İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bazalara hücumlarına görə Pakistan çətin vəziyyətdə

471 25.07.2026 14:30 Dünya A A

"ABŞ–İran qarşıdurmasının genişlənməsi Yaxın Şərqdə yeni geosiyasi risklər yaradır. İran Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdə davam edir. İran ordusu bununla kifayətlənməyərək, Küveytin yanacaq və istitlik sistemlərinə, o cümlədən sutəmizləmə mərkəzlərinə də zərbələr endirir. Bu isə regionda təhlükəsizlik balansını daha da sarsıdır". 

Picture backgroundBu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Küveyt öz müdafiəsini gücləndirmək üçün Pakistanla genişləndirilmiş hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirir: "Küveyt bu vəziyyətdən çıxış yolları axtarır. Küveytin ABŞ-la müttəfiqliyi və bu ölkədə hərbi bazalarının varlığı təhlükəsizliyin qorunması baxımından yetərli deyil. Ona görə də Küveyt öz təhlükəsizliyini təmin etməyin başqa yollarını da axtarır. Küveyt Pakistanla genişləndirilmiş müdafiə müqaviləsi üzrə danışıqlar aparır. Küveytin Pakistanla belə bir ittifaqa çalışması səbəbsiz deyil".

Picture backgroundPolitoloq yaranmış vəziyyəti belə izah edib: "Birincisi, Pakistanın həm ABŞ, həm də İranla tərəfdaşlıq münasibətləri var. İkincisi, Küveyt Pakistanın nüvə dövləti olması amilini nəzərə alır. Üçüncüsü, Pakistanın Küveytin müttəfiqi Səudiyyə Ərəbistanıyla müdafiə sazişi mövcuddur.
Pakistanla Küveytlə müdafiə müqaviləsinin imzalanmasında maraqlı ola bilərmi? Məsələ burasındadır ki, 2025-ci ildə Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan “Birgə Strateji Müdafiə Sazişi” ABŞ-İran müharibəsində effektli olmadı. Saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyırdı. Razılaşmada vurğulanırdı ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. İran Səudiyyə Ərəbistanına raket və dronlar atdı, hədəf yalnız ABŞ hərbi bazaları deyildi. Məntiqlə bu halda Pakistan İrana qarşı siyasətini sərtləşdirməli idi. Ancaq İslamabad ehtiyatlı mövqedən çıxış etdi. Çünki, İrana qarşı Səudiyyə Ərəbistanının özü ciddi tədbirlər həyata keçirmədi. İkincisi, İslamabad Ər-Riyadla saziş imzaladıqdan sonra Səudiyyə Ərəbistanının Pakistana böyük yatırımlarının həyata keçirəcəyini gözləyirdi. Bu da olmadı. Pakistan Küveytlə oxşar saziş imzalayarsa, bu sənədin Səudiyyə Ərəbistanı ilə imzalanan sazişdən fərqi olmayacaq. Yeni saziş o halda reallığa çevrilə bilər ki, varlı Küveyt dövləti Pakistana böyük yatırımlar cəlb etsin. Bu halda İranın Küveyti bombalaması İslamabadın Tehrana mövqeyinin sərtləşməsinə səbəb ola bilər".

Picture backgroundPolitoloqun fikrincə, İran hazırki müharibə şəraitində Pakistanın qarşıdurmadan kənarda qalmasını istəyir və bu səbəbdən İran rəsmiləri tez-tez Pakistana səfərlər edirlər:"Ancaq əgər İran Pakistanın Körfəz ölkələrindəki tərəfdaşlarının ərazilərini bombalamaqda davam edərsə, İslamabadın seyrçi qalması çətinləşəcək. Bu halda Pakistan-İran münasibətlərində çat əmələ gələcək. Hər iki ölkənin sərhədində fəaliyyət göstərən silahlı bəluclar vəziyyəti daha da gərginləşdirə bilərlər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR