İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Fərid Əhmədov Masallı şəhərində vətəndaşları qəbul edib FOTO

758 07.11.2025 18:21 Ölkə A A

Ədliyyə naziri Fərid Əhmədov Masallı şəhərində vətəndaşları qəbul edib.

Musavat.com xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

WhatsApp Image 2025-11-07 at 18.14.16.jpeg (391 KB)

WhatsApp Image 2025-11-07 at 18.14.16 (1).jpeg (395 KB)

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından ümumilikdə 145 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR