İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik istintaqında adı hallanan Berdan Mardininin ifadəsi ortaya çıxdı

596 18.06.2026 20:36 Şou-biznes A A

İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 23 nəfərdən 9-u həbs olunub. Məhkəmənin qərarı ilə nəzarət altında sərbəst buraxılan tanınmış müğənni Berdan Mardini isə ittihamları rədd edərək özünü müdafiə edib.

Musavat.com xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində iyunun 11-də keçirilən əməliyyat zamanı çoxsaylı tanınmış simaların da daxil olduğu 23 şübhəli saxlanılıb.

"İstifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq" və "narkotik istifadəsini asanlaşdırmaq" ittihamları ilə aparılan istintaq nəticəsində saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb. Onlardan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 16 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Həbs olunan şəxslər arasında Tolga Çam, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazer yer alır.

“Qanımda narkotik tapılmayacaq”

Məhkəmə nəzarəti altında sərbəst buraxılan Berdan Mardininin prokurorluq və məhkəmədə verdiyi ifadənin detalları da məlum olub. Müğənni barəsindəki bütün iddiaları qəti şəkildə rədd edərək bildirib:

“Narkotik maddədən istifadə etməmişəm. Qanımda və ya bədənimdən götürülən hər hansı nümunədə narkotik maddə aşkar olunmayacaq”.

“500 dönüm qızılgül bağım və zavodum var”

Mardini ifadəsində haqqında verilən məlumatların onun nüfuzuna zərbə vurmaq məqsədi daşıdığını iddia edib:

“2003-cü ildən tanınıram. Sənətçiyəm və müğənniyəm. Hazırda Mardində Rosa Damascena qızılgüllərinin emalı üzrə zavodum və 500 hektarlıq qızılgül bağlarım var. Bundan başqa, ‘Mardini Kozmetik’ adlı kosmetika markam fəaliyyət göstərir. Haqqımda edilən şikayətin gördüyüm işlər və ailədaxili problemlər səbəbindən yaranmış düşmənçilikdən qaynaqlandığını düşünürəm”.

“Telefonumu verdim, amma şifrəni paylaşmadım”

Müğənni saxlanılarkən telefonunu könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyini, lakin şəxsi və kommersiya sirrlərinə görə şifrəsini vermədiyini bildirib:

“Telefonumu öz razılığımla təhvil verdim. Lakin ailə və biznes sirlərim olduğu üçün şifrəni paylaşmaq istəmədim. Düşmənçilik səbəbindən saxlanıldığımı və fəaliyyətimə mane olmaq məqsədilə belə bir istintaqa cəlb edildiyimi düşünürəm”.

Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR