadığını bilmirəm. Yalnız onu deyə bilərəm ki, cinayət işi ‘Şoqakat’la bağlı deyil, bu, açıq şəkildə əsassız bir işdir və mən burada ciddi bir məsələ görmürəm”.

Gələn məlumatlara əsasən, II Qareginlə bağlı iş uzun illər “Şoqakat”ın direktoru olmuş şəxsə öz fondundan ayırdığı mənzillə bağlıdır. Daha sonra həmin mənzil sahibi tərəfindən satılıb. İstintaq Komitəsi bu əməliyyatı bütün ermənilərin Katolikosu tərəfindən həyata keçirilmiş “pul yuma” əməliyyatı kimi qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR