Son 24 saat ərzində qlobal bazarlara 17 milyon bareldən çox neft və digər yük daşıyan 55 ticarət gəmisi Hörmüz boğazından keçib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.
Komandanlığın X hesabında yayılan məlumata görə, ABŞ qüvvələri naviqasiya azadlığını dəstəkləmək üçün boğazda fəaliyyətini davam etdirir. Komandanlıq beynəlxalq su yolundan təhlükəsiz keçidin davam etdiyini qeyd edib.
Bundan əlavə, Birgə Dəniz Məlumat Mərkəzi bu həftə heç bir maneə və ya məhdudiyyət olmadan təyin olunmuş marşrut üzrə gəmilərin təhlükəsizliyini təsdiqləyən bildiriş yayıb.
Musavat.com






